post-title

Söz yığını, cəfəngiyat - Tolstoy 'Hərb və sülh'ü belə görürdü

"Söz yığını, cəfəngiyat"

Tolstoy "Hərb və sülhü necə yazmışıd"

Tolstoyun köhnə dekabrist haqda povesti yazdıqca böyüyüb, forması və məzmunu genişlənib Napoleon müharibəsi haqda romana çevrilib. Bəs görəsən Tolstoy nəhəng “Hərb və sülh” romanında yüzlərlə qəhramana adı necə seçib, fransızca yazdığı hissələri necə kəsib və sonra yenidən əlavə edib və niyə axıra qədər romanından narazı qalıb.

1856-cı ildə Tolstoy uzun müddət sürgündə yaşayıb vətəninə geri qayıdan qoca-dekabrist haqda povest yazmağa başlayır. 1869-cu ildə isə povesti artıq roman kimi, özü də dekabristlərin qiyamından az öncə yazıb bitirir. Haqqında bəhs olunan əsərin “Hərb və Sülh” romanı olduğunu dərhal anlamaq mümkündür.

Sibirdən - Borodino çölünə

Əvvəlcə roman “Dekabristlər” adlanırdı, dekabristlər hərəkatı elə Tolstoy roman üzərində işləməyə başlayanda alovlanmışdı, yəni 1856-cı ildə. Romanın mərkəzi obrazı Piyer Bezuxov 30 il Sibir sürgünündə qaldıqdan sonra yaşamaq üçün Moskvaya gəlir. Ancaq hər şeyi yerli-yataqlı danışmağı sevən Tolstoy əvvəlcə qəhramanın keçmişini 1825-ci ildən başlayaraq oxuculara təqdim edir. Ancaq o illərdə belə qəhraman artıq formalaşmış şəxsiyyət idi və onun necə formalaşdığını göstərmək üçün daha keçmişə və dərinə getmək lazım gəlir. Bunun nəticəsinə yaranan nəhəng roman göz önündədir.

Maraqlıdır ki, “Hərb və sülh”ün bizə gəlib çatmış versiyasının belə üzərində işləyən Tolstoy romanı əsl hadisələrin əks olunduğu əsərin ön sözü hesab edirdi, bu Tolstoy üçün bir növ haşiyə idi. Yeri gəlmişkən Dostoyevski də “Karamazovlar qardaşları”nı yazarkən təqribən buna bənzər bir vəziyyətlə üzləşmişdi. O romanını Alyoşa Karamazovun həyatı haqda daha böyük romana hazırlıq kimi yazmışdı. Ancaq yazıçı vəfat etdiyi üçün əhvalat da yarımçıq qalmışdı. Tolstoy “Hərb və sülh”ü və “Anna Karenina”nı bitirdikdən sonra dəfələrlə “Dekabristlər” povestinin üzərinə qayıtmağa cəhd etsə də heç nə alınmayıb, bizə ondan cəmisi üç bölüm qalıb.

Rusiya-Fransa müharibəsi üzərində diqqətini toplayan Tolstoy o dövr cəbhənin hər iki tərəfindən (Napoleondan tutmuş Denis Davıdova qədər) bu haqda yazılmış az qala bütün əsərləri, tarixi sənədləri tapıb oxumuşdu, 1812-ci ilin hadisələri haqda tarixi və bədii kitablardan ibarət nəhəng bir kitabxana toplamışdı, hər gün topladığı kitab, qəzet və jurnalları oxumağa saatlarla vaxt sərf edirdi. Ancaq di gəl ki, müəllif oxuduğu kitablar arasında bircə obyektiv yazılmış əsər də tapmadığı üçün xeyli məyus olmuşdu: dövrün müəllifləri ya I Aleksandra, ya da Napoleona yaltaqlanır, onun rəşadətini tərifləyirdi. Tarixçilərin yazdıqları isə ona ancaq bir işdə kömək olur, Tolstoy onlardan istifadə edərək romanını tarixi sənədlərə əsaslandırır, romanda hər şey var: əmrlər, geri çəkilmək haqda fərmanlar, döyüş planları, Napoleonla I Aleksandrın şəxsi yazışmaları, Kutuzovun yazışmalarından fraqmentlər. Bir sözlə Tolstoy romanını canlı etmək üçün əlindən nə vaxtına nə enerjisinə heyfslənməmişdi.

