Əli Novruzov, “7 hekayə”si və məhdud Post-modernizm
Ümumiləşdirsək… Əli Novruzovun “…
“Əgər sən qışın özü ilə birgə qaranlıq, soyuq və aclıq gətirdiyi regionda yaşayırsansa, onda qışın tam ortasında ağlını itirməmək və depresiyaya düşməmək üçün güclü bayram keçirmək zərurəti hiss edəcəksən.
Milad ağacı ətrafında birləşəndə və ya bayram corablarının içinə hədiyyələr qoyanda siz min illər öncəyə – Xristianlıqdan belə əvvələ – gedib çıxan ənənənin iştirakçısı olursunuz.
Erkən kilsə başçıları bütpərəst və ya qeyri-xristian ənənələrini İsanın doğuluşu bayramından daha əvvəl mövcud olan qış festivalları ilə birləşdiriblər və nəticədə bu sevimli qış bayramı meydana çıxıb. O vaxtdan bəri Milad bayramları zamanla təhrifə məruz qalmış və indiki formasına bir əsrdən bir qədər əvvəl gəlib çatmışdır.
Milad şənliyinin heyrətləndirici mənşəyi haqqında oxuyun və niyə bir vaxtlar Nyu İnqlenddə Milad bayramının qadağan olunduğunu başa düşün.
Erkən xristianların bütpərəstlərə qarşı öz zəiflikləri vardı.
Böyük Britaniyanın Bristol Universitetinin tarixçisi olan Ronal Hatna görə, “müasir Milad ənənələrinin kökü birbaşa xristianlıqdan əvvəlki bütpərəstlikdən gəlir,” demək yanlışdır. Amma Miladın müasir fenomen olmasına inansanız, yenə də yanlışa yol verərsiniz. Eramızın ilk əsrlərində xristianlar öz dinlərini Avropaya yayarkən müxtəlif yerli və regional dini etiqadlara sahib insanlara qarşılaşmışdılar.
Qədim alman və ingilis dillərinin tədqiqatçısı Filip Şou deyir ki, xristian missionerlər bu insanların hamısını “bütpərəst” (pagan – ing.) termini altında cəmləmişdilər. Bu termin latın dilində olan “əkin yeri” sözü ilə əlaqəlidir. O əlavə edir ki, burada linqvistik əlaqə ehtimalı var, çünki erkən Avropa Xristianlığı şəhər fenomeni idi, bütpərətlik isə kənd ərazilərində geniş yayılmışdı.
Şouya görə, erkən xristianlar bütpərəstləri dəyişdirmək istəyirdilər, amma bununla birgə onlar da bütpərəstlərin ənənələrinin cazibəsinə qapılmışdılar:
“Həmən dövrün xristianları bütpərəstliklə olduqca çox maraqlanırdılar. Aydındır ki, bütpərəstliyi pis şey kimi dəyərləndirirdilər, amma bu həm də xatırlamağa dəyən bir şey idi. Çünki əcdadlarının nə ilə məşğul olduğunu göstərirdi.”
Bəlkə buna görə bütpərəst ənənələr Xristianlıq qalib gələndən sonra da qorunub saxlanıla bildi.Bristol Universitetindən Hatn “LiveScience”ə deyib ki, Milad ağacı 17-ci əsrdə almanlar tərəfindən yaradılıb, lakin bu adət açıq-aydın bütpərəstlərin qışda evi bəzəmək üçün bitkiləri evin içərisinə gətirmə ənənəsindən xristianlığa keçib. Müasir Santa Klausun İngiltərənin “Milad Şaxtababası” (England's Father Christmas) ilə bağlılığı var. Yəni o, əslində hədiyyə verən xarakter (obraz) deyil. Hatn irəli sürür ki, hər halda, Milad bayramının “Şaxtababası” və onun başqa avropalı variantları qışın oğlan çağında səmada uçuşan ruhlarla bağlı qədim bütpərəst fikirlərinin müasir təcəssümləridir.
Biz hamımız əziz Milad bayramının gəlişini ürəkdən istəyirik
Bəs niyə bu şadyanalıq istəyi qışın ortasında baş qaldırır? Tarixçilərə görə, bu ziyafət üçün təbii vaxtdır. Kənd cəmiyyətlərində illik məhsul yığımı məhz bu zaman yekunlaşmış olur və əkin sahələrində yerinə yetirilməmiş heç bir iş qalmır.
“Bu elə bir perioddur ki, insan özünü dini həyata həsr eləmək üçün bir az vaxt tapır” deyir Şou. “Lakin səmimi desək, bu həm də hər kəsin bayram etmək istədiyi perioddur”.
Hatn deyir ki, ilin ən qısa günü (qış gündönümü) ilə kuliminasiya nöqtəsinə çatan qaranlığın üstünlük təşkil etdiyi günlər ziyafət və bər-bəzəklə yüngülləşdirilə bilərdi.
“Əgər sən qışın özü ilə birgə qaranlıq, soyuq və aclıq gətirdiyi regionda yaşayırsansa, onda qışın tam ortasında ağlını itirməmək və depresiyaya düşməmək üçün güclü bayram keçirmək zərurəti hiss edəcəksən.
“The Pulitzer Prize” finalçısı “Milad bayramı üçün mübarizə”nin müəllifi Stiven Nissenbaum bununla razılaşaraq “LiveScience”ə belə deyir:
“İndi bir barmağımızın hərəkətiylə elektrik sayəsində qaranlıqdan qurtula bilirik deyə gecə-gündüz bərabərsizliyi bizim üçün elə də əhəmiyyət daşımır. Bununla belə, indi də qış çətin fəsil sayılır.”
