post-title

Tarixin ən dahi filosoflarından biri - Konfutsi kim idi?

Şərq fəlsəfəsi və ya Çin tarixi barədə danışarkən, Konfutsini yada salmamaq mümkün deyil.

Tək ananın yoxsulluq içində böyütdüyü bu uşaq bütün dövlərin ən böyük filosoflarından biri olacaqdı. O öz dövrünün hərc-mərcliyinə müşahidə etmiş və özündən bir neçə əsr əvvəl mövcud olmuş Zou sülaləsinin qızıl dövrünün qayıtmasını arzulamışdı.

Konfutsu Çindəki daxili çəkişmələrin əxlaqi səbəblərdən qaynaqlandığını düşünürdü və bu fikirdə idi ki, həm fərdlərin, həm də dövlətin düzgün yönləndiriləcəyi təqdirdə keçmiş səltənəti, rifah və inkişafı bərpa etmək mümkün olacaq. Buna nail olmaqdan ötrü, o, insanın özünü təkmilləşdirməsi və ayinlərlə bağlı fəlsəfə yaratmış, cənubi Çinin bir çox əyalətlərinə səfər etmiş, öz ideyalarını gerçəkləşdirməyə töhvə verəcək krallar axtarmışdı.

Öz təşəbbüsündə o uğursuzluğa düçar olsa da, təhsil verdiyi bir çox şagirdləri ölümündən sonra onun əsərlərini yaydılar. Han Sülaləsi bir gün Konfutsiçiliyin ideallarını qəbul etdi, bundan sonra isə, təlim bir neçə qısa fasiləlik dövrü çıxmaq şərti ilə Çinin son 2 min illik tarixində əsas xətt oldu.

Konfutsiçilikdən yayınmalardan biri 20-ci əsrin ilk yarısında, xüsusilə mədəni inqilab dövründə yaşandı. Xaosun ən qızğın vaxtında yuxarıdakı şəkildə gördüyünüz fanatik gənc tələbələrdən təşkil olunmuş Qırmızı Keşikçilər məbədlərə, abidələrə, ibadət edənlərə və hətta Konfutsinin məzarlığına hücum edirdilər.

Konfutsi nə öyrədir?

Tarixin ən böyük filosoflarından birini sizə tanıtmaqdan ötrü biz onun fəlsəfəsinin əsas məqamlara toxunan 10 deyimini seçmişik.

Konfutsiçiliyin məqsədi: Necə “junzi” olmaq olar

“Cənnətin oğlundan tutmuş, yerdəki sıravilərə qədər istisnasız hər kəs özünütəkmilləşdirməni əsas götürməlidir”.

Konfutsinin təlimində əxlaqi mükəmməliyə çatmaqdan ötrü hər kəsə özünü təkmilləşdirmək aşılanır. Bu təkmilləşmənin ən ali məqsədi tərcümədə “alicənab”, yaxud “ali insan” mənasını verən “junzi olmaqdır” (君子 hərfi mənada: hakimin oğlu).

Belə bir insan səmimi, doğruçu, mərhəmətli, təvəzökar və dürüstdür. “Junzi” əxlaqi inkişaf prosesinə başlamaqla, başqalarını da özlərini inkişaf etdirməyə həvəsləndirir və beləliklə ən sonda ictimai harmoniyaya səbəb olur.

Konfutsi ilk dəfə bu fikirlərlə çıxış edəndə, çox radikal addım atmışdı, çünki o bir feodal cəmiyyətində təkcə zadəganların deyil, düzgün təhsil alan hər kəsin böyük insan ola biləcəyini deyirdi.

Fəzilətə necə çatmalı? Çoxlu rituallar edin, çoxlu, çoxlu rituallar

“Əgər insan yaxşı deyilsə, o ritual ilə yaxşı nəyə nail ola bilər?”

Konfutsi rituallara, mərasimlərə, nəzakət qaydalarına olduqca böyük əhəmiyyət verirdi, düzgün yemək qaydaları, böyüklərə hörmət və başqalarına davranmaqla bağlı o uzun-uzadı bəhs edib. O mübaliğə kimi görünə biləcək bu davranışları əxlaqi tərbiyənin vacib hissəsi kimi görürdü. Bu davranışlara gündəlik riayət etməklə və ya etməməklə, insan ya yaxşı hərəkətlər, ya pis hərəkətlər edir.

Burada əsas ideya budur ki, yaşca böyüyə təzim etmək kimi bir ritualı yerinə yetirərkən sən nə hisslər keçirdiyini bilməlisən, əgər təzim edirsənsə, bunu düzgün etməlisən. Bu kimi davranışları yerinə yetirməklə sən ən sonda fəzilətlərin ustadlığına çatırsan.

Hətta ritual sənə səfehcə görünsə belə, sən bunu etməlisən. Bir dəfə şagirdlərdən biri lüzumsuz heyvan qurbanverməsinə etiraz edərkən o, belə cavab vermişdi: “Sən qoyunu sevirsən, mənsə mərasimi”. Buradan çıxan mənaya görə, davranış bizim təkmilləşməyimiz üçündür, təkcə bunu nəyə görə etdiyimizi başa düşmək üçün deyil.

Öyrənmək özü özlüyündə yaxşıdır

“Nəyisə öyrənmək və daim məşq eləmək, həqiqətən də zövqlü deyilmi?”

Konfutsiyə görə, onun ən böyük üstünlüyü öyrənməyi sevməsi idi, o düşünürdü ki, təhsil əxlaqi inkişaf yolunda atılacaq ilk addımdır. Ona görə də o, təhsilə qarşı olan ictimai və iqtisadi əngəllərin aradan qaldırılmasını dəstəkləyirdi, həmçinin o, şagird götürərkən onların haradan gəldiklərinə əhəmiyyət verməzdi.

