post-title

Dünyaca məşhur əsər Azərbaycan dilində!

"Qanun" nəşriyyatı tanınmış Amerika yazıçısı Henry Miller-in "Xərçəng tropiki" romanını Azərbaycan dilində çap edib.

 
 
 
 
"Bəs bu? Kitab deyil bu. Böhtan, şər, heysiyyətə qarşı iftiradır. Sözün əsl mənasında kitab deyil bu. Xeyr, bu, uzun bir həqarətdir, Sənətin üzünə tüpürülmüş bəlğəm, Tanrının, İnsanın, Taleyin, Zamanın, Sevginin, Gözəlliyin və başqa nə istəyirsənsə, onun dalına vurulmuş təpikdir. Mahnı oxuyacağam sizin üçün, bəlkə düzgün notda olmayacaq bir az, amma oxuyacağam. Siz gəbərərkən mən mahnı oxuyacağam, rəqs edəcəyəm murdar cəsədlərinizin üzərində...”
 
Roman müəllifin Fransada, əsasən Parisdə keçirdiyi illərdən, Parisdəki həyatın ən fərqli tərəflərindən, özü də daxil olmaqla, oradakı sənətçilərin yaşamaq və yaratmaq uğrunda apardığı uğurlu-uğursuz mücadilələrindən bəhs edir.
 
Henri Millerin təsvir etdiyi Paris başqa Parisdir. Henri Millerin Parisində sənət və gözəlliklə bərabər, uğursuz yazarlar, səfalətin zirvəsinə dırmanmış mühacirlər, həyatın dibində çapalayan insanlar da var.
 
Və hamısının mükəmməl, sarsıdıcı təsvirləri...  İlk baxışdan xaotik, amma daxili düzəni olan, fəlsəfə ilə, sənət ilə reallığın sərt formada qarşı-qarşıya qoyulduğu bir romandır "Xərçəng tropiki”.
 
Tərcümə Rəşad Səfərindir. 
 
Kultura.az
Yuxarı