Kilsə Milad bayramını himayəsinə götürməkdə astagəl idi
Xristianlığın yayılmasına baxmayaraq, qış festivalları yüz illərlə Milad bayramına çevrilmədi. Nissenbaum deyir ki, Bibliya ilk xristianların maraqlanmadığı mövzu olan İsanın doğum tarixi ilə bağlı heç bir istinad vermirdi:
“Elə bir hal baş verməmişdi ki, onlar İsanın doğumunu qeyd etməyə ehtiyac hiss eləsinlər.”
Belə ki, Bibliyada doğum barədə heç bir göstəriş və dini ədəbiyyatlarda düzgün tarix qeyd olmadığından dördüncü əsrə qədər Romadakı kilsə başçıları bayramı himayələrinə götürmürdülər. Bu dövrdə, Nissenbaum bildirir ki, bir çox insan Kilsənin allahsız hesab etdiyi bir inanca qapılmışdı:
İsa insan kimi deyil, ruhi varlıq kimi mövcud olub.“Əgər siz İsanın holoqram kimi peyda olan bir kimsə yox, məhz digər başqaları kimi real insani varlıq olduğunu göstərmək istəyirsinizsə, normal insan kimi doğulmasını vurğulamaq üçün onun doğum gününü qeyd etməkdən daha yaxşı variant nə ola bilər?” (Nissenbaum, Dini sirlər: İsanın 8 uydurma yadigarı)
Nissenbaum deyir ki, qış festivalları onların öz bütpərəst kökləri ilə artıq geniş şəkildə bayram kimi qeyd olunurdu. Və tarixin qış gün dönümündən (21 dekabr) sonraki uzanan günləri bayram edən festivallarla xoş fəlsəfi uyğunluğu vardı.“İlahinin necə möhtəşəm lütfüdür ki, İsa məhz həmin günəşin doğduğu gün dünyaya gəlib,” – bir Kipr mətnindən parça.
Puritanlar bayrama nifrət edirdilər
Ancaq əgər Katolik Kilsəsi tədricən Milad bayramını himayəsinə götürmüşdüsə də, Protestant İslahatı bayrama qarşı böyük təzyiq göstərirdi. Nissenbaum deyir ki, 16-cı əsrdə Milad bayramı bu kilsənin bidət hesab olması üçün səbəb rolunu oynadı. İslahatçı düşüncəli protestantlar onu “bütpərəstlikdən bir az yaxşı” kimi qiymətləndirirdilər. O həmçinin əlavə edir ki, bu düşüncənin böyük ehtimalla Milad bayramındakı “formalaşmamış, dava-dalaşlı və bəzən açıq-saçıq dəb”lə əlaqəsi vardı.
Nissenbaum deyir ki, İngiltərədə Oliver Kromvelin hakimiyyəti dövründə Milad və digər müqəddəs günlər qadağan olunmuşdu. Yeni İngiltərədə (Nyu İnqlend) 1600-cü illərdə təribən 25 il Milad bayramını qeyd etmək qanunsuz sayılırdı. İnsanlar “Milad bayramınız mübarək” əvəzinə “Bayramınız mübarək” deyirdilər.
Nissenbaum əlavə edir ki, “əgər “Milad uğrunda həqiqi mübarizə”ni görmək istəyirsinizsə, Puritanların fikirləri ilə tanış olmalısınız. Onlar Miladı qadağan etmişdilər!”
Hədiyyələr yeni (və olduqca mübahisəli) ənənədir
Hədiyyə vermək Xristianlıqla sıx bağlı bir ənənə kimi görünsə də, bu insanların hədiyyələrini səbirsizliklə açmağı gözlədikləri Yeni İl Günü ilə əlaqədardır. Hatn deyir: “Hədiyyə vermək insanlara xoşbəxtlik arzulamaq demək idi. Bununla insanlar ilin sonuna kimi özlərini müsbət aurada hiss edirdilər.” 1800-cü illərin Viktoriya dövrünə qədər bu hədiyyəvermənin Milad bayramı ilə əlaqəsi yox idi. “Royal Collection”a əsasən, Viktoriyanın uşaqları 1850-ci ildə Milad hədiyyələri almışdılar. Bunlar qılınc və zirehli geyim idi. 1841-ci ildə Viktoriya əri şahzadə Albertə miniatür portret, 1859-cu ildə isə şer kitabı bağışlamışdı.
Nissenbaum qeyd edir ki, Milad bayramının sekulyar himayəsi ilə birlikdə bütün bu hədiyyə vermə ənənəsi indi-indi bəzi dini qrupların hirsini soyudub. Milad günü alış-verişinin konsumerizmi İsa Məsihin doğumunu qeyd etməyin dini məqsədi ilə ziddiyyətli görünür. Nissenbaum deyir ki, puritanların kefini pozan həddən çox pul xərclənməsi faktı kef məclisi açmağın və sərxoşluğun müasir qarşılığıdır.
O deyir, “Hədiyyə və pul xərclənməsi mövzusunda həmişə çək-çevir olub və hər dəfə bir formaya salınıb. Əvvəllər bu alkoqol idisə, indi parlaq oyuncaqlardır.”
Tərcümə: Orxan Əmrullayev
Stefanie Pappas
“LiveScience”in baş yazarı, 22 dekabr, 2012
ttp://www.livescience.com/25779-christmas-traditions-history-paganism.html