"Zərdüşt belə dedi" filminin rejissoru Ayxan Tan, ssenaristlər İlham Əkbər və Musa Əfəndi, prodüsseri Azad Heydərov, aktyorlar isə Arzuman Mirzəsoy, Orxan Ata və Eltaj Zeynalovdu. Çəkilişlər Qaxda və Bakıda həyata keçirilib.
Filmin posterini Tural Əlisoy hazırlayıb. İngilis dilinə tərcüməsi prosesində Cavid Ağa və İlahə Əkbər iştirak ediblər.
"Zərdüşt belə dedi"nin sinopsisi belədir: Orxan, qardaşını axtarır. Dostu ilə birlikdə qardaşının axtarışına çıxan Orxan Zərdüştdən xəbər tutur və son şansını yoxlayır. Hadisələr Orxan-Zərdüşt-qardaş üçbucağında keçən simvollarla dolu hekayələrdən ibarətdir.
Orxan Ata bildirir ki, xəbəri bu gün səhər email vasitəsilə alıblar: “Azad, mən və Ayxan Amsterdamdayıq. “T of Generation” adlı sənədli trilogiyamızın üçüncü və son hissəsini çəkirik. Film günümüzün anderqraund (tanınmayan) sənətçiləri haqqındadır. İkinci seriyanı Bakıda çəkmişik.”
Kulis.az