„Seksuallıq xristian icması üçün açıq mövzu olmalıdır.“
“Liefdestuin (“Eşq bağı”) saytında müştəri…
DÇ-2022-nin martın 28-də keçirilən Gürcüstan – İspaniya oyununda meydan sahibi komandanın hücumçusu Xviça Kvaratsxeliya növbəti dəfə diqqət mərkəzinə düşüb. 20 yaşlı vinger 44-cü dəqiqədə hesabı açıb. Dünya və Avropa çempionu İspaniya yalnız ikinci hissədə (56 və 90+3 dəqiqələrdə) vurulan qollar sayəsində 2:1 hesablı çətin qələbə qazanıb. Bu gün həmin matçın nəticəsindən daha çox isə Xviçanın oyunu müzakirə edilir.
DÇ-2022-nin martın 28-də keçirilən Gürcüstan – İspaniya oyununda meydan sahibi komandanın hücumçusu Xviça Kvaratsxeliya növbəti dəfə diqqət mərkəzinə düşüb. 20 yaşlı vinger 44-cü dəqiqədə hesabı açıb. Dünya və Avropa çempionu İspaniya yalnız ikinci hissədə (56 və 90+3 dəqiqələrdə) vurulan qollar sayəsində 2:1 hesablı çətin qələbə qazanıb. Bu gün həmin matçın nəticəsindən daha çox isə Xviçanın oyunu müzakirə edilir.
Gənc Kvaratsxeliyanın atası Badri Kvaratsxeliyanın Azərbaycanın futbol ictimaiyyətinə yaxşı tanışdır. O, 32 yaşından (1997-ci ildən başlayaraq ta 2005-ci ilə, 40 yaşına kimi) ölkəmizdə “Kəpəz” və “Şəmkir”də çıxış edib. 2000-ci ildə, 35 yaşı olanda isə milli komandamıza cəlb olunub. Karyerasını başa vurduqdan sonra Kvaratsxeliya məşqçliyə başlayıb. Bir müddət “Turan”nın baş məşqçisi olub.
Xviça özü Tiflisin “Dinamo” klubunun akademiyasının yetirməsidir. Ölkəsində “Dinamo”, daha sonra “Rustavi”də çıxış edib. 2019-cu ilin fevralın 12-də, 18 yaşının tamam olduğu gün icarə qaydasında Rusiya futbolunun nəhənglərindən olan “Lokomotiv”ə keçib. 5 ay sonra, 2019-cu ilin iyulunda isə o, azad agent kimi Rusiyanın başqa bir təmsilçisi “Rubin”ə transfer olunub. Sol cinah yarımmüdafiəçisi mövqeyində oynayan Xviça 2020/21 mövsümündə Rusiya Premyer Liqasında 20 oyunda meydana çıxıb, 3 qol vurub, 8 qolun ötürməsini edib. O, 2019-cu ilin iyunundan cəlb olunduğu Gürcüstan A millisində 7 matçda iştirak edib və 2 qolun vurub. 2020-ci ilin yekunlarına əsasən Gürcüstanın ən yaxşı oyunçusu seçilib.
Dünən İspaniyaya qarşı görüşdən sonra rəqibin baş məşqçisi Luis Enrike də Kvaratsxeliya barədə müsbət fikirlər səsləndirib. O deyib: “Xviça gəncdir, amma artıq yüksək səviyyəli oyunçudur. Əgər belə davam etsə, onu böyük gələcək gözləyir”.
Avropada hansısa ünlü məşqçisinin bizim bir oyunçumuz barədə belə yüksək fikirlər səsləndirdiyinə, çətin ki, kimsə rast gəlsin.
Luis Enrike Xviçanı bağrına basır
Zaman-zaman onun Avropanın TOP-5 ölkələrdən birinin klubuna satılacağı barədə Rusiya mətbuatında xəbərlər yayılır. Bu zaman daha çox İtaliyanın adı hallanır. Lakin hələlik böyük klublardan Xviçaya görə “Rubin”ə rəsmi təklif gəlmədiyi bildirilir. Nüfuzlu “Sport-ekspress” qəzetinin yazdığına görə, Xviça ilə indi əsasən A seriyasında liderlər qrupuna düşməyən klublar maraqlanır. Lakin bütün bunlar faktı dəyişmir. O, oyundan oyuna yüksəlir. Əgər ciddi zədələr olmasa, Xviçanın səsi yaxın illərdə Avropanın daha böyük çempionatlarından birindən gələcək.
Bəs, futbolçunun hazırkı maya dəyəri nə qədərdir? Məşhur “Transfermarkt” saytı Xviçaya 2019-cu ilin yayında 900 min avro qiymət qoyub. 1 il 7 ay keçdikdən sonra isə bu rəqəm 10 dəfədən çox artaraq 10 milyon avroya çatıb. Təsəvvür edirsiniz, 10 dəfədən çox!
Lakin “Rubin” klubunun baş direktoru Rustem Saymanov bildirir ki, qiymət göstəriləndən daha artıqdır:
“Mən “Transfermark”də ona 25 milyon da qiymət qoya bilərəm. Biz ki təxmini bilirik, bu səviyyədə futbolçunun qiyməti neçəyədir. Nə 10 milyon! Gedin, hansısa bir oyunçunu 10 milyona alın. Mən bizim çempionatdan bir gənc oyunçunu almaq istədim. Dedilər ki, qiyməti 8 milyondur. Ehtiyatda oturan gənc bir futbolçu üçün mənə bu qədər qiymət oxudular. Xviça isə həmin oyunçunu bütün göstəricilərdə bir neçə dəfə üstələyir”.
Beləliklə, Xviça Kvaratsxeliyanın timsalında Cənubi Qafqazın yetirməsi olan gələcəyin ulduz futbolçusu yetişir. Biz azərbaycanlılara isə təəssüf ki, belə məqamlarda yalnız qonşularımıza həsəd aparmaq qalır. Və bu yerdə daha “Nə vaxta qədər” kimi ritorik suallar verməyin də mənası qalmır. Çünki çönüb yaxın keçmişə baxanda görürük ki, az qala 30 ildir elə eyni sualların, eyni problemlərin əhatəsində ilişib qalmışıq. Pisi ilə, yaxşısı ilə bizim qonşular isə gedib Avropaya çıxıblar.
... Yeri gəlmişkən, Ermənistan da qrupda hər iki oyunda qələbə qazanaraq liderliyə yüksəlib.
Aydın Bağırov
Qol.az