post-title

Əhməd Ağaoğlunun kitabı nəşr olunub

Görkəmli ictimai xadim, türkoloq, yazıçı Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” kitabı işıq üzü görüb.

Qanun Nəşrlər Evində yayımlanan kitab azad cəmiyyətin fundamentində duran ən vacib məsələlərdən bəhs edir.

Azad cəmiyyət və azad insan nədir? Azad ölkə öz vətəndaşının üzərinə hansı məsuliyyəti qoyur? Şərq uzun zaman mütərəqqi yeniliklərə niyə qapalı qalıb? Azərbaycanın demokratiya idealları necə formalaşıb? Bütün bu tale yüklü sualların cavabını böyük mütəfəkkrin bu kitabında tapacaqsınız.

Təxminən yüz il əvvəl İstanbulda nəşr edilən əsər bu gün də aktuallığını qoruyur. Hətta bu gün daha aktualdır desək, yanılmarıq.

“Sərbəst insanlar ölkəsi” klassik ədəbiyyat ənənələrinə uyğun bədii üslubda qələmə alınıb, odur ki, cəmiyyətin sosial-siyasi quruluşu ilə bağlı qeyd olunan fikirlər rahat oxunur, irəli sürülən fəlsəfi-kulturoloji ideyalar asanlıqla başa düşülür.

Yuxarı