post-title

Vladimir Sorokin: Anım nitqi (hekayə)


Sereja və Olya tam zamanında çatmışdılar. Otuz nəfərə qədər adam – dostlar, qohumlar, Nikolay Federoviçin iş və əsgər yoldaşları qəbirstanlığın xiyaban tərəfində avtobus gözləyirdilər.

Yağış bir az olar dayanmışdı, hər yer yaş idi.

Lap uzaqdan, qəbirtsanlığın sarımtıl darvazasından keçərkən Sereja qohumların yanında dayanan Ermilovu tanımışdı. Balaca Maşenka Ermilovun əlindən tutaraq hərəkətsiz halda onun ayaqlarına söykənmişdi. Sofya Alekseyevna o biri qızını - on beş yaşlı Katyanı qucaqlayıb bir az kənarda dayanmışdı.

Siqaret kötükləri və başqa xırda zibillə örtülmüş sahəni keçərək Olyayla Sereja onlara yaxınlaşdılar.Olya birinci yaxınlaşdı Ermilova, onun solğun və sallaq yanaqlarından öpüb sakitcə pıçıldadı:

- Aman Tanrım...
Sereja əlindəki xışıltılı selofana bükülmüş ağ qlodiolusları aşağı endirərək Sofya Alekeyevnaya yaxınlaşıb onun hərəkətsiz arıq əlindən öpdü. İlya Fedoroviç özü ona yaxınlaşaraq qucaqladı və sakit səslə dedi:

- Serejinka salam.
Nina Timofeyevna yaxınlaşıb Olyanı qucaqladı, ağlamsınaraq onu öpməyə başladı. Sereja Ermilova tərəf addımladı. Onlar qucaqlaşdılar.

- Elə qorxurdumki siz çatmayasınız... - Ermilov çətinliklə dilləndi.
- Biz teleqramı gecə aldıq - Sereja eynəyini düzəldib Nikolayın rəngi qaçmış
üzünə baxaraq cavab verdi.

Qara gözlü Maşenka atasının əlindən tutaraq maraqla Serejanı süzürdü. Sereja buketi yana çevirib Maşaya tərəf əyildi və çiynini qucaqladı:

- Salam Maşenka. Sən məni tanıdın?
Qızcığaz susaraq atasına tərəf qısıldı.

- Sereja əmini tanımadın? - Ermilov Maşanın başını sığallayaraq soruşdu. 
- Tanıdım... - Maşa yavaşca dedi.
Piskunov, Loktev, Viktor Stepanoviç, Yulyayla Saşa Alekseyeviç onlara tərəf yaxınlaşdı. Olyayla Sereja növbə ilə onlara uzanan əllərlə salamlaşmağa başladılar. Qəbirstanlığın darvazasından girən, içində musiqiçilər olan avtobusun səsi eşidildi. Avtobus onu gözləyənlərə yaxınlaşıb dayandı, içindən musiqiçilər öz alətləri ilə tələsmədən düşməyə başladılar. 
İlya Fedoroviç yaxında dayanan kişilərə səsləndi:

- Gedəyin... 
Onlar avtobusun arxasına yaxınlaşdılar, sürücü düşüb avtobusun arxasını açdı. Tənzifə bükülmüş əklilləri avtobusdan endirməyə başladılar. Üç əklil endirdilər. Yulya yaxınlaşıb əklillərin üstündən tənzifi çıxartmağa başladı. Musiqiçilər dəstəsi kənarda dayanmışdı. Onların yaşlı və keçəl rəhbərləri bir əlində trubasını tutub, o biri əlini havada yellədə-yellədə İlya Fedodoviçlə nəyisə müzakirə edirdi. 
Olya Serejaya yaxınlaşıb əlindəki gül dəstəsinin əzilmiş sellofanını düzəltməyə başladı:

- Görəsən, onlar Maşenkanı niyə gətiriblər... O ki, lap balacadır... 
Sereja susaraq çiynini atdı. 
Bir az sonra əklillər qaydasına salındı, avtobus isə qəbirstanlığın içindən çıxıb hasarın o biri tərəfində gözləməyə başladı.

