«Qlobal kapitalizm milli dövlətləri ortadan qaldırır»
Yalçın İslamzadə Azərbaycanın 3-5 ziyalısından biridir s&o…
Bizdə isə, təəsüff ki, qadınların böyük əksəriyyətinin psixalogiyası latent fahişəliyə oxşayır: varlı kişi tapsın ki, onu doydursun. Bunun əvəzini, onlar ev işlərini idarə etmək və yataqda özünü verməklə çıxmış hesab edirlər. Hər şeyi öz adı ilə çağırmaq lazımdır: bunun adı fahişəlikdir.
Məşhur psixoterapevt Mixail Litvak, kişiləri harda axtarmaq lazımdır, nə üçün qadınlarsız yaşamağın kişilər üçün mümkünsüz olması sualına cavab verir.
Psixoloq inanır ki, bir çox insanlar, ən müxətlif uyğunsuz səbəblərdən dolayı evlənir. Həqiqətən ailə qurmaq istəyən insanların sayı isə çox azdır.
Qeyd: Mixail Litvak Efimoviç 1938-ci ildə Rostovda anadan olub. İxtisasca psixoloq və psixoterapevtidir. Tibb elmləri üzrə namizəd olan Litvak, bir neçə praktiki və populyar kitabların müəlifidir. Onlar arasında ən məşhur olanları bunlardır: “Psixoloji aykido”, “Spermatozoidin prinsipi”, “Əgər xoşbəxt olmaq istəyirsənsə”, “Öz taleyni necə bilə və dəyişə bilərsən”.
Müsahibələrinizin birində demişdiz ki, xoşbəxt ailə yoxdur...
Var, amma çox azdır. Mən özüm ailə inistitutun çox araşdırmışam. Bir sorğuda 11 min ailədən cəmi 3 ailə xoşbəxt olduğunu demişdi. Ən önəmlisi isə budur ki, yalnız xoşbəxt ailələr normaldır. Yerdə qalanları patalogiyadır, bir yerdə yaşayan bədbəxt insanlardır.
Bu ruslara xas bir şeydir yoxsa?
Niyə ki? Patalogiya bu və ya digər səviyyədə hər yerdə var.
Bu qədər boşanma nədən qaynaqlanır? İnsanlar həyat yoldaşı seçəndə yanılırlarmı?
Bu ona görə baş verir ki, insanlar pis tərbiyə olunub. İnsanlar düşünmək üçün tərbiyə olunmayıb, ər və ya arvad seçimi onlara öyrədilməyib. “Necə sevgi necə etiraf xoşunuza gəlir” adlı bir sorğu keçirtmişdik. Təklif olunan variantlar bunlar idi: “Sənsiz yaşaya bilmərəm”, “Mən səni heç zaman incitməyəcəm”, “ Gəl, həyatın yükünü bir yerdə çəkək”. 75% qadın, “Mən sənsiz yaşaya bilmərəm” variantını seçmişdi. Doğurdanmı heç kim anlamır ki, bu izahat “uşaq-kişilərə” və ya əyyaşlar üçün xarakterikdir? Amma, həqiqi sevginin etirafı olan, “Gəl, həyatın yükünü bir yerdə çəkək” variantı, heç kimin xoşuna gəlməmişdi.
Ümumiyətlə, sevgi nədir ki?
Bu həyata aktiv maraq və sevgi obyektinin inkişafına çalışmaqdır. Baxın, hər kəs deyir ki, sevilməli adam yoxdur. Bəs, siz özünüz sevməyi bacarırsınızmı? Bizdəki, eviliklərin çox, mahiyətcə körpədir, infantildir: “Mən sənsiz yaşaya bilmərəm”.
Zaman keçdikcə sevgidə nələr dəyişir? O hara gedir?
Zaman keçdikcə sevgi daha da güclənir...Amma əgər, əvvəlindən o olmayıbsa, o zaman zamanla hər şey daha da pisləşir.