Bununla belə, o, faktların və məlumatların əzbələrlənməsinə qarşı da xəbərdarlıq edir və tez-tez bəsit məlumat toplayıcılarının ağıllı olmaları fikrinə qarşı çıxırdı. O, bizə bilik üzərindən hərəkət etməli olduğumuzu xatırladırdı:

“Öyrənməyi sevməkdən ötrü biliyə yaxın olmalısan. Fəaliyyətə yaxın olmaq üçün alicənablığa yaxın olmalısan”.

Fəzilət evdən başlayır

“Əlbəttə, valideynlərə və böyük qardaşlara yaxşı davranış yaxşılığın təməli deyilmi?”

Konfutsi ailəni əxlaqi birliyin təməli kimi görürdü. Ailədə biz cəmiyyətdəki münasibətlərimizi müəyyən edəcək ilk davranışların zövqünü dadır, həmçinin sonradan bizi yaxşı insana döndərəcək ritual və məziyyətləri təcrübədən keçirmək imkanına sahib oluruq.

Ailənin yaxşı bir üzvü olmaq fəziləti, valideynə hörmət Çin mədəniyyətinin vacib cəhətlərindən biridir.

Çanqçum məbədində Konfutsinin heykəli qarşısında dayanan tələbələr

Əgər sən nümunəvi olmaq istəyirsənsə, zirvəyə doğru yolun uzun çəkəcək:

“15 yaşımda özümü öyrənməyə həsr etdim.

30 yaşımda ayağım yerə möhkəm basmağa başladı.

40 yaşımda mən artıq çaşqınlıqdan əzab çəkmirdim.

50 yaşımda Cənnətin vədlərinin nə olduğunu bilirdim.

60 yaşımda mən onları itaətkar qulaqlarımla dinləyirdim.

70 yaşımda mən ürəyimin diqtələrinə əməl edirdim: bir daha doğrunun sərhədlərindən çıxmamağı arzu edirdim.”

Öz arzularını, düşüncələrini və davranışlarını təkmilləşdirmək həyat boyu davam edən prosesdir. Sən bir həftə ərzində ideal “ali insan” ola bilməzsən. Nə zamanki heç bir zaman uğur qazanmayacağın hissinə qapılsan, Konfutsini xatırla, öz təlimini təkmilləşdirmək üçün ona bir ömür lazım olub.

Dövlət müdrik olmalıdır

Lu Çin dövlətinin başçısı fəzilətsizləri məhv edib-etməməli olduğu barədə soruşanda, Konfutsi belə cavab vermişdi:

“Sən idarə edənsən: öldürməyə nə gərək var?” Əgər yaxşılığı arzu edirsənsə, xalq da yaxşı olacaq. Ali insanın fəziləti küləkdir, adi insanın fəziləti isə ot. Onun üzərindən külək əsəndə, ot əlbəttə təzim edəcək”.

Ağıllı adam ətrafındakıları ağıllı olmağa vadar etdiyi kimi, Konfutsi də düşünürdü ki, dürüst hakim bütöv xalqa yaxşı vətəndaş olmağı öyrədə bilər. Ona görə də ideal dövlətdə hakimlərin, nazirlərin və rəsmilərin müdrik və yaxşı təhsilli olması həyati əhəmiyyət daşıyır.

O, zidd cəhətə də nəzər salmış və xəbərdar etmişdi ki, məlun hakim məlun insanlar yaradır. Ona görə də idarəçilik üçün ən yaxşı liderlərin tapılması da həyati əhəmiyyət kəsb edir.

Meritokratiyaya (üstün adamların idarəçiliyi-tərc) inancı onun bütün təlimlərində görmək olar və bu düşüncə tərzi konfutsiçi dövlət adamlarından ibarət sivil xidmət nümunələrinin ortaya çıxmasına və hakimlik edə biləcək “junzi”lərin axtarışı ilə nəticələnmişdi. Sonralar Qərb bu gözəl ideyanı oğrulayacaqdı.

Cənnətin qoyduğu qaydaları bil, amma sonrakı həyatla bağlı da çox nigaran olma

“Əgər biz həyatı bilmiriksə, ölümüzü necə bilə bilərik?”

Konfutsiçilik yaşayanlar üçün fəlsəfədir. Belə olduğuna görə o, həyatdan sonra nəyin baş verəcəyi ilə o qədər də maraqlanmır, Konfutsinin özü də bu barədə spekulyasiya etmək istəməmişdi.

O, kosmik nizama inanır, 天 (tian)a müraciət edir və bunu adətən insan münasibətlərini nizamlayan “cənnət ” kimi başa düşürdü. Deyirdi ki, biz ona hörmət etməli və onun nizamını yerinə yetirməliyik, amma o, bu barədə öz təlimlərində az-az danışırdı.

Konfutsiçilik həmçinin ruhların, xəyalatların və tanrıların mövcudluğuna inanmaqla, onlara rituallar vasitəsilə hörmət edilə biləcəyini irəli sürür.

Əxlaqın sadə forması

“Özünə rəva görmək istəmədiyini başqasına rəva görmə”

Bəli, bunu ilk dəfə Çin edib. Bu gümüş qayda miladdan əvvəl 400 ildən çox davam edib.

Bu qayda yuxarıda izah olunan fərdi inkişafın əvəzləyicisi olmasa da, Konfutsi bunu tətbiq edilməli olan əla idarəçilik kimi görür və müdrik insanın istənilən vəziyyətdə şəksiz-şübhəsiz bu cür davranacağını gözləyirdi.

bilge.az

Yuxarı