İlya Fedoroviç başını yellədi, altı nəfər kişi əklilləri götürüb irəli, qəbirstanlığın içəri tərəfinə doğru yol aldılar. Dəstə və musiqiçilər alətlərini havaya qaldırıb Şopenin matəm marşını çalaraq onların arxasınca yağışdan islanmış qəbirstanlığın içərisinə doğru getdilər. Qəbirstanlıq böyük və köhnə idi. Qalın gövdəli hündür cökə və qovaq ağaclarının yarpaqları matəm marşına öz xışıltılarını əlavə edirdilər.

Hərdənbir göydən tək-tük damcılar düşürdü. 
Damcılardan biri Serejanın yanağına düşüb, aşağı sürüşdü. O əli ilə üzünü sildi. Olya başıaşağı, kədərli simayla onun yanınca addımlayırdı. Qabaqda Ermilovlar ailəsi gedirdi. Sofya Alekseyeva yoldaşının qoluna girmişdi, Maşenka isə o biri-sol əlini tutmuşdu.

Katya nənəsi ilə bir qədər arxada qalmışdı. 
Xiyaban uzandıqca uzanırdı. Ətraf məzarlarla dolu idi - yaşlılar, qocalar, qulluq olunan, olunmayan, atılmış qəbirlər, dəmir xaçlı və mərmər postamentli qəbirlər. 
Sereja addımlayaraq hərdən yağış damcılarına bürünmüş qəbirlərə baxırdı. Trubanın yüksək səsi qəbirstanlığa yayılmışdı.

Arada qadınların dərindən köks ötürmələri eşidilirdi. 
Yol sola dönürdü. Dəstə göyərçin saxlanan köşkün yanından keçib getdi. 
Bir qədər sonra irəlidə qəbirlərin arasında bir neçə nəfər, təravətli balaca torpaq təpəsi göründü. Dəstə ora yaxınlaşıb dayandı. Orkestr susdu.

Təzə qazılmış qəbrin ətrafında brezentdən çirkli gödəkçə və şalvar geyinmiş altı qəbirqazan var idi. İşlərini qurtarıb, belləri qonşu qəbirin hasarına söykəmişdilər. 
Balacaboy, üzü qırışlı briqadir, İlya Fedoroviçə yaxınlaşaraq yavaş səslə nəsə deməyə başladı. İlya Fedoroviç susaraq başını yelləyirdi.

Kişilər əllərində əklillər yerlərində dala-qabağa addımlayırdılar. 
İlya Fedoroviç onlardan kənarda durmağı xahiş etdi, onlar bir qədər arxaya çəkildilər. 
Briqadir öz yoldaşlarına yaxınlaşdı. Dörd qəbirqazan kənarda duran taxta futlyarı qulplarından qaldırıb xəndəyə endirdilər.

Sofya Alekseyevna Ermilovu qucaqlayaraq bərkdən ağladı. 
Katyada onlara yaxınlaşıb, ağlamağa başladı. Maşenka da onlara qoşuldu. Onun nazik səsi hıçqırıqlarla qırılırdı.

Nina Timofeyevna üzünü dəsmalına sıxaraq ağlaya-ağlaya çiyinlərini yellədirdi. 
İlya Fedoroviç qırıq səslə dayanlara doğru səsləndi:

- Dostlar, gəlin sağollaşın.
Onlar Nikolay Fedoroviçi dairəyə aldılar. Qızlarının, həyat yoldaşının və başqa qadınların ağlamaq səsi bir-birinə qarışdı. 
Sofya Alekseyevna Ermilovun sinəsinə sığınaraq ağlayır və təkrarlayırdı:

- Kolya... Kolenka...
Sereja adamların arasından keçərək Ermilova tərəf yaxınlaşdı. Olya da ağlaya-ağlaya onun arxasınca gəldi. Qəbirqazanlar taxta qutunun qapağını açıb içərisindən karabinləri çıxarmağa başladılar. Briqadir cibindən altı dənə şiş uclu patron çıxarıb qəbirqazanlara payladı.

Qəbirqazanlar karabinləri doldurdular. Silahın səsi ağlaşma səsinə qarışdı.
Ermilov çətinliklə hamı ilə qucaqlaşırdı. Qızları və həyat yoldaşı onu buraxmaq istəmirdilər. Sereja ona sıxılıb, göz yaşından islanmış yanağını öpdü.

