post-title

Ateistlərə ölüm hökmü verilən 7 ölkə

Dünyada nə qədər ateistl var, sayını söyləmək bir qədər çətindir. Müxtəlif dünyagörüşü konsepsiyalarını özündə birləşdirən bu terminin genişliyi, bu sayı 2,5%-dən 13% arasında dəyişdirir. Dinə skeptik yanaşan insanların hüquqlarını qoruyan International Humanistand Ethical Union (IHEU) təşkilatı araşdırıb ki, dünya ölkələrinin yarısından çoxunun qanunvericiliyi ateistlərin hüquqlarını diskriminasiya edir.

 

IHEU bu həftə BMT-yə göndərdiyi hesabatda ateistlərin hüquqlarını məhdudlaşdıran bütün ölkələrin siyahısı verilib və qanunvericilikləri nəzərdən keçirilib. Araşdırmaya əsasən hal-hazırda dünyada 7 ölkə var ki, Allaha inanmamaq qanuna görə ölüm hökmü ilə cəzalandırılır. Digər ölkələrdə isə ateistlər həbs və ya hər hansı hüquqlardan məhrum olunmaqla (məsələn: ailə qurmaq, seçkilərdə iştirak eləmək və s.) cəzalandırılırlar. Ateistlərə ölüm hökmü verilən həmin 7 ölkənin bir rəsmi dini var-İslam. 
 
Qərbi Afrika dövləti olan Mavritaniyada (tam adı Mavritaniya İslam Respublikası) 1991-ci ildə qəbul olunmuş konstitusiya ölkədə yalnız müsəlmanlara vətəndaşlıq verir və bununla da dini azadlıq hüququnu məhdudlaşdırır. Təbii ki, buna uyğun olaraq ateistlər və digər dinə mənsub insanlar vətəndaşlıq ala bilmirlər və ya başqa din qəbul edən mavritaniyalılar avtomatik vətəndaşlığını itirmiş olurlar. 
 
Bundan başqa cinayət məcəlləsinin 306-cı maddəsinə görə Allaha inamsızlıq edənlər bütün əmlakı müsadirə edilməklə dövlət xəzinəsinə keçir və ölüm hökmünə məhkum edilirlər. Təqsirləndirilən şəxsə üç sutka vaxt verilir ki, günahını başa düssün, dinə qayıtsın və Allaha inanmağa başlasın. Bu müddəa şəriət qanunlarından  bir başa cinayət məcəlləsinə köçürülüb. Mavritaniyada şəriət qanunları həm mülki, həm də cinayət proseslərində tətbiq olunur. Bundan başqa İslam işləri ilə əlaqəli nazirlik və 6 imamdan ibarət  Ali İslam Konsulatı fəaliyyət göstərir ki, burada  qanunverici və digər dövlət orqanlarının fəaliyyətlərini İslam qanunlarına uyğunluğunu yoxlayırlar. 
 
Sudanda  əhali şəriət qanunlarına əsasən yaşayır, lakin qüvvədə olan müvəqqəti konstitusiya dini azlıqlara qarşı daha loyal yanaşır. Yəni digər dinə itaət etməyə icazə verilir. İslamı qəbul etmək Sudanda çox yaxşı qarşılanır, amma bu dindən imtina  qanuna əsasən ya həbslə (ömürlük həbsə qədər) ya da ölüm hökmü ilə cazalandırılır.  Müsəlman kişiyə digər dindən olan qadınla evlənməyə icazə verilir, bir şərtlə ki, həmin qadın tək allahlıq olan dinə - xristianlığa və ya  iudaizmə itaət etmiş olsun. Müsəlman qadınlara isə başqa dindən olanlarla ailə qurmağa ciddi qadağa qoyulub. İslama qarşı edilən inamsızlığa, itaətsizliyə (kürf etmək) görə altı aylıq həbs, 100 dəfə şallaq vurulması və ya pul cəriməsi kimi cəza kəsilə bilər. Digər dinlərə qarşı edilən inamsızlıq, küfr qadağan edilmir. 
 
