post-title

Yalçın İslamzadə AYO-nun sədri oldu

Azad Yazarlar Oçağı İdarə Heyyətinin toplantısı keçirilib, Yalçın İslamzadə yaradıcı təşkilatın rəhbəri seçilib. 2001-ci ilin May ayında təsis olunan AYO (Azad Yazarlar Ocağı) 17 ilə yaxındır öz varlığını davam etdirir, öz sıralarında 20-dən artıq yeni dünyagörüşlü yazarı birləşdirir. Qurumun rəsmi orqnı olan Alatoran jurnalının 18 sayı işıq üzü görüb, alatoran.org və literaz.com saytları fəaliyyət göstərir. Bu illər ərzində AYO-ya Rasim Qaraca, Rafiq Tağı, Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud, Namiq Şaman, Fərican Yarən, Fərhad Yalquzaq rəhbərlik etmişlər. Nizamnaməyə görə sədrlər 1 il müddətinə seçilir. Yeni seçilmiş sədr Yalçın İslamzadə AYO-nun fəaliyyətini canlandıərmaqda, Alatoran jurnalının nəşrini bərpa etməkdə, yeni üzvlərin AYO sıralarına qəbulunda qərarlıdır. Bu günkü toplantıda Cavid Ramazanlı AYO sıralarına qəbul edildi. 
Yuxarı