- Yox... Kolenka... Yox... Yox... – deyib Sofiya Alekseyevna Ermilovun sinəsinə 
sıxılırdı. 
İlya Fedoroviç onu sakitləşdirməyə çalışırdı.

Onun dodaqları titrəyir, gözləri tez-tez sıxılaraq göz yaşlarını yanaqlarından axıdırdı. 
Qəbirqazanlar xəndəkdən təqribən dörd metr aralıda dayanıb lüləyi aşağı endirilmiş karabinləri əllərində tutmuşdular. Briqadir İlya Fedoroviçə nəsə soruşurmuş kimi baxdı.

İlya Fedoroviç Ermilovu çiynindən qucaqlayaraq dedi:

- Kolya, vaxtdır artıq...
- Yox! Yox Kolya! Yox!! – Ermilovun arvadı ağlarayaq onu saxlamağa çalışırdı.
Qızları hönkürtü ilə ağlamağa başladı. 
- Sonya, Sonya... – İlya Fedoroviç onları sakitləşdirirdi. 
- Yox! Yox! Yox!- həyat yoldaşı qışqıraraq ağlayırdı. 
Piskunov, Yelizaveta Petrovna və Nadya onu ərindən ayırmağa çalışdılar. 
- Yox, Kolenka! Yox!
- Sonya... Sonya...- İlya Fedoroviç onun çiyinlərindən tutdu.
- Soneçka... Sonyuşa... – Ermilov onu öpərək ağladı. 
- Ata! Atacan! Ata! – qızları da onlara qoşuldu.

Yelizaveta Petrovna Maşanı qucağına alıb sinəsinə sıxdı. Qızcığaz ağlayıb onun qucağında vurnuxaraq atasını səsləyirdi.
Nina Timofeyevna Katyanı qucaqlayaraq ağır bədənini silkələyə-silkələyə ağlayırdı. 
Kiçilərək sıxılan insan topasının arasından çıxaraq Ermilov qazılmış xəndəyə tərəf yeridi. Əyninə yeni, palıdı rəngdə kostyum geyinmişdi.

- Yoldaşlar çəkilin, kənara durun – briqadir hamıya səsləndi və dəstə geriyə 
çəkildi. 
- Yox! Yox!!! Kolenka! – Sofya Alekseyeva qışqıraraq onu səsləyirdi.
Qadınlar ağlaşırdı.
Ermilov xəndəyə yaxınlaşdı. 
Briqadir ona xəndəyin yanında qəbirqazanların üstünü hamarladıqları torpaq təpəsini göstərdi.

Ermilov yumşaq torpağı təzə ayaqqabılarıyla tapdalayaraq balaca təpənin üstünə çıxdı. Dizi üstə əyilərək üzünü qəbirqazanlar, arxasını isə qazılmış xəndəyə tərəf çevirdi. 
Qəbirqazanlar sıra ilə düzülmüşdülər. Sıranın başında dayanan briqadir onlara işarə etdi.

Qəbirqazanlar tüfənglərini Erminova tərəf çevirib onu nişan aldılar. Onların boyları fərqli olduğuna görə tüfənglərin lüləkləri müxtəlif hündürlükdə idi.
Ermilov dizi üstə dayanıb qısılmış halda əllərini bədəni boyu sallamışdı.
Aşağı əyilmiş başı hiss olunacaq dərəcədə əsirdi.

- Bir... – Briqadir əmr verdi və sinxron olmayan atəş Ermilovu balaca təpənin
üstündən xəndəyə atdı. 
Nikolay Fedoroviçin cəsədinin xəndəyin dibinə şappıltı ilə düşməsi eşidildi. Barıtın mavi tüstüsü isə balaca təpənin üstündə yoxa çıxmaqda idi.

Qəbirqazanlar tüfəngin luləyini qatlayıb gilizləri çıxardılar. 
Dəstədən əvvəlki kimi ağlaşma, hönkürtü səsi gəlirdi. 
Barıtın qoxusu yayıldı.
Silahlari taxta yeşiklərə düzərək qəbirqazanlar lopatkalarını götürüb qazılmış xəndəyə yaxınlaşdılar.

