Svetlana Alekseyiviç – rusdilli ədəbiyyat üçün qeyri-adi yazıçıdır. Onun kitabları 20 dilə tərcümə olunmuşdur. Post-sovet ölkələrinə nəzərən daha çox Qərbdə məşhurdur. Svetlana Alekseyiviç özü də post-sovet ölkələrindən birinin nümayəndəsidir.
Svetlana Alekseyiviç Ukraynada belarus-ukrayna qarışığı olan ailədə anadan olmuşdur. Az bir vaxt sonra ailəsi ilə birlikdə Belarusiyaya köçmüşdürlər. Onun öz sözlərinə görə bioqrafiyasında avropalılıq slavyanlıqdan daha çoxdur. Svetlana 12 ildən çox Avropada- İtaliya, Almaniya, Fransa və İsveçdə yaşamışdır. Minskə isə cəmi iki il bundan öncə qayıtmışdır.
Daha çox Rusiyada deyil də , Qərbdə məşhurlaşmağının səbəbini Alekseyiviç öz işlərinin janrı ilə əlaqələndirir. Tarix portret və ehtimallardan ibarət olanda bu “roman səsi” adlanır. Bütün bu hallar da müasir avropa insanının düşüncələri ilə üst-üstə düşür.
Bu günə Svetlananın ən məşhur kitabı olan “Ikinci əl dövrü” məhz post-sovet ölkələrinin 90-cı illərindən bəhs edir.
Bu yazıda Svetlana Alekseyiviçin bir neçə müsahibələrindən parçalar toplanılıb. O, bu müsahibələrdə nəyə görə Rusiya tarixinin bəhs edilən hissəsində böyük revanş götürənə oxşadığını , “sovka” (sovet ittifaqı uşaqları) uşaqlarına necə dərin zədə vurduğunu izah edir. Həmçinin bu yazıda 90-cı illər cəmiyyətindən bəhs edən və yuxarıda adı çəkilən kitabdan da parçalar yerləşdirəcəyik.
“Afişa” saytına olan müsahibəsindən: (öz dili ilə)
Mən düşünürəm ki, ölkə 90-cı illərə hazır deyildi. Həmçinin 1917-ci illərə və yenidənqurmaya da hazır deyildi. 90-cı illərdə biz danışırdıq millət susurdu. İndi onlar danışır və bu daha təhlükəli görünür. O zaman susurdular çünki, həmin dövrdəki hadisələrə hazır deyildilər.
Mən xatırlayıram, yaponlar mənim kitabıma əsasən film çəkmişdilər və biz İrkutska getmişdik. Biz bir muzeyə daxil olduq və orada üzərində yanan yerlər olan xəritə var idi. Hansı ki, bu yanan yerlər əvvəllər orada düşərgələr olduğunu göstərirdi. Bu düşərgələr hər yerdə idi. Hər yer yanırdı. Biz orada insanlardan həmin dövrdən bəhs etmələrini xahiş etdik. Onlar bu ərazilərə qolçomaqların qadınlarla, uşaqlarla birgə necə gətirildiklərindən, onlara bir balta və bir kürəyi verib qara necə atıldıqlarından bəhs etdilər.
Bizim İrkutsiyə səfərimiz zamanı ölkədə prezident seçkiləri dövrü idi. İnsanlar Putinə ilk dəfə idi ki səs verməli idilər. Yapon rejissor seçkilərdə kimə səs verəcəksiniz sualını verəndə muzeydə hamı Putinə cavabını verdi. Rejissor ilk əvvəl başa düşmədi və soruşdu ki axı niyə? O Federal Təhlükəsizlik xidmətindəndirmi? İnsanlar cavab verdilər ki, Putin yeganə insandır ki, bütün məsələlərdə sabitlik yarada bilər. Bu cavabdan sonra rejissor mənə çevrilib dedi ki, mən anlamıram bu necə ölkədir.