Bütün bunlar azmış kimi yazıçı tarixi mənbələrlə yetinməmiş, şəxsən Borodino çölünə yollanmışdı. O Borodinodan arvadına yazırdı: “Səfərimdən çox razıyam... Tanrı mənə sağlamlıq və sakitlik bəxş etsin də, Borodino döyüşü haqda hələ heç kimin yaza bilmədiyi bir əsər yazacam”. Tolstoy səhranı hərtərəfli gəzib onun sxemini çəkir, sxemə ətrafdakı kəndləri, günəşin hərəkət trayektoriyasını və s. əlavə edir.

15 giriş, 500 obraz

Dəqiqliyi özünə adət edən Tolstoy obrazların üstündə aylarla işləyib. Tədqiqatçılar “Hərb və sülh”də nə az, nə çox düz 559 obraz tapıblar. Onlardan 200-ü gerçək həyatda yaşamış tarixi şəxsiyyətlərdir. Yerdə qalanların çoxu da kimlərinsə prototipidir ki, tədricən ortaya çıxır. Məsəlçün, Nikolay Rostovun dostu Vasiliy Denison sən demə məşhur partizan Denis Davidovun prototipi imiş, Rostovlar ailəsinin tanışı Mariya Axrosimova isə general-mayor Denisovun qaynanası Anastasiya Dmitriyeviç Ofrosimovanın prototipidir. Romandakı knyaz Nikolay Andreyeviç Balkonski isə Tolstoyun ana tərəfdən babasının cizgilərini daşıyır. Həmçinin tədqiqatçıların fikrincə Balkonskinin qızı Mariya Volkonski isə yazıçının doğma anasının prototipidir. Yazıçı anasını xatırlamırdı, anası o doğulandan iki il sonra dünyasını dəyişmişdi, ancaq o yenə də anasına olan ehtiramını yaratdığı obrazıyla bildirmişdi.

olstoy obrazlarına ad verməkdən ötrü (bu elə də asan iş deyildi, söhbət 500-ə qədər adamdan gedirdi) ya gerçək soyadlardan istifadə edir (Razumovski, Meşerski, Lopuxin), ya da mövcud soyadları azacıq dəyişirdi. Beləlik Bolkinski (Volkinski), Drubeçko (Trubeçko), Kuraqin (Kurakin), Doloxov (Doroxov).

Yazıçı roman üzərində uzun və əziyyətli bir yolla işləyib onu ərsəyə gətirmişdi. Xüsusilə romanın başlanğıcını yazmaq Tolstoya it zülmü kimi gəlmişdi. Belə ki, arxivdə romanın düz 15 girişi mövcuddur, o bəzi səhifələri 100 dəfədən çox təkrar yazmışdı (yazıçıdan qalan qaralamalar bunu deməyə imkan verir). O dəfələrlə ruhdan düşüb, ümüdünü itirib və kitabı yazmağı dayandırıb. O ağlında olan minlərlə fikri alışılmış tarixi romanlar kimi yazmaqdan qorxurdu, istəyirdi nəsə yeni forma tapsın. O bu nəhəng əsərini “roman-epopeya” adlandırır, rejissor Aleksandr Mitta ona – “roman-kinofilm” deyirdi. Rejissora görə romanda hər bir kadr dəqiqliklə hazırlanmışdı.