- Mərhumun doğmaları, yaxınlaşıb məzara torpaq atın – deyərək briqadir üzünü 
dəstəyə tutdu. 
Birinci İlya Fedoroviç yaxınlaşdı, yerdən bir topa torpaq götürüb xənədəyə atdı. Onun gözlərindən yaş gilələnirdi.

Arxasınca Piskunov və Nadya hönkürən Sofya Alekseyevnanı xəndəyə yaxınlaşdırdılar. O sanki iflic vəziyyətdə olan əli ilə torpaq götürüb xəndəyə atdı. 
 Sonra hamı sıra ilə yaxınlaşmağa başladı – Nina Timofeyevnayla Katya, Maşenkanı qucağında saxlayan Yelizaveta Petrovna, Loxov, Seleznyovlar, Viktor Stepanoviç, Kozlovskilər, Sitnikovlar, Qalya Proxorova. 
Olyayla Serejada yaxınlaşdı.

Sereja xəndəyin kənarından torpaq götürəndə Ermilovun ancaq ayaqlarını görə bildi.
Əllərində bel tutmuş qəbirqazanlar xəndəyi torpaqla tələsik doldururdular.

Yas mərasimi mərhumun evində baş tutdu.
Birləşdirilmiş iki masa arxasında iyirmiyə yaxın insan əyləşmişdi.
İlya Fedoroviç oturduğu yerdən qalxıb qarşıdakı boşluğa baxaraq bir qədər susdu, sonra dedı:

- Dostlar, mənə danışmaq çətindi, çox çətindi... mən Kolyadan altı yaş böyüyəm 
və budur... heç vaxt ağlıma gəlməzdi ki, mən onu torpağa tapşıracam... Biz bir yerdə böyümüşük, ailəmiz mehriban idi, valideynlərimiz bizi demək olarki spartalılar kimi böyüdüblər. Atam demiş “əsl kişi kimi”. O öz istəyinə nail olub. Kolya əsl döyüşcü idi, əsl insan idi. Böyük hərflə insan... Burda Kolyanın yaxınları, doğmaları, əsgər yoldaşları, işləri asan olmayan geofiziklər yığışıblar. Biz hamımız bilirik ki, Kolya mehriban və dürüst adam idi. Hər bir halda ona güvənmək olardı. Amma mən onun qardaşı olduğundan onun bir xasiyyətini daha yaxşı bilirəm: Kolya çox açıq və ədalətli insan idi. O, hələ lap uşaqlıqdan sözünü deyən idi, heç vaxt gizlin işi və ikiüzlülüklə arası olmazdı. O belə şeyi heç götürməzdi. Fikirləşdiyini deyərdi hər zaman. Burada Kolyanın qızları – Katya və Maşa əyləşib. Gözəl və ağıllı qızlardır. Onlarda atalarının bu xasiyyətini – düzgün olmağı mənimsəyiblər. İstəyirəm ki, qızlar siz, Sonya – sən və biz hamımız Kolya haqqında xoş xatirələri yadımızda saxlayaq. Qəbrin nurla dolsun, mənim əziz qardaşım...

Balaca fasilədən sonra Viktor Aristonoviç Piskunov danışmağa başladı:

Dostlar! Bugün bizim ağır günümüzdü. Biz Kolyanı itirdik. Bu itki çox ağırdır. 
Onun yeri həmişə aramızda görünəcək. İnanmaq olmur ki, onu daha aramızda görə bilməyəcəyik. Mən Kolyanı və onun ailəsini artıq on iki ildi tanıyıram. Biz onunla ekspedisiyalara gedirdik, sonuncu günə qədər bir yerdə işləmişdik. Amma Kolya mənim üçün təkcə iş yoldaşı deyildi. O mənim yaxın və əsl dostum idi. Mən bütün sevincimi, kədərimi, dərdimi, gələcəyə olan planlarımı onunla rahat bölüşürdüm. O da mənlə sirdaş idi. Biz bir-birimizə heç nədə “yox” demirdik. Bir-birimizə güzəştə getməyi bacarırdıq. Ağır məqamlarda bir-birimizin əlindən tuturduq. Mahnıda deyildiyi kimi “əsl dost mahnıları sənlə oxuyan deyil, badələrini sənlə qaldıran deyil...”. Biz Kolya ilə təkcə mahnı oxuyub, badə qaldırmamışıq. Bu masanın yarısından çoxu geofiziklərdi. Dostlar, biz hamımız geofiziklərin həyatının necə olduğunu gözəl bilirik. Biz Kolyayla bütün Sibiri gəzmişik. Çox çətinliklər görmüşük. Hətta bəzən çətinlik yox, əsl faciələrlə üzləşmişik. Dostlarımız boranda ilişib qalırdı. Belə məqamlarda Kolya özünün əsl dost xüsusiyyətini ortaya çıxarırdı. O heç nədən qorxmadan, çəkinmədən özünü qabağa verib, hamıdan birinci köməyə gedərdi... Ümümiyyətlə mən deyərdim ki, Kolya özündən çox başqaları üçün yaşayırdı, başqalarının qayğısına daha çox qalırdı. Biz hamımız buna görə ona minnətdarıq. Biz onun mehribanlığını, düzlüyünü heç vaxt unutmayacayıq. Gəlin Kolyanı yad eləyək...
Hamı badələrini qaldırıb içdi.

