Sizi sağanları sevirsiniz?
Məsələn, son illərdə xalqın i&cc…
Üsyan etmək, dəyişdirmək, eşitdirmək, diqqəti çəkmək, hərəkət etmək, boykot etmək, qarşı çıxmaq, müdafiə etmək və s. Bax bunlar bir aktivistin etdikləri, hiss etdikləridir. Niyə bu mövzunu seçdim?
Bilmirəm hər halda bu son illərdə məndə üsyankaram. Bəzi şeylərə dözə bilmirəm. Ancaq aksiya keçirmirəm. Amma bunu edənlər var. Bəlkə mən irəlidə getmirəm amma daim edənlərin arxasındayam. Təbii mənimlə eyni yolda olanların. Ancaq nə olursa olsun bir insanın inandığı şeyi müdafiə etməsi və bunu hərəkətə çevirməsi təqdir ediləsi bir hadisədir. Bax bir activist də belə bir insandı.
Aktivizm isə ümumi mənada istər siyasi olsun istərsə də ictimai olsun , bir dəyişiklik üçün iddialı hərəkətlərdir. Bəzi qruplar tərəfindən aktivist azadlıq döyüşçüsü olaraq görülərkən bəzi qruplarda isə terrorist kimi olaraq qələmə verilir. Bununda səbəbi təbii ki hansı tərəfdə olduğunla əlaqəlidir. Yəni müdafiə etdiyin üçün: döyüşçü, qarşısında dayandığın üçün: terroristsən.
Aktivizm bir qəzetə ya da siyasətçiyə bir məktub yazmaqdan, siyasi kampaniyadan, iqtisadi aktivizmdən (seçilən şirkətləri dəstəkləmək və ya boykot etmək kimi), yığıncaqlardan, blog yazmaqdan və küçə yürüşlərindən, tətillərə və hətta partizanlığa qədər bir çox şeyin içində davamlılığını təmin edə bilər.
Aktivizmin bir çox növü var: sivil itaətsizlik, iqtisadi aktivizm, sosial aktivizm, lobbiçilik, media aktivliyi , təbliğat, şiddət əleyhdarlığı, etiraz, tətil, gənclik aktivizmi və s. Bunları indi burada tək-tək açıqlamayacağam, amma heç olmasa ən azı üçümüzdən biri gənclik aktivizminə qatılmışdır. Ya da ən sadəsindən biri: blog sahibisinizə, demək siz də bir aktivistsiniz.
Aktivistlərin ən çox qarşılaşdığı sual budur. "Niyə məşğul olursan ki bununla" (hansımız qarşılaşmırıq ki ). Kimsə səni bunun xoşbəxt etdiyinə inanmaq istəmir. Xoşbəxt olma forması bizim cəmiyyətdə çox qəribə xarakterə mənsubdur. Evlənərsən, uşaq sahibi olarsan, iş, puldur qazanarsan, yeyərsən, gəzərsən xoşbəxt olarsan. Budur yəni bunun yolu? Həqiqətən cəmiyyətimizdə təəssüflər olsun ki bu belədir. Bundan xoşbəxt olmayanları anlaya bilmir, başqa bir planetdənmiş rəftarı edirlər. "
Üsyanım var qardaşım mənim" deyib gəzirəm ortalıqlarda bəzən. Yaxşı niyə belə bir fikirdən həqiqətən xoşbəxt oluram ?!
Ürəyimdə saxlamıram , qışqırıram, hər hansı bir ağaya baş qaldırıram, sorğulayıram.
Bundan daha gözəli varmı? Yaxşı mən bunları başqa niyə edirəm?
Daha yaxşı bir dünyada ola bilirəm. Amma bunun üçün mübarizə lazımdır.
Yaxşı necə mübarizə edəcəyik.
Təbii ki küçələrə töküləcəyik. Çünki səhv olanları, axsayan şeyləri, bacardıqlarımızı və düzəldilməsi lazımlıları küçələrdə görürük. Heç kim oturduğu yerdən yalnız sözlə ilə bir şey bacara bilməz. Ancaq küçəyə tökülmə nədənsə dərhal fikirlərdə "şiddət" işıqlarının yanmasına səbəb olur. Bəli bir müddət sonra bəzən işlər o nöqtəyə gələ bilir . Ancaq gəlmək məcburiyyətində də deyil.
Üsyanınız nə olursa olsun, böyük və ya kiçik miqyaslı fərq etməz. Siz səsinizi çıxarın, bir şey edin və imtina etməyin. İnandığınız nəysə onun izindən davam edin, başqalarının nə dediyini, nə etdiyini heç də düşünməyin. Çünki bilin siz tək deyilsiniz. Həm tək olsanız nə olar sank ? Heç olmasa geriyə baxdığınızda heç nə etmədim , edə bilmədim deməzsiniz. Ancaq əmin olun ən azından 1 adama belə səsinizi eşitdirib, dərdinizi izah edə bilsəniz belə bu sizə də, bizə də yetər.
Çünki oda başqasına izah edə bilər. Bir zəncir yəni.
Greenpeacesi tanımayan yoxdur. Onlarda müasir üsullarla aktivist olan bir qrupdu. Ən çox üsyanın edildiyi ekologiya ilə əlaqədar hərəkətlərdə diqqətə layiqdir. Onların reklamlarına heç rast gəldinizmi bilmirəm. Amma deyirlər ya "Bu kövrək dünya bir səsə layiqdi. Köməyə ehtiyacı var. Dəyişməyə ehtiyacı var. Hərəkətə ehtiyacı var. Sənə ehtiyacı var".
Bax bu cümlələr izah etmək istədiyimi çox gözəl yekunlaşdırır. Ehtiyaclara, çağırılara cavab verin…
Birdə mövzu ilə əlaqəli bir neçə film məsləhət bilirəm.
Kanadalı aktivist Paul Watson ürəyi olan Sea Shepherd Conservation Society`nin dayanmadan balina ovuna davam edən yapon balıqçı gəmiləriylə amansız mübarizəsindən bəhs edən “At the Edge of The World”
Həmçinin sörf, punk , hip-hop, grafiti kimi mədəniyyətləri mənimsəmiş bir qrup insanı, seçilmiş sənətçiləri, fərdi hekayələri və bu xəyallarin bir nəsilə necə təsir elədiyini göstərən film “Beautiful Losers”.
Gələn görüşlərədək, bu mən idim, sizin pozitiv Azər ;)
Azər Aydın
Kultura.Az