"Qanun" nəşriyyatından gənclər üçün fürsət
Fevralın 2si nəşriyyatdakı bütün cib kitabla…
Əli axır ki, iş
tapmışdı. Bir həftəydi fabrikə gedib-gəlirdi. Anası razıydı. Namazını qılmış,
duasını etmişdi. İçində gəzdirdiyi Cənabi Haqqla birlikdə oğlunun otağına
girəndə uca boylu, iri sümüklü və çox gənc çöhrəsi olan, yuxusunda dəzgahlar,
elektrik batareyaları, lampalar görən, dəzgahları yağlayan və dizel motorunun
xorultusunu eşidən oğlunu əvvəlcə oyatmağa əli gəlmədi. Əli elə bil indicə
işdən çıxmışdı, tər-su içində, qıpqırmızı idi.
Halıcıoğlundakı1 fabrikin bacası başını qaldırmış xoruz
ədasıyla səhərə Kağıthane2belindən
qalxan günəş şəfəqlərinə baxırdı. Az qalırdı banlasın.
Əli axır ki, oyandı. Anasını qucaqladı. Hər səhər etdiyi kimi
yorğanı başına bürüdü. Anası yorğanın altından çıxan ayaq barmaqlarını
qıdıqladı. Bir təkanla çarpayısından tullanıb onu qucaqlayaraq yenidən
çarpayıya düşərkən gənc qız kimi qəhqəhələr çəkən qadın yəqin ki, çox xoşbəxt
idi. Aralarında tək-tük xoşbəxt tapılan bir məhəllənin uşaqları kimi
deyildilərmi? Ananın uşağından, uşağın anasından başqa nə qazancı vardı? Qonaq
otağına qol-boyun keçdilər. Qızarmış çörəyin iyi bütün otağı bürümüşdü. samovar
nə gözəl qaynayırdı! Əli samovarı içində nə istirab, nə fəhlə tətilləri, nə də
qəzalar olan bir fabrika oxşadırdı. Onun içində ancaq qoxu, buxar və səhər
səadəti istehsal olunurdu. Əli səhərçağı bir samovarı, bir də fabrikin önündə
gözləyən səhləb3 bidonunu sevirdi. Halıcıoğlundakı
hərbi məktəbin şeypuru, fabrikin uzun və bütün Haliçə4 səs salan fiti, onda arzular oyadır,
arzular söndürürdü. Görünür bizim Əli bir az şair təbiətli idi. Böyük
dəyirmanda elektrikçinin nəyinə lazımdır həssaslıq, bu Haliçə böyük
transatlantik gəmilər gətirməyə bənzərsə də, biz Əli, Mehmet, Hasan bu cürəyik.
Hamımızın dağdan böyük ürəyimiz var.
Əli, gönboyu zövqlə,
həvəslə, istəklə işləyəcək. Ancaq yoldaşlarından üstün görünməyə can atmayacaq.
Buna görə də dürüst, zəhmətkeşliyini üzə vurmadan işləyəcək. Yoxsa işini
kamilcə görə bilir. Onun ustası İstanbulun bir nömrəli elektrikçisidir. Özü də
almandır, Əlinin xətrini çox istəyir, işinin hər bicliyini, fırldağını ona
öyrətmişdi. Özü kimi usta və bacarıqlı olanlardan daha üstün görünməyin sirri
çeviklikdə, tələsiklikdə, daha çox da idmanda, yəni gənclikdə idi.
- Ay Əli, günahdır a
bala, dedi. Günahdı oğlum, eləmə!
Əli:
- Görəsən Allah heç
gülmürmü?
Axşam yeməyindən sonar Əlinin başı, Natpinkerton5 romanlarından
birini oxumağa qarışdı. Anası ona sviter hörürdü. Sonra yükün içindən lavanda
çiçəyi qoxan döşəklərini çıxarıb sərərək yatdılar.
Səhər namazı oxunanda
anası Əlini oyatdı.
Qızarmış çörək qoxan
otaqda samovar nə gözəl qaynayırdı. Əli samovarı içində nə istirab, nə fəhlə
tətilləri, nə müdir olan fabrikə bənzədirdi. Onun içində ancaq qoxu, buxar və
səhər səadəti istehsal olunurdu.
Əksinə çöhrəsi əvvəlki kimi sevimli, əvvəlki qədər mülayim idi. Ölünün yarıqapalı gözlərini mətinliklə örtdü. Özünü küçəyə atdı. Qonşuluqdakı qoca arvada xəbər verdi. Qonşular tələm-tələsik onlara yürüşdülər. Özü isə fabrikə yollandı. Qayıqla yol gedərkən, ölümlə barışmış kimiydi.
Bir səhər qonaq otağında
üz-üzə gəldilər. O yemək masasının örtüyü üzərində sakit və parlaq halda
dayanmışdı. Günəş, sarı bürüncün üstündə donub qalmışdı. Onu qollarından tutub,
gözünün görməyəcəyi bir yerə qoydu. Özü isə stula çökdü. Doyunca, səssiz bir
yağış kimi ağladı. Və o evdə o, bir də heç vaxt qaynamadı.
Bundan
sonra Əlinin həyatına bir səhləb bidonu girdi.
Qışda Haliçin ətrafından
İstanbuldakından daha sərt, daha dumanlı bir hava olur. Dağılmış səkilərin
üstündəki buzlamış palçıq parçalarını yara-yara səhərin gözü açılmamış işə
gedənlər, məktəb müəllimləri, mal-qoyun alverçiləri və qəssablar fabrikin
qarşısında bir hovur nəfəs dərirdilər, kürəklərini nəhəng divarlara söykəyərək
üstünə zəncəfil və darçın səpilmiş səhləbdən içərdilər.
Yun əlcəklərinin içində gizlətdikləri qiymətli əlləri səhləb
fincanlarını qucaqlayan, burunları zökəmli, başlarında tətil həvəsi, istirablı
bürünc samovar kimi qaynayan sarışın fəhlələr, məktəb müəllimləri, mal-qoyun
alverçiləri, qəssablar və bəzən də kasıb məktəb uşaqları böyük fabrikin
divarlarına söykənir, üstünə xəyallarının aqibəti səpilmiş səhləbdən udum-udum
içirdilər.
Varlıq dərgisi, 15
yanvar 1935-ci il.
------------------------
1. İstanbulun Bəyoğlu
bölgəsində məhəllə.
2. İstanbulun Avropa
tərəfində bir rayon.
3. Səhləb bitkisinin
yeraltı yumrularından hazırlanan içki.
4. İstanbulun Avropa
sahilində dəniz girintisi.
5. Ötən əsrin
ortalarında xarici dillərdən türk dilinə çevrilmiş detektiv romanlar seriyası.
Çevirdi: N. Hüseynli
Azadlıq radiosu