Frans Kafka - Bədbəxt olmaq (hekayə)
Tam qaranlıq, lampaları sönmüş dəhlizdən ruh şəklində k…
Azərbaycan kitab dünyasına bomba kimi düşəcək bir kitab sizcə nə ola bilər?
Bu kitabın Azərbaycan çağdaş ədəbiyyatının avanqardı Azad Yazarlar Ocağından – AYO-dan gələcəyi şübhəsidir, lakin bu səfər azad yazarların hər hansı birinin deyil, onların kollektiv əməyinin məhusulu olan bir kitab oxuculara təqdim edilməkdədir. “Üst İnsana Gedən Yol” adlanan bu kitab dünya ədəbiyyatından tanıdığımız və tanımadığımız məşhur qələm ustalarının yazmış olduğu esselər və müsahibələr toplusudur. Bu esseləri Azad Yazarlar Ocağında birləşən yazıçılar və tərcüməçilər: Samir Bulut, Namiq Hüseynli, Yalçın İslamzadə, Nicat Məmmədov, Nərmin Kamal, Sima Ənnağı, Rasim Qaraca, Azad Yaşar, Leyla Tağıyeva ana dilimizə çevirmişlər. Seçilən mətnlərin əsas qayəsi dəyişmək istəyən insanın axtarışları, onun mübarizəsi, özünü təsdiqi və özgür iradəsidir. Yalnız bir kitabla iki pillə yüksəlmək istəyənlərin kitabıdır “Üst İnsana Gedən Yol”
Tərcümə olunan müəlliflər isə aşağıdakılardır:
Akutoqava Rünoske. Vəsiyyət (dostuma məktub).
Aleksandr Duqin.“Üst insana gedən yol. Fridrix Niçşe”
İmanuel Kant. Aydınlanma nədir?
Serqey Dovlatov. “From USA With Love”.
Dmitri Volçek. Pol Boulz Gözəgörünməz müşahidəçi.
Frans Kafka. Oxuyan Gitaralar.
Andrey Tavrov. Şeir haqqında üç esse.
Anna Yampolskaya. İtalyan Futurizmi.
Joana Breidenbach. Qloballaşan dünyadan qarışıq fikirlər toplamı.
Çarlz Bukovski. Marixuana ilə təhlükəli oyun.
Eduardo Qaleano. Xeyir və Şər Teatrı.
Elliot Vaynberqer. Qusma.
Henri Miller. ABŞ dahilər və lunatiklər arasında.
Martin Emis. Bakirəlik dövrünün sonu.
Milan Kundera. Roman sənəti və nəslin davamı.
Tomas de Vaal. Postsovet məkanı klassiklərin gözü ilə.
Eduard Limonov. Putin haqqında.
Cozef Qebbels. Gələcək diktatorlara məsləhətlər.
Robert Valzer. Bir-neçə dəqiqəlik qiraət.
Rolan Bart. Dilin Hökmü.
Umberto Eko. Möhtəşəm əsr.
Umberto Eko. Roman üzərinə qeydlərdən.
Corc Karlin. Öd və nifrət.
Vitezslav Nezval. Avanqard ədəbiyyat haqqında mühazirə.
Yan Şvankmayer. Zövq gizlinləri.
Xorxe Luis Borxes. Böyük dəyişikliklərin gələcəyi gün.
Eduard Limonov: “Mən – Volqaboyundan enerjili rus mujikiyəm”.
Orxan Pamuk. “Mənim İstanbulumda daim qar yağır”.
Tatyana Kravçenko. İngilis nəsrinin yeni nəfəsi.
Umberto Eko. Düşməniniz kimdir?
Viktor Yerofeyev. Ruslara nitrət etməyən.
Çarlz Bukovski. Şərabla Yumurta.
Kultura.az