Belə bir kitab var - “Nasistlərin vicdanı”. Bu kitabda faşizmin Almaniyada pillə-pillə necə inkişaf etdiyindən bəhs olunur. Biz bilirik ki, almanlar antisemist millət deyillər. Əvvəllər nə vaxtsa biz onlara bu diş həkiminə və ya bu dərziyə getmə dediyimizdə onlar məhz həmin diş həkiminə, həmin dərziyə gedirdilər. Artıq 10 il sonra ətrafda hər yer ölüm düşərgələrindən ibarət idi. Axı bu necə baş verdi? Ən sadə, ən ibtidai məsələyə baxmaq lazım idi. Yazdığım kitabların, insanlarla etdiyim söhbətlərin təcrübəsi göstərir ki, mədəniyyət qatlığı çox zəifdir, hər an uça bilər. Əgər bu ancaq müharibədə-düşərgədə rast gəlinsəydi. Bunun üçün ekstremal vəziyyət lazım deyil, hətta adi həyatda belə insanlıqdan uzaqlaşma baş verir.
Düşərgənin həm cəlladı, həm də qurbanı məhv etməsi, yoldan çıxarması sovet hakimiyyətindən qalma ənənədir. Bu pozğun təfəkkürdən insanı hətta universitet diplomu belə qorumur. Biz bunu indiki dünyamızda da görürük. Asanlıqla insanlar ən sadə tələlərə belə düşə bilirlər. Putin kamera qarşısına çılpaq bədənlə çıxarkən biz bununla zarafat edə bilərik. Ancaq o danışmağa başlayanda biz görürük ki, bu artıq həbsxana dilidir. Bizdə Lukaşenko danışmağa başlayanda isə görünür ki, bu danışıq kolxoz nümayəndəsinə aiddir. Bu o demək deyil ki, Avropada hamı yaxşıdır. Ancaq mənə aydındır ki, Avropada elə dəqiq qanunlar var ki, onları heç kim poza bilməz. Bir dəfə moskvalı jurnalistin kişilər haqqında müsahibəsini oxumuşdum. Jurnalistin soyadını demək fikrim yoxdur. O deyirdi ki, “pullu kişi –o xüsusi kişidir, xüsusi qoxudur, ümumiyyətlə hər şeyi ilə xüsusidir”. Mən bir anlıq təsəvvür etdim ki, əgər bu müsahibə hansısa Avropa saytında dərc olunsaydı nələr baş verərdi.
Meduza saytına olan müsahibəsindən: (öz dili ilə)
Mənim bir çox liberal dostlarım birdən hamısı millətçi oldu! Bu əlbəttə Veymar kompleksidir. O mövcuddur. Rusiyanı uzun zaman alçalmış vəziyyətdə saxlamaq olmaz - bu çox təhlükəlidir. Rusiyanın alçaldılan illəri izsiz keçməmişdir. Purjun mütləq açılmalıydı. Bax beləcə də açıldı. Bunda bir çoxunun anlamadığı rus xasiyyəti də var. ” İkinci əl dövrü ” kitabında mənim məhəbbət haqqında hekayəm var. Qadın uşaqlarını, hər şeyini ataraq tanımadığı bir dustağın dalınca gedir. Onun üçün hər şeyini qurban verir. Bu məni o qədər təəccübləndirdiki..Biz ölkənin parçalanmasını necə təsəvvür edirdik? Kommunist, kapitalist, sosialist. Amma xalqın içində hər şey başqa idi. Orda necə dustaqlara yazırdılarsa elə də davam edirdilər eləmi? Onlar gəlirlər və Allah bilir bu qadınların başına nələr gətirirlər. Bu qadınlarsa gözləyirlər və heç bilmirlər nəyi gözləyirlər. Bax bu həyat haqqındadır. Hansısa azadlıq və demokratiya haqqında deyil. Kəndlə gedirsən və görürsən ki, iki nəfər oturub- biri içir, bir yerdə ölən var. O biri yerdə kimisə öldürüblər. O yerlərə hətta böyük dəyişiliklərin əks sədası belə çatmayıb. Hər şey köhnə qaydada gedir. Yaxın zamanda çətinki dəyişə bilər. Ona görə