post-title

Tural Məmmədli: Zorba


74 il yaşamış Nikos Kazantzakis (1883-1957) “Zorba” adlı kitabı ilə böyük şöhrət əldə edir.Yazıçı 1957-ci ildə Nobel mükafatını qazanmağa yaxın olsa da 1 səs fərqi ilə mükafatı Albert Kamyu qazanmışdır. Kamyu mükafatı aldıqdan sonra Kazantzakisin Nobelə özündən daha çox layiq olduğunu söyləmişdir.
Zorba kitabının əvvəlində yazarın Zorba haqqındakı fikirləri yer alır. Bu cümlələr Zorbanın Kazantzakis üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığını göstərir.

“Zorba mənə həyatı sevməyi və ölümdən qorxmamağı öyrətdi.”

“Əgər bugün dünyada bir ruh bələdçisi, hindlilərin dediyi kimi bir quru, Aynaroz keşişlərinin dediyi kimi bir yeronda seçməli olsaydım mütləq Zorbanı seçərdim.”

Roman kitabda adı keçməyən yunan əsilli bir yazarın dilindən nəql olunur.Yaxın bir dostu ilə yolları ayrıldığı üçün özünü yalqız və kədərli hiss edən yazar həyatında dəyişiklik edərək Giritə gedib linyit kömürü çıxarmaq işinə başlamağı qərara alır.Yolda Zorba ilə qarşılaşan yazar işləri idarə etməsi üçün onu da yanında aparır. Giritdə başlayan dostluq getdikcə daha da güclənir və Zorbanın həyata baxışı yazara dərindən təsir etməyə başlayır. Zorba həyatı sevən, kobud əlləri ilə həm ağır işlər görən həm də əhvalı yaxşı olanda santur çalan, rəqs edən azad bir insandır. Yazar və onun arasında olan söhbətlərdə Zorbanın həyat, qadınlar, ölüm, vətən, tanrı və.s kimi məsələlər haqqında maraqlı, özünəməxsus fikirləri geniş yer tutur.

1964- cü ildə yunan rejissor Michael Cacoyannis roman əsasında “Alexis Zorbas” filmini çəkdi. Amerika, İngiltərə və Yunanıstanın ortaq şəkildə ərsəyə gətirdiyi bu film 3 oskar qazandı.



(Alexis Zorbas filmindən)


1957- ci ilin sonlarına doğru qan xərçəngi xəstəliyinə tutulan Nikos Kazantzakis Almaniyada vəfat etdi. Kazantzakisin məzar daşındakı yazı da Zorbanın ağzından çıxan cümlələrə bənzəyir.

“Heç bir şey ummuram, heç bir şeydən qorxmuram, azadam.”



Tural Məmmədli
Kultura.az

Yuxarı