Formal demokratik ölkə olan Pakistanda isə Allaha küfr edənlərə ölüm hökmü  verilir, Qurana qarşı edilən hər hansı hörmətsizlik, Məhəmməd Peyğəmbərin təhqir olunmasına görə isə cinayət məcəlləsində isə ayrıca bəndlər var. İHEU-nun hesabata görə bu müddəalar çox vaxt biznes və ya şəxsi rəqiblərin şərlənməsində, izlənilməsində, yalandan ittiham olunmasında sui istifadə olunur. Mollalar isə məhkəməni kənardan izləyirlər və həm məhkəmə iştirakçılarına, həm də hakimlərə xatırladırlar ki, məhkəmənin  yalnış qərarı radikal müsəlman icması tərəfindən “qeyri rəsmi” məhkəmə ilə nəticələnə bilər. Pakistanda ateistlərə pasport verilmir. Bütün anketlərdə dini mənsubiyyət haqqında bənd varki, bu bənddə “ateist” bölməsi seçilməsi “rədd edilmə”nin sinonimi sayılır. Əgər kimsə anketdə müsəlman olduğunu yazsa, əlavə olaraq o Məhəmməd Peyğəmbərin “sonuncu peyğəmbər” olaraq tanıması haqqında bəyəmnamə imzalamalıdır. 
 
Əfqanıstanda şəriət qanunlarına əməl edir, lakin ateizmdə daxil olmaqla dini azadlığı məhdudlaşdırmır. Buna baxmayaraq, cinayət məcəlləsinə görə İslam dinindən imtina və ya  təhqir edənləri edam edirlər. Müsəlman olmayan şəxs prezident və ya vitse-prezident seçilə bilməz. Burada dini azlıqlar əhalinin 1%-ni təşkil edir. Dini təhqir etdiyinə görə sonuncu səs-küylü ölüm hökmü 2008-ci ildə məhşur ateist Araş Bixodun Quranda olan bəzi şerlərin tənqidini internetə yükləyib yaydığına görə 23 yaşlı jurnalist Said Kambaşka verilmişdir. Lakin bir qədər sonra ölüm hökmünü 20 illik həbslə əvəzlədilər, bu yaxınlarda isə prezident onun əhv etmiş, o isə öz növbəsində ölkəni tərk etmişdir. 
 
Səudiyyə Ərəbistanı  dini baxımdan dünyada bəlkə də ən qapalı dövlətdir. Din hakimiyyətdən ayrılmamışdır, dini orqanlar isə kral ailəsi ilə sıx əlaqələrə malikdir. İslamın sünni təriqətinə edilən hər hansı xoşagəlməz ifadələr (krallıqda sünnilərin vəhhabi qolu daha çox yayılıb) dinə itaətsizlik sayılır və ölüm hökmü ilə cəzalandılır. 2012-ci ildə gənc jurnalist Həmzə Qaşqari twitterdə Məhəmməd peyğəmbəri müqəddəs insan kimi tanımaması, lakin onu dini avtoritet kimi qəbul etməsi haqda yazır. Qaşqari nə yazıdığını anlayan kimi dərhal ölkəni tərk edir, lakin sonra Malaziyada (müsəlman ölkəsi) həbs olunaraq ölkəsinə geri göndərilir. Hal-hazırda o öz ölüm hökmünü gözləyir.
 
Səudiyyə Ərəbistanında “Günahların qarşısının alınması və fəzilətlərin inkişaf komitəsi”, qısaca desək - dini polis fəaliyyət göstərir. Bu komitə ateistlərə olan xüsusi antipatiyası ilə məhşurdur.
 
İran konstitusiyasının 100-cü maddəsinə görə ölkədə hakimiyyəti qüvvədə saxlayan dini liderdir, yəni ayətullahdır. O məhkəmələrə, orduya, mediaya hətta seçki institutları - prezident və parlamentədə nəzarət edir. Konstitusiyanın 91-ci maddəsi  “mühafizə konsulatı” orqanını təyin edir ki, bu orqan bütün normativ aktların aşağıda göstərilən iki meyyara görə yoxlanılmasına görə  məsuliyyət daşıyır:
 
1. əsas qanunlara uyğunluq,
2. dini qanunlara görə uyğunluq.
 
Konstitusiya həmçinin İran əhalisini 4 dini qrupa bölüb: müsəlmanlar, zərdüştpərəstlər, xristianlar və yəhudilər. Allaha inanmayanlar və digər dinə  sitayiş edənlər demək olan ki, heç bir vətəndaş hüquqlarına malik deyillər. 
 
