post-title

„Seksuallıq xristian icması üçün açıq mövzu olmalıdır.“

Radio Netherland Worldwide xəbər verir ki, keçmiş dini xadim, indi isə seks məsələləri üzrə ekspert Marc Angenent dindar kəsim üçün intim mallar dükanı açıb.

 

“Liefdestuin (“Eşq bağı”) saytında müştərilər sifariş etdikləri malları “əxlaqlı” şəkildə bükdürə, həm də tanıtım və təlimat tipli materiallarla tanış ola bilərlər.

Angenent deyir ki, “sex-shop xristianları öz utancaqlıqları ilə mübarizəyə səsləyir, dindarlar bu bu mövzunu müzakirə etməyə utanmamalıdırlar. Seksuallıq xristian icması üçün açıq mövzu olmalıdır.”

Bu arada, Liefdestuin saytında erotik və pornografik mətn və görüntülərdən istifadə olunmayıb.

Baxmayaraq ki, saytın qoyduğu mövqeyi təhqiramiz hesab edənlər var, amma Angenentin dediyinə görə saytın işləri pis getmir. Artıq saytın izləyiciləri arasından malların çatdırılması üçün sifariş edənlər var.

Qeyd edək ki, Niderlanddakı müsəlmanların analoji sex-shopu „El Asira“ 2010-cu ildə yaradılıb.

 

Kultura.az

Yuxarı