Təqribən beş dəqiqə sonra Sereja danışmağa başladı:

- Yoldaşlar, mənə danışmaq ikiqat çətindi. İki ay əvvəl mənim atam, Nikolay 
Fedoroviçin yaxın dostu, institut yoldaşı rəhmətə getdi. Nikolay Fedoroviç Sofya Alekseyevayla bizə - Volqoqrada atamın dəfninə gəlmişdilər. Biz Olyayla onun məzar üstündə dediyi demək olarki, hər kəlməni yadımızda saxlamışıq. Onun kimi heç kim çıxış etməmişdi. O çox sadə, səmimi və çox ürəkdən danışdı. O zaman o sevdiyi şeirdən misralar dedi:

“ İnsanlar yol gedir, uzaqlaşır
İşiqlı dünyalar qaranlıqlaşır.
Bu uzaq yollara baxanda hərdən
Bərkdən bağırmaq keçir qəlbimdən...”

İndidə biz Nikolay Federoviçlə vidalaşırıq. Teleqram gələndə biz gözlərimizə inanmadıq. Mənim ümümiyyətlə Nikolay Fedoroviçin aramızda olmamasına inanmağım gəlmir. İnana bilmirəm ki, onun şən səsini bir də eşidə bilməyəcəyik. Ancaq indi dəqiq başa düşə bilmişəm Nikolay Fedoroviç Ermilov necə yaxşı insan idi. İlya Fedoroviç bayaq onu böyük hərflə yazılacaq insan adlandırdı. Bu çox düzgün deyilmiş sözdü. Amma mənim üçün... bizim – Olyayla mənim üçün, o sadəcə insan yox, dahi insan idi. İş orasındadır ki... dostlar... çox həyəcanlıyam... İyirmi səkkiz yaşında ilk dəfədi belə çıxış eləyirəm... həm də Nikolay Fedoroviçin dəfnində. Bir çoxlarınız üçün yəqin ki, “dahi” sözü yersiz görünə bilər. Düşünməyin ki, mən bu sözü yaltaqlanmaq mənasında, ya da nitqim gözəl olsun deyə işlətdim. Mən o sözü yenə demək istəyirəm: Olya ilə mənim üçün Nikolay Fedoroviç dahi insan idi və dahi insan olaraq da xatirimizdə qalacaq... Əlbəttə, bəlkə bu bir qədər qəribə səslənir, axı Nikolay Fedoroviç adi geofizik idi, bütün ömrü boyu hamı kimi işləyirdi, başqalarından çox da fərqlənmirdi, qeyri-adi heçnə eləməmişdi. Mənə və Olyaya o yeni bir dünyanı görsətdi. İş orasındadır ki, dostlar... biz Olyayla doqquz il əvvəl mənim on doqquz, Olyanın on səkkiz yaşı olanda ailə qurmuşuq. Bizim valideynlərimiz bizi yolumuzdan döndərməyə çalışırdılar, hələ tez olduğunu, bizim bir-birimizi hələ yaxşı tanımadığımızı deyirdilər. Lakin biz bir-birimizi çox sevirdik. Zaman göstərdi ki, hisslərimiz bizi yanıltmayıb. Düzünü deməliyəm ki, bizim sevgimiz nə qədər möhkəm idisə, ailə həyatımızın başlanğıcı bir o qədər uğursuz oldu. İş orasındadır ki, mən doğulandan sonra cinsi orqanım zamanla inkişafdan qalıb. Evlənəndə o çox balaca idi, ereksiya zamanı uzunluğu doqquz santimetrə güclə çatırdı. Həm də nazik idi. Təbii ki, bizim ailə həyatımız uğurlu ola bilməzdi. Hətta yoldaşımın qızlıq pərdəsini deşmək də mümkün olmadı. Olya bunu çox ağır qəbul eləyirdi. Bütün bu aylar ərzində Olya mənlə orqazm keçirməmişdi. Bunların hamısı mənə də çox pis təsir eləyirdi və məndə orqazmla bağlı çətinliklər başladı, heç cür qurtara bilmirdim. Yəni boşalma olmurdu. Bu səbəbdən aramızda anlaşılmazlıqlar, davalar olurdu. Hətta Olya neçə dəfə boşanıb çıxıb getmək istəmişdi... İndi bunları yadıma salmaq məni çox kədərləndirir. Nikolay Fedoroviçlə qarşılaşmasaydım bütün bunların nəylə bitəcəyini bilməzdim. O zaman bizə ekspedisiyadan sonra atama dəyməyə gəlmişdi. Hə. Əvvəllər onlar tez-tez görşürdülər. Atam Moskvaya – Nikolay Fedoroviçin yanına, o isə bizə gələrdi... Yadımdadır ki, biz hamımız bir yerdə şam yeməyi yedik. Sonra Olya yatmağa getdi, atamla anam öz otaqlarına çəkildi. Nikolay Fedoroviç mənə balkona çıxıb siqaret çəkməyi təklif etdi. Balkona çıxdıq. O məndən soruşdu:

