Kamyunun gələcək həyat yoldaşına məktubu
Albert Kamyu ən çox tanınan romanı «Yad»a nöqtə qoyduqdan sonra gələcək həyat …
Kultura.az saytı oxuculara Joze Saramaqonun \"Dəftərlər\" adlı kitabından seçmələri təqdim edir. \"Buyurun, qarşınızda artıq əsəbi deyil, dərin düşüncələrə dalmış şübhəli fəlsəfi-hekayəçi Saramaqo. Amma əsəbdən dəliyə döndündüyündə də kefimizi pozmur, çox sevimli olur\". Umberto Eko
Giriş
1993-cü ilin fevralında, Lissabondakı evi təhvil vermədən Lanzoretə yerləşdiyimizdə, bir neçə ildir orada yaşayan bacanağım Xavier və baldızım Maria, yeni gəlmiş olan Luis və Juanjo ilə birlikdə, həmin günlərimin qeydini aparmaq üçün mənə bir dəftər hədiyyə etdilər. Yalnız bircə şərt irəli sürürdülər: hərdən onlar haqqında yazmalıydım.
O dəftərlərə heç zaman heçnə yazmadım, amma beləcə, başqa yollardan deyil, məhz bu şəkildə, beş il sonra gün işığına çıxacaq olan “Lanzoreto Dəftərləri” dünyaya gəldi. Bu gün heç gözləmədiyim halda, özümü eyni vəziyyətdə hiss edirəm. Amma bu dəfə itələyici səbəblər, bloq işini boynuna götürən Pilar, Sergio və Xavierdir. Bloqda mənə bir yer ayırdıqlarını, ora hər mövzuda şərhlər, düşüncələr, bu və ya digər mövzularda sadə fikirlər, yəni, vəziyyət nəyi tələb edirsə və nə uyğun gəlirsə, onlarla bağlı yazılar yazmalı olduğumu dedilər. Hər zaman göründüyümdən daha disiplinli bir şəkildə, olsun əfəndim, edərəm dedim; Əvvəlkindən fərqli olaraq, özüm-özümü tənginəfəs etdiyim işgüzarlıq zorlanması yaşamadıqca, bu dəftərlər üçün yazılar yazacaqdım. Bu səbəbdən dolayı, əlinizdən gəldiyi qədər mənə güvənin.
30 Sentaybr
Ümidlər və Utopiyalar
Ümidin xeyirləri üzərinə çox şeylər yazıldı, yazıldığından daha çox da gəvəzəlik edildi. Utopiyaların da başına gəldiyi və gəlməyə davam edəcəyi kimi, ümid, tarix boyu, hər zaman şübhəçilərin arzuladığı bir növ cənnət oldu. Sadəcə şübhəçilərin də deyil. Atəşli möminlər, ayinlərə davam edənlər, başlarının üstündə Tanrının onları yağışdan və günəşdən qoruyan mərhəmətli əlinin durduğuna inananlar, o biri dünya üçün vəd etdiyi nemətlərin heç deyilsə, kiçik bir qismini bu dünyada verməsini diləməyi unutmazlar. Ona görə, dünyanın qeyri-bərabər mal-mülk bölüşdürülməsində özlərinə düşənlə, özəlliklə, maddi olanlarla doymayan adam, şeytanın hər zaman qapının arxasında olmadığına və zənginliyin bir gün, çox da gecikmədən, pəncərədən içəri girəcəyi ümidinə möhkəm bağlanır. Hər şeyini itirən, amma ən azından kədərli həyatını qoruma şansına sahib olan adam, sabahın bügünki kimi pis olmamasını ummaq kimi son dərəcə insani bir haqqın köməyinə gələcəyini düşünür. Bu dünyada ədalət olduğunu düşünərək, təbii. Yaxşı, indiki məkanlarda və indiki zamanlarda buna bənzər bir adı haqq edən bir şey olsaydı, amma ümumilikdə gözlərin və ağılların aldandığı bilinən ılğım deyil də, əllə tutulan bir gerçəklik olsaydı, hər gün qollarımızda ümidlə gəzmək, onu qollarımızda yırğalamaq, ya da onun qollarında yırğalanmaq ehtiyacı duymayacağımız hər kəsə aydındır. Bəsit ədalət (məhkəmədə olanları deyil, insanlar arasındakı münasibətlərə hakim olması gərəkən o təməl hörmətin ədaləti) hər şeyi yerli yerinə qoymaq işini boynuna götürərdi. Keçmişdə, sədəqə verilməyən dilənçiyə, ikiüzlülüklə: “səbr etməsi” deyilirdi. Düşünürəm, əslində, birinə ümid etməsini tövsiyyə etməyin səbr etməsini deməkdən heç bir fərqi yoxdur. Kreslolarına yeni oturmuş siyasətçilərin, səbirsizliyin inqilaba qarşı olduğunu demələrini eşitmək tez-tez qarşılaşdığımız haldır. Bəlkə də elədir, böyük ehtimal, amma mən daha çox, əksinə, bir çox inqilabın həddən artıq səbr üzündən uduzulduğunu düşünürəm. Doğrudan da, ümidə heç qarşı deyiləm, amma səbrsizliyi üstün tuturam. Bizim ümidlə bəslənməyimizi istəyənlərin bir şeylər öyrənməsi üçün səbirsizliyin dünyada diqqət cəlb etməsi vaxtı gəldi. Utopiyalarla bəslənməmizi istəyənlər üçün də eynisi...
Tərcümə: Emin Aslan