post-title

Azad Yazarlar Ocağına yeni sədr seçildi

Azad Yazarlar Ocağı (AYO) özünün yeni rəhbərini seçib. 16 Mart 2019-cu il tarixində baş tutan seçkilərdə yazıçı və esseist Cavid Ramazanlı təşkilatın yeni sədri seçilib. AYO-ya həmçinin yeni gənc yazarlar da qoşulub. 

Təşkilatın sədri seçilən Cavid Ramazanlı uzun müddətdir ki, yazıçı, esseist və tərcüməçi kimi fəaliyyət göstərir. O, "Yol" adlı hekayələr toplusunun müəllifidir. 

Əsasən gənc yazarlardan təşkil olunan AYO müasir ədəbiyyatın və azad sənət mühitinin təbliği və formalaşması istiqamətində fəaliyyət göstərir. AYO Azərbaycan ədəbi mühitinə çox sayda yeni simalar qazandırıb. Təşkilatın nəzdində fəaliyyət göstərən "Alatoran" yayınları müntəzəm olaraq yerli və xarici müəlliflərin kitablarını dərc edir. 

Qeyd edək ki, AYO-da hər il sədr seçkiləri keçirilir. İndiyədək seçilən sədrlər arasında Rasim Qaraca, Seymur Baycan, Aqşin Yenisey, Rafiq Tağı, Günel Mövlud, Namiq Hüseynov, Fərhad Yalquzaq, Fərican Yaren və Yalçın İslamzadə kimi simalar olub.  

Kultura.az


Yuxarı