Raya Halvani Çikaqo İncəsənət İnstitutu Məktəbində professordur. O, “Sevginin, Seksin və Evliliyin Fəlsəfəsi” (2010) kitabının müəllifidir.
Nəyə görə seksual arzu obyekləşdirməkdir və buna görə də qeyri-əxlaqidir?
18-ci əsrdə yaşamış filosof İmmanuel Kant insan xilqətinin şeytani olmağa meyilli olduğuna inanırdı. O, belə deyərkən, düşməninə işgəncə verərkən əllərini bir-birinə sürtüşdürən və sevincdən məst olan kimisə nəzərdə tutmurdu. O, bizim etməyə məcbur olduğumuz bir şeyin əvəzinə, özümüzün etmək istədiyi şeydən ötrü sinov getməyimiz, vəzifəmizi yerinə yetirmək əvəzinə, arzularımızın səsinə hay vermək meylimizi nəzərdə tuturdu. Kanta görə əxlaq bu boşluğu dolduran bir qüvvədir və o, bizi özümüzün qaranlıq, arzulayan kimliyimizdən qoruyur.
Söhbət arzudan düşəndə, birinci ağla həmişə seks gəlir. Kant seksual istəklərin qeyri-adi gücünü və onun bizi düzgün olanı eləməkdən yayındırdığını deyirdi. O iddia edirdi ki, xüsusilə seks əxlaqi baxımdan qınağa layiqdir, çünki seks cinsi arzunun istiqamətləndiyi şəxslərdənsə bədənə fokuslanır, ona görə də onları adi əşya səviyyəsinə endirir. O, bizim can atdığımız obyektləri elə obyekt səviyyəsinə salır. Belə etməklə, biz onları öz təlabatımızı təmin etmək üçün bəsit vasitələrə çeviririk.
İnsanlarla obyekt kimi davranmaq bir çox mənaya gələ bilər. Bura onları döymək, əzişdirmək və zorakılıq törətmək aid ola bilər. Lakin insanları obyektləşdirmək üçün digər daha az zorakı sayılan yollar da var. Ənənəvi dillə ifadə edəsi olsaq, biz bir insana öz cinsi tələbatımızı ödəyəcək, cinsi məmnuniyyətimizi təmin edəcək bir alət kimi baxa bilərik. Həmin insan öz razılığını vermiş olsa belə, bu obyektləşdirməkdən yayınmaq mənasına gəlmir; iki insan sırf seksual məqsədlər naminə bir-birindən istifadə etməyə razılıq vermiş ola bilərlər.
Amma bəs biz hər zaman bir-birimizdən istifadə etmirikmi? Bizim bir çoxumuzun təmizlikçi, bağban, müəllimə, müğənni kimi işlərimiz var. Bu xidmətlərdən istifadə edən kəslər xidmət göstərəni obyektləşdirirmi və xidməti göstərən şəxs alıcının pulunu almaqla onu obyektləşdirirmi? Bu münasibətlər eyni əxlaqi şübhələri doğurmurmuş kimi görünür. Ya onlarda obyektləşdirmə yoxdur, ya da obyektləşdirmə hansısa bir şəkildə neytrallaşır.
Kant bu variantların əslində problem olmadığını deyirdi. O adi istifadə ilə - obyektləşdirmənin bazisi – istifadədən daha artığı arasında fərq qoyurdu. Biz insanları iş görmək üçün işə götürəndə və gördüyümüz işə görə əmək haqqı alanda, sazişin qarşı tərəfindəki şəxsə bəsit bir alət kimi baxmırıq: biz yenə də o şəxsin furntamental baxımdan insanlığını qəbul edirik.
Lakin seksdə məsələ başqa cürdür. Kanta görə, əgər mən kiməsə mahnı oxumaq üçün müraciət edirəmsə, mənim arzum onun istedadı, yəni fəaliyyətdə olan səs üçündür. Amma mən kimisə seksual baxımdan arzulayıramsa, məni onun xidmətləri, istedadı və intellektual qabiliyyəti maraqlandırmır (baxmayaraq ki, bunlardan hər biri arzunu gücləndirə bilər), məni maraqlandıran, arzu etdirən onun bədənidir. Beləliklə, biz insanın bədənini arzulayırıqsa, adətən seks zamanı individual hissələrə - yançaqlara, penisə, klitora, budlara dodaqlara fokuslanırıq. Bizim o hissələrlə nə etmək istədiyimiz əlbəttə, müxtəlif ola bilər. Bəziləri onlara əlləriylə toxunmağı, bəziləri dodaqları, digərləri dili ilə toxunmağı sevir: bəzilərinin arzusu isə sadəcə olaraq baxmaqdır. Bu, o demək deyil ki, mən meyitə də tamah salacam: bizim insanlara olan arzumuz onlara canlı kimi istiqamətlənib, bu, mənim telefondan funksionallığına görə istifadə etməyimə bənzəyir.