ki ölkənin təhsili və mədəniyyəti ilə məşğul olacaq insanlar hələ 1917-ci ildə məhv edilmişlər. Sonra repressiyalar. Sonra müharibə. Beləliklə heç kim qalmadı. Hər şeyin yaxşı olacağına olan inam itdi. Hər şey yenidən təkrar olacaq. Mən ilk dəfə bu haqda “Müharibənin siması qadına bənzəmir” kitabını yazarkən düşündüm. Mən söhbət etdiyim qadınların üzünə baxaraq düşünürdüm ki, belə qadınlar birdə olmayacaq. Çox mənada - yəni onların öz ölkələrinə inamı. Onun gözəl gələcəyinə inamı - bax biz qələbə çaldıq deyə düşünməsi. Bu kitab onların mənə dediklərindən yaranıb. Mən yazdıqlarımı onlara oxumağa verəndə mənim onlarla konfliktlərim olurdu. Onlar deyirdilər ki, “Sveta bunu çap etmə”. Sonra vermədim və təsəvvür etdim ki, Arxipelaq Qulaq kitabını orda təsvir edilən qəhramanlara yazmağa verilsə bunun sonu necə olardı. Bir çox əsərin qəhramanları yazılanları oxuduqda şok yaşayırdılar və öz sözlərindən imtina edirdilər. Ona görə ki, bu sözlərin arxasında biz qələbə çaldıq ifadəsi dururdu. Nəyin hesabına qələbə çalınıb onlar üçün önəmsiz idi və anlamırdılar ki, heç bir azadlıq anlamı bu əzablara dəyməzdi. Başa düşürsünüzmü? Həyatın dəyəri heç nəymiş. Bizim ölkədə bütün XX əsr insan həyatının dəyərini sıfra endirirdi. Bu gün yenədə sırayla getmək, yekdilliklə səs verib kollektiv şəkildə nifrət etmək, qovmaq və ya təbrik etmək çox rahatdır. 90-cı illərdə insanların yaşadıqları zorluqların əvəzinə nə dərs, nə də bir təltif verə bilər. Heç nə. Bu çox qəliz bir sualdır. Aydındır ki, bir tərəfdən bunun səbəblərindən biri mental şeylərdir - yəni tarixdən gələn qul psixologiyası. O biri tərəfdən isə həyat axını və adətkarlıqdır. Yəni adət etdiyin həyatdan ayrılmaq zorluğu. Heç nəyə qarışmamaq və heç nəyi görməmək. Məsələn, biz indi qəddar bir mənlik, haqsızlıq və mədəniyyətsizlik içində yaşayırıq. Buna görə ürəyimiz partlayır və bunu bağırmalıyıq. Amma bizim işimiz, doğmalarımız və sevdiyimiz əşyalarımız var. Bax insan bununla yaşadığı boşluğu doldurur və susur.
Mən əvvəllər atama deyərdim: Sən necə bacardın? Susmağı necə bacardın? Axı o, Minskdə jurnalistika fakultəsinində oxumuşdur. Onlar tətildən qayıdanda əvvəlki müəllimlərindən yalnız 2-si,3-ü qalardı, digərləri düşərgələrdə yoxa çıxardı. Ən yaxşı tələbələri də götürərdilər. Mən atama deyirdim: Axı sən niyə susurdun? Hətta bir gün mən atamın gözlərində yaş gördüm. İndi mən o axmaq sualı heç verməzdim də. Çünki biz də susuruq. Bəs biz necə susuruq? Bəli elə beləcə. Elə hər şey eynidir: daxildə hansısa barışmaq hissi, zəncirlənməyə hazırlıq. Hər bir susan insan arxasında gizlənməyə nəsə tapır. Özlüyündə səbəb tapır. Amma bu zaman Bolotnı meydanından olan uşaqları real surətdə həbs edirdilər. Nemtsovu da yetərincə real surətdə qətlə yetirdilər. Meydana nə qədər insan çıxdı? Çox az. Baş verənlərlə müqayisədə bu heç nə idi. Amma kimisi çıxdı, kimisi isə çıxanların şəklini “like” etdi. Hamı sakit olmaq üçün özünə hörmət edir, haqq qazandırır.