Kişi və qadınların eviliyə baxışı bir-birindən nəyi ilə fərqlənir?
Kişi və qadın eviliyi eyni cür görür. Amma siz kişiləri və qadınları harda görmüsüz? Bizdə şalvargeyinənlər və yubkageyinənlər var. Deməli belə, əvvəlcə gərək kişi və qadın olasan ki, sonra ailə qurasan. Yalnız, fiziki sağlam, mənən inkişaf etmiş və maddi olaraq təmin olunmuş insanların ailə qurmaq hüququ var. Kasıb qeyri-profesionallarla iş qurmayın.
Əgər münasibət sekslə başlayıbsa, bu münasibəti gələcəkdə nələr gözləyir?
Seks daha sonra baş verməlidir. İlkin olaraq həyata baxış, dünya görüşü eyni olmalıdır. Sevgi – bir-birinə baxmaq deyil, eyni istiqamətdə baxmaqdır. Kanadalı araşdırmaçılar ailəni möhkəmləndirən dörd faktoru üzə çıxarıblar: Birincisi - oxşar dünya görüşü. İkincisi – ümumi, oxşar zövqlər. Seks yalnız üçüncü yerdə özünə yer tutub. Dördüncüsü isə bir-birini əzizləmək istəyi gəlir. Əgər ailə seksə görə qurulursa, həmin eviliyin gələcəyi yaxşı heç nə vəd etmir.
Kişilər özlərini tez-tez heyvanlarda erkək növ ilə müqayisə edir və iddia edirlər ki, xəyanət qaçılmazdır...
Xəyanətlərin səbəbi cütlüklərin bir-birini yanlış seçməsindən qaynaqlanır. Əgər siz, səhv edib evlənmisizsə (ərə getmisizsə) başqa birindən xoşunuz gəlməsi normaldır.
Hansı qadınlara xəyanət edilmir?
Fiziki sağlam, mənəvi inkişaf etmiş və maddi olaraq təminatlı olanlara. Bizim qadınların üç seksual pozuntuları var: pedofilya (uşaqbazlıq), zoofilya və mazoxizim. Birincisi, onlar evləndikləri kişiləri kişi kimi yox, tərbiyəyə götürülümüş uşaq kimi qəbul edirlər. İkincisi, əyyaşlarla yaşayırlar. Əyyaşlar kimlərdir? Onlar heyvandılar. Üçüncüsü, mazoxizimdən əziyyət çəkirlər: onlara verilən əziyyətləri, alçaldılmaları sevirlər.
Əgər qadın fiziki olaraq sağlamdır, maddi olaraq azaddır, amma cavan deyilsə onda necə? Onun şansları azalırmı?
Onun daha çox şansı var! Evlilik üçün ən ideal qadındır. O, artıq təmin olunub, həyatda yerini tutub. Ona sup yox, qızartma lazımdır. 40-50 yaş arası qadınlar, seksdə gəncləri tozda qoyar.
İlk görüşdən sonra insanın “həmin insan” olduğuna əmin olmaq üçün nə etmək lazımdır? Bunu necə araşdırmaq olar?
Söhbət etməklə, hərəkətlərinə diqqət etməklə və geyim tərzi ilə. Sokrat deyirdi: “Danış ki, bilim kimsən”. Atıq bir necə cümələdən sonra qarşındakı insanın necə biri olduğunu və sizinlə uyuşub-uyuşmadığını təyin etmək olur.
Cütlüklərin seksual quruluşu da uyğun olmalıdırmı?
Əlbbətdə ki. Gündə, hər biri 50 dəqiqə olmaqla üç dəfə seks istəyən kişi ilə ayda 3 dəqiqəlik seks ehtiyacı olan qadın arasında uğurlu ittifaq mümükünsüzdür.
Əgər hər hansısa uyğunsuzluq varsa, o zaman qadın kişiyə uyğun olaraq dəyişə və ya kişini özünə uyğunlaşdıra bilərmi?