Burda kimsə etiraz edə bilər: biz seksual şeyləri partnyoru sevdiyimizə görə və ona zövq yaşatmaq üçün eləmirikmi? Əlbəttə, edirik. Amma əgər biz bunu istəmədiyimiz zaman etsəydik, bunu seksual zövqə görə eləməmiş olacaqdıq. Və əgər bunu seksual arzu üçün eləmiriksə, onda seksual obyektləşdirmə problemi də ortaya çıxmazdı. Biz bir başqasına seksual həz verməklə, özümüz də həzz ala bilərik. Ancaq problem budur ki, sən tərəf müqabilin barədə təkmilləşmiş alət kimi düşünə bilərsən: maksimum həzz vermək üçün biz özümüz də maksumum həzz almalıyıq. Mənim maşınıma benzin tökməyim və onu işlək vəziyyətdə saxlamağım, mənim ona bir alətdən daha artıq bir şey kimi baxmağım mənasına gəlmir.
Seks sənin partnyorunu sadəcə olaraq obyektləşdirmir. O, həm də sənin özünü obyektləşdirməyinə səbəb olur. Mən seksual arzunun pəncəsində olanda, partnyorumun da məni bədənə qədər endirməyinə, məndən alət kimi istifadə etməyinə icazə verirəm. Kant bu özünü obyektləşdirmə prosesini digərlərini obyektləşdirmək qədər (əgər daha çox deyilsə) əxlaqi problem olduğunu irəli sürürdü. Mənim başqalarının xoşbəxtliyini təşviq etmək kimi bir öhdəliyim var, amma mənim həmçinin özümü əxlaqi baxımdan təkmilləşdirmək kimi öhdəçiliyim də var. Kanta görə, mənim özümü obyektləşdirməyə imkan verməyim bu qavrama zidd düşür.
Amma həqiqətən də, problem nədir axı? Bəli, biz seksdə özümüzü obyektləşdiririk və digərlərinə obyektləşdirməyə icazə veririk. Dünyada həmişə pis şeylər baş verib və verəcək. Ən azından biz seksdən həzz (hər şey yaxşı getsə) və bundan da daha artığını alırıq (hər şey daha da yaxşı getsə). Seksual obyektləşdirmə ilə əlaqəli bir şey o qədər də pis sayılmaz, elə deyilmi?
Amma burda bir əmma var. Kantın fikrincə, insanın bir şeyi nəyisə əldə etmək xatirinə görə yox, məhz istədiyinə görə etməyi düşünə bilmək qabiliyyəti onun əxlaqi hörmətə layiq olduğunu göstərir. Seksual arzuda etiraz doğuran məqam isə onun insanın həm özündə, həm başqalarında mühakimə yürütmək qabiliyyətini kütləşdirməsidir. O, bizim mühakiməmizi özünün quluna çevirə biləcək qədər güclüdür: bu zaman bizim rasionallığımız onun məqsədlərini təmin etmək üçün vasitəyə çevrilir. O, kralları, və hökmdarları taxtlarından salıb; münasibətləri məhv edib; yatağa girmək üçün yalanları yalanlara calayıb (“Mən də klassik musiqini sevirəm!“). Mən istədiyimə nail olmaq üçün yalan danışır, aldadır, özümü əslində olduğumdan fərqli göstərirəm – təkcə o adam üçün yox, özüm üçün də. Mən başqasının rasionallığını kənara qoyur, bunu edəndə insanlığını da kənara qoymuş oluram. Çünki bu, mənim yox, onun problemidir.
Bəs obyektləşdirmədən sekslə məşğul olmaq mümkündürmü? Əlbəttə. Fahişələr hər zaman belə edirlər. Uzunömürlük münasibətləri olanların bir çoxu da. Onlar arzu etmədikləri adamlarla sekslə məşğul olurlar. Ona görə də arzu etmədiklərinə görə obyektləşdirmirlər.
Hətta məhəbbət də seksdə bir kimsəyə obyekt gözüylə baxmağın qarşısını ala bilməz. Əgər arzu böyükdürsə, mənim sevdiyim bir ət parçasıdır. (Məhəbbət bəzən qucaqlaşmağa səbəb olur, amma bu yaxşı bir şeydir).
Mən Kantla seksual arzunun və obyekləşdirmənin bir-birindən ayrılmaz olduğu və əxlaqın onunla hesablaşmalı olduğu fikri ilə razıyam. Seks istənilən yaxşı desert kimidir, dadlıdır, amma müəyyən bir qiyməti (bədəli) var.
Bilge.az