post-title

Əli Amirinin "Günah Keçisi" romanı təqdim olunub

İsrail Mədəniyyət Mərkəzində tanınmış İsrail yazıçısı Əli Amirin “Günah Keçisi” əsərinin təqdimat mərasimi keçirilib. Romanda şərq və qərb dünyagörüşünün ziddiyyətli məqamları, mədəniyyətlərin kəskin toqquşması çox böyük ustalıqla, rahat ifadə olunub.

 

 
"Günah keçisi" romanı bir çox mükafatlara layiq görülüb, məktəb proqramlarına daxil edilib. "Günah keçisi" romanı bütöv bir nəslin avtobioqrafiyası hesab olunur. Təqdimatda Azərbaycandakı İsrail səfirliyinin nümayəndələri də iştirak edib. 
 
Əli Amiri Bağdadda anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə İsrailə köçüb. Yerusəlim Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib. Roman boyunca onun Bağdadla bağlı xatirələrini də oxuya bilərsiniz. "Günah keçisi" romanı müəllifin avtobioqrafik əsəridi. Bu roman dünyanın bir çox dillərinə tərcümə olunub və ekranlaşdırılıb.
 
Kultura.az
Yuxarı