Tolstoy romanı fransızca dialoqlarla, fəlsəfi monoloqlarla doldurmuşdu

“Hərb və sülh”ün ilk bölümləri çap olunanda (o vaxt hələ “1805” adıyla çıxmışdı), oxucuların çoxu və tənqidçilər kitabdakı fransızca dialoqlardan və fəlsəfi monoloqlardan narazı qalmışdılar. “Bu qədər fransızca danışıq nəyə lazımdır? – deyə V. Botkin tənqidçi Fetə yazırdı. – Gerçəkdə söhbətin fransıca getdiyini yazmaq bəs edirdi. Kitabı fransızca mətnlərlə doldurmaq artıq və xoşagəlməz bir şeydir...” Buna görə də “Hərb və sülh”ün 1873-cü ildəki nəşrində fransızca nitqlər az qala tamam çıxarılmış, müəllifin fəlsəfi və hərbi-tarixi düşüncələri isə ayrıca verilmişdi. Beləliklə ortaya böyük şərhləri olna uzundan-uzun bir melodrama çıxmışdı.

“Moskovski vedemosti” qəzeti romanın yeni redaktəsini sevincə qarşılamışdı: “Qraf Tolstoy mətndən fransızca olan danışıqları tamam çıxarıb, çalışıb ki, koloritli hadisələr rusca bütöv çatdırılsın və ən əsası hərb sənəti haqda bütün fikirlərini və ümumiyyətlə tarixə baxışlarının “12-ci il müharibəsi haqda düşüncələr” adıyla ayrıca kitab halına salıb. Necə düşünməyindən və kim olmasından asılı olmayaraq hər kəs bu cəhətlərin romana əlavə yük kimi yükləndiyini və oxucunu zorla bədii mətndən ayırdığını qəbul edər”. Ancaq Tolstoy bu işi belə buraxmır 1886-cı ildə “Hərb və sülh” yenidən nəşr olunur və əvvəlki fransızca hissələri, fəlsəfi düşüncələr olan bölümləri olduğu kimi saxlanılır.

Mazurka və piroq

Maraqlı olan odur ki, çapından dərhal sonra şedevr kimi tanınan roman haqda Tolstoy skeptik düşünürdü. O 1871-ci ildə yazıçı və təndiqçi Fetə məktubunda yazırdı: “Elə xoşbəxtəm ki, söz yığınından ibarət “Müharibə” cəfəngiyatını daha yazmayacam”.

Özündən razılıqıydımı bu? Yox, çünki bu fikir yazıçının gündəliyində tez-tez nəzərə çarpırdı: “İnsanlar məni “Hərb və sülh” kimi çərənçiliyə görə sevinrlər, bilmirəm bu onlar üçün niyə belə önəmlidir (1908-ci il). Elə o dövrdə Tolstoyun kəndi Yasnaya Polyanaya təşrif buyurmuş bir qonaq “Hərb və sülh”ə görə böyük heyranlıqla Tolstoya təşəkkür edir, bunun üzərinə yazıçı gündəliyində yazır: “Gülməli vəziyyətdir, elə bil Edisonun yanına gəlib deyir ki: “Yaxşı mazurka oynadığınız üçün sizə hörmətim sonsuzdur”” – Belə görünür Tolstoy bunu da qürrələnmək üçün yazmırdı.

Tolstoyun “Hərb və sülh”dən, həmçinin də digər bütün romanlarından yeganə narazılığı onların ancaq savadlı təbəqə tərəfindən anlaşılması, sadə xalqın səviyyəsində olmamasıydı: “Bu yavan çörək deyil, piroqdur, piroq” – deyə müəllif əsərləri haqda yazırdı. Onu da nəzərə almaq lazımdır ki, sonradan Tolstoy sadə xalqı maarifləndirmək eşqinə düşmüşdü və “piroq” kimi elit əsərlər onu daha maraqlandırmırdı.

Mənbə: birdinlight.com

Tərcümə: Oxu zalı

Yuxarı