post-title

Müdrik sözlərdən sonra küləkləmək barədə

Dünən bir məclisdəydim. Orada bir gənc adam vardı, mən ona necə yaşamaq və bu dünyanı necə dərk etmək haqda nəsihət verirdim. Mən ona hədəflər və həyatın mənasından danışırdım. Və gənc adam hər şeydə mənimlə razılaşırdı.

 

Orada onun bizim söhbətimizi eşidən atası da oturmuşdu. O, mənə yaxınlaşdı və oğluna müdrik sözlər deyib, onu həqiqət yoluna yönəltdiyim üçün təşəkkürünü bildirdi.

Sonra o, hiddətlənməyə başladı ki, eynilə həmin sözləri və fikirləri o özü də oğluna deyir, amma oğlu ona qulaq asmır. Ata üçün təəccüblüsü o idi ki, eynilə həmin bu sözləri mən deməyə başlayanda, onun oğlu dərhal mənimlə razılaşırdı və tam məsuliyyəti ilə mənə qulaq asırdı. O, məndən bunun necə baş verdiyini soruşdu.

Mən də cavab verdim ki, iş burasındadır ki, uşaqlar atası ilə birgə yaşayaraq, onun bütün çatışmazlıqlarını görürlər. Bax, sən ata öz müdrük sözlərinlə oğluna nəsihət verirdin. Və o, hətta əvvəllər səninlə razılaşırdı da. Lakin bundan dərhal sonra, sən elə indicə danışdığın o müdrüklüyün içinə küləklədin və batırdın. Sonra sən ona müdrükcəsinə nəsə başqa bir şey dedin, sonra yenə zibillədin, söyüş söyməyə başladın. Yenə də öz müdrüklüyünün içinə batırdın. Eləcə də qalan hər şeyə. O, səni tumanla görür, sənin bədəninin bütün çatışmazlıqlarını görür. O, sənin penisini və dalını görüb. Çünki on illərlə bir yerdə yaşayıb, bunu görməmək mükün deyil. O görür ki, sən necə tüpürürsən, görür ki, sən necə murdarçısan və.s. Və bütün bunlar sənə qarşıdır. Bu, sənə elə gəlir ki, sənin oğlun bunlara əhəmiyyət vermir. Amma əslində, o, hər şeyi, sənin öz müdrik sözlərinə necə batırdığını görür. Bütün bunlardan sonra, o sənə necə qulaq assın?

Ona görə də, o, eynilə həmin o müdrik sözləri məndən eşidir və mən ona daha yaxşı təsir edirəm. Nəyə görə? Ona görə ki, o, mənim küləklədiyimi, tüpürdüyümü, qusduğumu görməyib. Əlbəttə ki, bunların hamısı məndə də var. Əgər o mənimlə birlikdə yaşasaydı, bunları eşidərdi və səni başından etdiyi kimi, məni də başından edərdi. Ona elə gəlir ki, yad adam onun atasından fərqlənir və o, küləkləmir, tüpürmür, qusmur. Və onun bu inamını dağıtmaq lazım deyil. Qoy o, buna inansın. Əsas odur ki, müdriklik ona çatsın.

Ona görə də, müdrikliyi atadan oğula yox, yad adamlardan övladlara ötürmək lazımdır. Ən əsası odur ki, onlar eşitdiklərindən sonra yanılmasınlar. Yoxsa, indi nəsə ağıllı bir şey dedin və sonra küləklədin. Nə faydası var? Buna görə də, heç kim müdrikliyi evində, doğmalarında axtarmır. Baxıcılara, psixoloqlara, rahiblərə və.s. gedirlər. Onlar da küləkləyirlər. Lakin onların yanına gedənlər bunu eşitmirlər axı. Buna görə də onlar  uşaqlar üçün avtoritetdirlər. Evdəkilər isə, onlar üçün avtoritet deyillər, çünki onlar evdəkilərin küləklədiyini eşidirlər və onların dalını görürlər.

Və yalnız valideynlərinin ölümündən sonra çoxları onlara dəyər verir və onların müdrik sözlərini xatırlayır. Nəyə görə? Yenə də ona görə ki, valideynləri artıq onlarla deyil. Oğullar artıq onların necə küləklədiyini eşitmirlər. Amma onların müdrik sözlərini xatırlayırlar. Ona görə də yalnız ölümündən sonra "avtoritet ata" ola bilərsən. Sağlığında isə, atalar müdriklik  üçün oğullarını başqa atalara göndərməlidirlər. Əsas odur ki, heç kim onların necə küləklədiyini eşitməsin.

Aydın Əlizadə

Kultura.az

Yuxarı