post-title

Bernard Luis: Bu erməni silahlı üsyanının nəticəsi idi

Bernard Luis Amerikalı tarixçi və siyasi şərhçidir. Akademik çevrədə Osmanlı İmperiyasının tarixi haqqındakı çalışmalarına görə də tanınır. O Orta şərqin üzrə ən aparıcı şərhçilərdən biridir. Bernard Luis \"Erməni soyqırımı\" kimi qələmə verilən tarixi hadisə haqqında fikirlərinə görə geniş diqqət cəlb eləyib özünə. Belə ki, o bu hadisələri inkar etmir, ancaq o hadisələrin soyrıqım kimi qələmə verilməsini yalnış hesab edir. Məsələ ilə bağlı onun mövqeyini oxuculara təqdim edirik.


Bu adlandırma məsələsidir və son zamanlar “soyqırım” (“genocide”) sözü çox geniş istifadə olunur, hətta ümumiyyətlə heç bir qətl hadisəsi baş verməyən hallara da aid edilir. Mən soyqırım iddiaları qəbul edilməyənlərin narazılığını anlayıram. Ancaq konkret bu halda qeyd olunur ki, Osmanlı İmperiyasında ermənilərə qarşı törədilən qətliam nasist Almaniyası zamanında yəhudilərə qarşı törədilənlərlə eynilik təşkil edir. Bu aşkar yanlışdır. Ermənilərin başına gələnlər hətta müharibədən əvvəl başlamış və daha geniş vüsət ala biləcək kütləvi erməni silahlı üsyanının nəticəsi idi. Orduda xidmət edənlər daxil olmaqla, çoxsaylı ermənilər fərarilik edərək cəbhə xəttini keçib Türkiyəni işğal etməkdə olan rus ordusuna qoşulurdu. Erməni üsyançılar əslində Van şəhərini tutmuşdu və onu işğalçılara təslim etmək niyyətilə əllərində saxlamışdı. Anadolunun hər yerində silahlı üsyan qalxırdı. Bu, indi bizim Türkiyəyə qarşı erməni milli hərəkatı adlandırdığımız üsyan dalğası idi. Əlbəttə ki, türklər üsyanları çox qəddarlıqla yatırdı.

Açıq-aşkar dəlillər türk hökümətinin erməni əhalisinin həssas ərazilərdən deportasiya olunması haqqında qərarının olduğunu göstərir. O zamanlar Osmanlı İmperiyasının tərkib hissəsi olan ərəb vilayətləri istisna olmaqla bütün Anadolu, təbii ki, həssas ərazi sayılırdı. Kütləvi qırğın haqqında qərarın olduğuna dair isə heç bir dəlil yoxdur. Əksinə, kifayət qədər dəlillər kütləvi qırğının qarşısının alınması üçün uğursuz cəhdlərin olduğunu göstərir. Bəli, geniş miqyaslı qırğınlar olub; rəqəmlər çox qeyri-müəyyəndir, ancaq bir milyon reallığa yaxın görünür. Qırğınlar yaraqlılar və daha əvvəl onlara qarşı törədilənlərə eynisi ilə cavab verən yerli kəndlilər tərəfindən qətl və müxtəlif başqa yollarla həyata keçirilmişdi. Ancaq Almaniyada baş verən soyqırımla paralellər aparmaq üçün gərək hesab edək ki, Almaniya yəhudiləri Müttəffiq qüvvələrlə birləşərək almanlara qarşı silahlı üsyan qaldırmışdı. Bundan başqa, deportasiya haqqında qərar dövlət idarələrində çalışan yəhudilərə şamil olunmurdu və Hamburq və Berlin şəhərləri istisna olmaqla yalnız Almaniyanın özündə yaşayan yəhudiləri əhatə edirdi, hətta həmin bu yəhudilər Almaniyanın işğalında olan Polşaya sürgün olunarkən Polşa yəhudiləri tərəfindən qəbul olunmağına və qorunmağına icazə var idi. Ona görə də, yəhudi soyqırımı ilə müqayisə aparmaq mənim üçün absurd görünür.”

 

Mənbə: Ataa.org



 
Yuxarı