İranda qanuna salınmış dörd din bərabər hüquqlu sayılmır. Məsələn, dövlət qulluğunda vəzifələrin çoxu yalnız müsəlmanlar – şiyələr təyin oluna bilər. Cinayət məcəlləsində də müsəlmanlar üçün müəyyən güzəştlər var. Belə ki, müsəlman qadına xəyanət edən müsəlman kişilər yüz şallaq cəzasına (maddə 8811), müsəlman olmayanlar isə ölüm cəzasına məhkum olunurlar (maddə 82 - bənd 12). Bununla bərabər, müsəlman kişi evləndiyi başqa dinə mənsub qadına xəyanət eləyərsə, cinayət məcəlləsində bunun üçün heç bir cəza nəzərdə tutulmur. 
 
İranda iki müsəlman arasında yaşanan homoseksual əlaqə gözləndiyi kimi o qədər də ağır şəkildə cəzalandırılmır - iştirakçıların hər birinə yüz şallaq vurulur (lakin bir şərt daxilində əgər akt “yarımçıq” olsa. Tamamlanmış akt üçün ölüm cəzası verilir). Lakin anoloji hadisədə aktiv rolu digər dinə mənsub olan şəxs oynasa, sonuncudan asılı olmayaraq ölüm hökmü veriləcək. 
 
Maldiv adalarında konstitusiyaya əsasən yeganə dövlət dini İslam dini sayılır. Qanunda ateistlərə qarşı bir başa cəza nəzərdə tutulmayıb, lakin müsəlman olmayanlar dövlətin vətəndaşı ola bilməz. Burada geniş imkanları olan xüsusi dini komissiya var ki, nadir hallarda yaşanan hadisələrin araşdırılması ilə məşğul olur.
 
2010-cu ildə maldiviyalı Məhəmməd Nazim ictimai tədbir zamanı müsəlman ilahiyyatçıdan özünü nəzərə alaraq söruşur ki, bütün var gücü ilə Allaha və onun peyğəmbərinə inanmağa çalışan, lakin bunu bacarmayan insanlara İslam necə yanaşır? Bu zaman kütlə gəncin üzərinə hücüm edir və yalnız polisin köməyi ilə o öz yaxasını qurtara bilir. Dini komissiya ona ölüm hökmünə məhkum edir, lakin günahını yumaq üçün bir şans verilir - o imamların konsultasıyasını keçməli və layiqli müsəlman olmağa bir qədər cəhd göstərməlidir. Nazim bunun öhdəsindən gəlir və onu azadlığa buraxırlar. Analoji hadisəni İsmayıl Məhəmməd Dididə yaşayır, lakin o Nazimdən fərqli olaraq  ölüməyi daha üstün tutur. Bəraət üçün verilmiş vaxt bitməmiş onu işlədiyi  aeroportda dispetçer qülləsidən asılmış halda tapırlar. 
 
İHEU-nun hesabatlarında həm də bir sıra Avropa ölkələri  qanunvericilikləriylə bağlı tənqid edilir. Çünki dinə inananların hisslərini təhqir etdiklərinə görə qanunda cəza nəzərdə tutulur ki, bu da tətqiqatçıların fikrincə  ateistlərə qarşı  diskrimanasiya sayılır. Bu siyahıda 282-ci maddəyə və "Pussy Riot" qrupuna görə Rusiyada vardır. 
 
Avropadakı ateistlərinin böyük əksəriyyəti - 32%-i yaşayan Fransada bu siyahıya daxil olub. Bunun səbəbi 1905-ci ilədək tikilən bütün katolik tikililərin dövlətə məxsus olması və onların dövlət büdcəsindən maliyələşməsini təmin edən qanun olmuşdur.  Eyni dövrdə  tikilmiş digər dinlərə məxsus olan tikililər dövlət tərəfindən qorunmur.  Bütün dollar əskinaslarının və əksər dövlət binalarının üzərində yazılmış “In God We Trust” (yalnız Allaha sığınırıq) sloqanına  görə  ABŞ hökumətidə IHEU-nin tənqid olununa ölkələrinin siyahısına daxil olmuşdur. 
 
IHEU –nin tam versiyasını burdan oxuyabilərsiniz. 
pravo.ru
 
Leyla
Kultura.az
Yuxarı