- Dəməli Olya ilə aranız pisdir. 
Mən soruşdum:
- Bunu hardan bildiniz?
- Bu həm ilk baxışdan nəzərə çarpır, həm də atan mənə demişdi.
Mən də utanıb çəkinmədən hər şeyi ona danışdım. Amma sonra özüm özümə mat qaldım, axı mən bunu indiyə kimi heç kimə danışmamışdım. Ona isə hər şeyi rahatlıqla nağıl etdim. Nikolay Fedoroviç bunları dinləyərək bir qədər fikrə getdi, sonra dedi:
- Qulaq as, hələlik get yat, sabah sənlə bu haqda danışarıq. Amma yadında saxla;
əgər arzu və iradə varsa, insan öz qarşısındakı bütün maneələri aşıb keçə bilər. 
Mən yatmağa getdim. Səhər evdə hamı dağılışanda biz Nikolay Fedoroviçlə mətbəxdə kofe içirdik. O məndən soruşdu:

- Sereja, iradənin nə olduğunu bilirsən?
Mən cavab verdim:
- Bilirəm.
O dedi: 
- Yox, bilmirsən. İradə bütün dünyanı ətrafında fırladan bir hissdir və hər bir 
insan öz iradəsinə görə hərəkət edir. Əgər bir insan nəyisə həqiqətən istəyirsə, o şeyi mütləq əldə edəcəkdir. Məsələn sən, Sereja, güclü kişi olmaq istəyirsən?
- Hə.
- Çox istəyirsən?
- Lap çox. 
O mənə baxıb cibindən bir kağız çıxardı. 
Baxın... Həmin bu kağızı... –Sereja kostyumun döş cibindən vizit kartına bənzəyən bir kağız parçası çıxardıb hamıya göstərdi –Bu kağızın hər iki tərəfində yazı yazılıb, baxın... baxın burda yazılıb... XIRTDƏYİNİ ÜZ ... o biri tərəfində isə DALDAN VER... Mən kağızı götürüb ondan soruşdum: “bu nədi?”.“Bu iki vacib şərti sən yerinə yetirməlisən. Birincisi, sən öz yaşında birini boğazından asıb öldürməlisən. İkincisi isə mən sənlə arxadan cinsi əlaqədə olmalıyam. Belə. Ancaq bu iki şərti yerinə yetirdikdən sonra sən əsl kişi olacaqsan”. Mən o zaman Volqaqradda Politexnik institutunda tələbə idim. Beləliklə, yoldaşlar, o söhbətdən sonra mən ancaq onun dedikləri haqqında düşünürdüm. Amma kimsəyə bir kəlmə də deməmişdim. Üstündən bir həftə keçmiş mən Vitya Sotnikov adlı qrup yoldaşımı gölə getmək üçün yola gətirdim. Göldə lazım olacaq hər şeyi götürüb yola düşdük. Gölə axşamçağı çatdıq. Ocaq qaladıq, çadırımızı qurduq. Bir az şərab içdik. Vityanın sevgilisi var idi. Həmin qız başqa biri ilə gəzirdi. O bu haqda mənə hərdən danışırdı. Bir az oturub yatmağa getdik. Mən onun yuxuya getməsini gözlədim. Sonra bayıra çıxıb əvvəlcədən hazırladığım kəndiri çıxardım. Yavaşca çadıra girib özümü onun üstünə atdım. Kəndiri onun boğazına