Yox. Hazır məhsulu götürmək lazımdır, yarı-fabrikatı deyil. Artıq böyümüş insanlar evlənməlidir. Başqa birini isə tərbiyələndirmək mümkünsüzdür. İnsan yalnız özü-özünü tərbiyələndirə bilər. Səhv edilibsə, ayrılmaq lazımdır. Və başqasını axtarmalısan.
Harda axtarmaq daha yaxşıdır?
Yalnız işdə. İnsanı işdə görəndə, onun necə inkişaf etdiyini aydınlığı ilə görə bilirsən. Məsələn, biz indi sizinlə işləyirik, bununla da mənim haqqımda müəyyən nəticələrə gələ bilərsiz...Axşam əyləncələri və ya gecə klublarına yalnız yalançılar toplaşır.
Axır zamanlarda qadınların ehtiyacı azalıbmı?
Son min ildə heç bir dəyişiklik olmayıb.
Son illərdə qadınların statusa sahib kişilərlə evlənmək istəyin necə dəyərləndirirsiz?
Ən doğrusu elə budur. Demək ki, böyüyürlər. Bizdə isə, təəsüff ki, qadınların böyük əksəriyyətinin psixalogiyası latent fahişəliyə oxşayır: varlı kişi tapsın ki, onu doydursun. Bunun əvəzini, onlar ev işlərini idarə etmək və yataqda özünü verməklə çıxmış hesab edirlər. Hər şeyi öz adı ilə çağırmaq lazımdır: bunun adı fahişəlikdir. Amma bununla belə, bir çox kişini də latent alfonso saymaq olar. Onlar varlı qadın axtarışında olan və inişaf etmək istəməyən körpələrdir.
Amma belə bir nəzəriyyə var ki, qadınlar yalnız kişiləri həvəsləndirməli, onlar üçün rahat şərait yaratmağa çalışmalı və kişilərin kölgəsində qalmalıdırlar...
Siz kişiləri şalvargeyinənlərlə səhv salmayın. Kişiyə onu həvəsləndirmək lazım deyil. O, özü öz işindən və aldığı nəticələrdən həvəslənir. Qadın və ya kişilərin xətrinə həyatını qurmaq, yaşamaq olmaz.
Bəs uşaqlar üçün?
Ümumiyyətlə olmaz...Uşaqlar – nəsə efemer bir şeydir. Uşaqların necə biri olmasından – pis və ya yaxşı – aslı olmadan, onlar 18-20 yaşından yuvadan ayrılır. Kişi və qadın bir-birinə daha yaxındır, uşaq isə müvəqqətidir. Bizim sevgimizin kənar məhsuludur.
Boşandıqdan sonra qadınlar “sevginin kənar məhsulu” ilə qalırlarsa, kişilər uşağı olan qadınlarla evlənmək istəmirlər...
Kişilər üçün (şalvargeyinənləri demirəm) birinci evlilikdən uşağın olması problem deyil. Niyə? Çünki o uşağı üçün hər şey edəcək ki, sevdiyi qadın onun yanında qalsın. Amma əgər qadın evlilikdə uşağın var olmasın əsas sayırsa, demək həmin qadın heç zaman xoşbəxt olmayacaq.
Belə fikir var ki, evlilik institutu artıq ölür, gələcəkdə başqa birgəyaşayış formaları onu əvəz edəcək. Vətəndaş nigahına münasibətiniz necədir?
Vətəndaş nigahı elə də pis variant deyil. Olur ki, vətəndaş nigahındakı insanlar normal yaşayır. Qeydiyyata düşən kimi isə münasibətləri korlanır.
Bu dəyişikliyin səbəbi nədir?
Məsələ burasındadır ki, insan azad olmağa can atır. Formal evlilik onu zəncirləyir sanki. Ağıllı insan üçün passportunda imzanın olması nəyisə dəyişdirmir. Axmaqlar üçün isə dəyişir.
Tərcümə: Emin Aslan