post-title

İncə«sənət»dəki mədhiyyəçilər

Gərginliklər və sərəncamlarla keçən həftənin kluminasiyası mədəniyyət ocağının qapadılması və əməkdaşlarının saxlanılması oldu. Söhbətin “Oda“ Teatrından getdiyini yəqin ki anladınız.

                         
Polis teatrın qapısına kilid vurub və bir daha burada fəaliyyət göstərilməsinin qanuna zidd oluğunu vurğulayaraq, sakinlərin şikayət etməsini də əsas səbəb kimi göstərib.
 
Hakimiyyətin hər yeni, müstəqil təşəbbüsdən necə ehtiyat etdiyini, gənclərin yenilikci təşəbbüslərinə qarşı necə aqressiv davrandığı hər kəsə bəllidir. Buna təəccüb etmirəm. Çünki ölkəmizdə daha öncə mədəniyyət xadimlərinin öldürülməsi, qatillərin tapılmaması, kütləvi kitab yandırma kompaniyaları bunun bariz nümünəsidir.
 
Hələ həbs olunmuş işıqlı gənclər haqqında bir söz demirəm. Onun ayrı hekayəsi var. Məsəlinin məğzi başqadır. 
 
Sözün düzü, qonşuların şikayət etmə fikri mənə şübhəli gəlsə də, təəccübləndirmədi. Bakının şəhər olaraq artıq sadəcə adı qalıb.
 
Bir şəhərin ki, əhalisi teatrdan narahatdırsa dəmək bu insanlar şəhərli olmaqdan nəsibini almayıblar, ya da alıblar sadəcə restoran, ticarət mərkəzi, dönərxana və sair bu buna yaxın konteksdə. Amma yenə də sual ortaya çıxır, axı bu insanlar deyilmi bayağı konsertlərə gedən, duzsuz komdiyalara pul tökənlər?!
 
Yəni ki, insanlar incəsənətin mahiyyətini çoxdan unudublar. Şəhərin digər tərəfində kiçik,”cool“ və bəzən də marjinal qruplar küyə düşərək  səviyyəli incəsənətə şahidlik etmək ümüdü ilə jazz mərkəzinə toplanırlar ki, İsfar Sarabskı kimi “parlaq “ sənətçiləri dinləsinlər. Dinləsinlər ki, öz çevrələrində danışmağa sözləri olsun. 
 
Söz İsfardan  düşmüşkən onun sələflərindən olan Hüseynqulu Sarabskı ve digər aydınlar milli teatrın təməlinin qoyulmasında həyatlarını təhlükəyə ataraq gecə gündüz çalışsalar da, nəvə İsfardan bağlanmış teatrla bağlı bir fikir gözləmək əbəsdir. O sadəcə və sadəcə Fondun “stajlı” jazzçısıdır və sadəcə kiçik bir qrupun xidmətindədir. İstedadı Vaqif Mustafazadə ilə müqayisə edilsə də, onun kimi xalqın əbədi sənətkarı olması sual altındadır. 
 
Zatən bizdə ortaya ciddi sənət qoymuş aydınlar məhz cəsarət nümayiş etdirənlərdir. Saray məddahlarının isə bu məsələ ilə bağlı yaxından uzaqdan əlaqəsi yoxdur. Bu saray məddahları özlərinin xislətlərini çox farş şəkildə göstərməklə bərabər həm də tariximizin, mədəniyyətimizin məhrəmlərinə də əl uzatmaqdan çəkinmirlər.
 
Hüseyin Cavidin sağlığında onun üzünə durub donos yazanlardan fərqlənməyənlərdən biri olan Tünzalə Ağayeva “Gülbahar” şe`rinə musiqi bəstələyir. Burda adama deyərlər ki, Sən “Mənim Prezidentim” üçün mahnı oxuduqdan sonra daha Cavid Əfəndinin ruhunu niyə incidirsən ?
 
Mən anlayıram ki, bizim sənətçilərimiz heç bir zaman bir Vaxtanq Kikabidze, bir Halit Ergenc, bir Levent Üzümcü ola bilməyəcəklər. Lakin səsi gördüyünü iddia edib, xalqdan oğurlanan səslərə göz yumsalar da, daha da cılızlaşmamaq üçün məddahlıqlarını da müəyyən çərçivədə etsinlər.
 
Tural Amin Oyrati
Yuxarı