Burulğanın yanında iki balıq, – biri iri, biri xırda, – rastlaşdı. Bir müddət onlar bir-birlərini diqqətlə süzdülər, sonra iri balıq xırdaya eşitdirdi:
– Adət belədir ki, böyük balıqlar gərək kiçik balıqları parçalayıb yesinlər!
– Gözəl adətdir. Ancaq bəs biz o kiçik balıqları hardan tapaq?
İri balıq bu həyasızlıqdan pərt oldu, üzgəclərini tərpədərək uzaqlaşdı.
Nəticə. Həyasızlıq ikinci xoşbəxtlikdir.
Tərcümə: Qüdrət Əhmədov
Sim-sim.az