post-title

"Cavan olmaq" nədir?

Bizdə cavan olmaq mənfi çalardadı. İnsanlarımızın mütləq əksəriyyətinin gözündə cavan, gənc olmaq xuliqanlıqdı. Fürsətlərdən istifadə etməkdi.

 

Yaşı 50-nin üstndə olan kişilər arasında belə giley dialoqları tez tez eşitmək olar.
-Görürsən bu cavanları. Biz də cavan olmuşuq da. Day belə yox da. İndikilər lap ağ ediblər.
 
O insanın deyinməyini açsaq təqribən bunu demək istəyir: Biz də cavan olmuşuq. Yəni qeyri qnuni, qeyri etik, xuliqancasına hərəkətlərə yol vermişik. Bunlar həmin yaş dövrünə xas olan şeylərdi. Lakin indikilər lap ağ ediblər. Biz heç olmasa nələrəsə riayət edirdik, ölçünü qaçırmırdıq.
 
Fikir verdinizsə cavan olmaq mənfi çalardadı. İnsanlarımızın mütləq əksəriyyətinin gözündə cavan, gənc olmaq xuliqanlıqdı. Fürsətlərdən istifadə etməkdi. Nədi o fürsətlər. Nə qədər ki, bialoji imkanların çatır bazlı et, ye-iç, avaraçılıq elə, kimlərisə döy, kimlərəsə “həyatı başa sal”, nələrisə qır çat. Çox azımız cavanlıq məfhumuyla oxumaq, elm, çalışmaq, ideallar sözlərini eyni qrafaya qoyar. Əksinə oxuyanlara qəribə bir ironiya höküm sürür. Gənclik illəri kitabla keçmiş birisinə cavanlığı boşuna keçmiş gözüylə baxılır.
 
Həmin məntiqin sahibləri “cavanlıq”larını xuliqancasına xərclədikdən sonra anidən yaşlaşırlar. Kimisi ziyarətgahlara gedib tövbə edir, kimisi evlənir əli ayağı yığışılır, kimisi də fiziki olaraq yorulur. Tövbə edənlərdə gizli bir məmnunluq hissi də olur. Nə qədər peşman oldularını ətraflarına və Tanrılarına desələr də içlərində gizli bir məmnunluq var. Yəni, cavanlığımı “boşa” xərcləməmişəm deyə.
 
Meyxanaçı Vüqarın bir klipi var. Ərköyün böyümüş bir uşağın etdiyi hər bir yaramazlığa qarşı hirslənən atasına “ata, cavan olmamısanmı?” deyə qarşılıq verir. Uşaq da bilir valideyinin keçdiyi yolu. Həmin klipin cavanlığın məhz xuliqanlıq olduğu fikrini yaydığını burdan rahatdıqla iddia edə bilərəm. Həmin dövrdə hərbi xidmətdəydim. İstər əsgərlər, istərsə də mülki əhali arasına necə fikir yaratdığı göz önündəydi.
 
İdarəçilərin günahı ucbatından ölkədə məhbəs qanunlarına geniş maraq var. Dövlət orqanlarından görmədiyi diqqəti və ədaləti kənar yerdə (oxu məhbəs qanunlarında) axtaran gənclik bu yolda zorakılığın, hədəfə aparan hər yolun qəbul olunması məntiiylə əsaslndırır. Və bütün bunları da CAVANLIĞA bağlayır.
 
Rəşad Babalı
 
Kultura.Az
Yuxarı