keçirdib, sıxaraq boğdum. Sonra kəndirin o biri ucunu ağacın budağına bağlayıb ayaq tərəfinə bir kötük diyirlədim. Güya o kötüyün üstünə çıxıb budaqdan özünü asmışdı. Hə. Səhər tezdən durdum, hər şeyi ortalıqda qoyaraq stansiya tərəfdəki milis idarəsinə gedib dostum Vityanın özünü asması haqqında xəbər verdim. Əlbəttə çoxlu səs-küy yarandı, iş açdılar. Dedim ki, biz göldə olan müddət o ancaq Olya haqqında danışırdı. Hətta yatmazdan əvvəl gözlərinin yaşardığını da hiss etmişdim. Bizim evdə də, universitetdə də aləm qarışmışdı bir-birinə. Dəhşətli qarışıqlıq idi. Evdəkilər hamısı Vityanı uşaqlıqdan tanıyırdılar. Olya isə akademik məzuniyyət götürüb Yerevana xalasının yanına getdi. Bu hadisələr olan zaman Nikolay Fedoroviç bizdə qalırdı. Evdə bizi heç kim görməyəndə böyük barmağını qaldırıb mənə “Afərin! Demək olarki, kişiləşirsən” deyirdi. Hə, belə deyirdi “demək olarki kişiləşirsən”. Hə. Sonra o getməmişdən qabaq xahiş etdiki, atamın balaca motorlu qayığında onu Volqa boyu bir az gəzdirim. Kolların arxası tərəfdən keçəndə o mənə dedi: “Motoru söndür”. Mən motoru söndürdüm. Sonra məndən şalvarımı aşağı çəkməyi və əyilməyimi istədi. Mən şalvarımı endirib əyildim. O mənim anal dəliyimə vazelin sürtdü və cinsi əlaqəyə başladı. Proses məni çox incidirdi. Qurtardıqdan sonra dedi:

- Afərin! İndi sən əsl kişisən. Bundan sonra sənlə Olya arasında heç bir narazılıq
olmayacaq.

Axşam isə yola düşdü. O gündən sonra isə mənlə Olyanın arası həqiqətən düzəldi. Seks və başqa məsələri nəzərdə tutmuram... Yəni, ümumilikdə bizdə hər şey qaydasına düşdü... Belə. Budur, dostlar artıq səkkiz il keçib, amma biz hələ də bir yerdəyik. Ən əsası isə mənim penisim o vaxtdan sonra həminki kimi qalıb, yəni iş onda deyildi... baxın – Sereja bütün nitq boyu əlində tutduğu kağızı masanın üzərinə qoyub tələsik şalvarının qabağını açdı. Tumanını aşağı salıb saroçkasını yuxarı qaldırdı. Seyrək tüklərlə örtülmüş çılpaq qasığını masa arxasında əyləşənlərə göstərdi. Balaca xayaların üstündə barmaq nazikliyində olan ağ rəngli doqquz santimetrlik gərgin penisi görünürdü. Penisin yumru cəhrayı başında isə “E” hərfi döyülmüşdü. 
Otaqda sükut hökm sürürdü. Sereja titrəyən əli ilə vodka süzülmüş badəsini qaldırıb dedi:
- Nikolay Fedoroviç Ermilov, məkanınız cənnət olsun...

Tərcümə: Seymur Baycan

Yuxarı