“İkinci əl dövrü” kitabı yazılan zaman belə bir əhvalat baş vermişdi. Bir oğlan öz xalası Olqaya aşiq olmağından danışmışdı. Ancaq sonradan öyrəndim ki, Olqa öz doğma qardaşını satmış və qardaşı hansısa Stalin düşərgəsində ölmüşdür. Bu ona əzab verirdi. Sonralar oğlan Olqanın öləcəyini bilir və onun yanına gəlib soruşur: Olqa xala 37-ci ili xatırlayırsan? Olqa isə cavabında deyir ki: Əlbəttə 37-ci ildə mən xoşbəxt idim, sevirdim , sevilirdim. Bəs Saşa dayı, oğlan soruşur. Olqa isə cavab verir: Get, 37-ci ildə dürüst insan tap. İnsan hirsi, insan alçaqlığı. Bu sözləri deyən hər hansısa Beriya, Stalin deyil, gözəl Olqa xaladır.
Hal-hazırda biz ətrafımızda nə qədər susduğumuz haqsızlıq görürük? Bəziləri övladlarını da götürüb qaçır və düşünürlər ki, hardasa başqa yerdə olsalar onları qoruya bilərlər. Ancaq bəlaya yüksək dözümsüzlük göstərənlər çox azdırlar. Xalq o xalqdır ki, biz onlara istinad edib hansısa sözlər deyirik, ancaq onlar susurlar.
Onlara yəqin rahatdır. Biz bu haqda heç nə bilmirik, başa düşmürük.
Mən yenidənqurmanı öz şəxsi tarixləri kimi qəbul edən nəsildənəm. Bu işi möhkəm dəstəkləyir, görür və inanırdım. Bizim kimilər üçün ən ağrılı sual belədir: Niyə hər şey boşa getdi, niyə xalq susur? O, çıxdı Djersisknin heykəlini yıxdı və getdi.
Post-sovet ölkələrindən olan insanlar tək mövcud ola bilmirlər, bu onların gücündə deyil. Çünki onlar anadan olur və hansısa kolletivlik ruhunda böyüyürlər. Bizim təklik haqqında heç bir təcrübəmiz yoxdur. Məsələn , Avropada təklik, yalnızlıq da bir həyat modelidir. Dağlarda yaşayan hansısa bir qadın yazar bu səbəbdən daha az məşhur olmur. Yaxud da meşədə tək yaşayan rəssamın da əsərləri toplum içində yaşayan başqa bir rəssamın əsərləri qədər yaxşı olur. Bizdə bu təcrübə tamamilə yoxdur. Bizim böyük əhatəmiz vardı. Hansı ki, bu əvvəllər Sovet İttifaqı adlandırılırdı. İndi isə Rusiya. Bu əhatədə insan istər genetik, istər də mədəni cəhətdən heç vaxt tək deyil. Barrikadalarda tək deyil, mitinqlərdə tək deyil, həmçinin müharibədə də tək deyil. İnsanlar nə deyəcək, nə düşünəcək, kollektivin münasibəti necə olacaq... Mənim xatirimdə elə bir hadisə yoxdur ki, hansısa insan sistemdən çıxsın və öz həyatına davam etsin. Elə bir təcrübə tamamilə yoxdur. Əlbəttə ki, “kollektiv” insanının heç bir yaşlılıq təcrübəsi, sakitliyi, xoşbəxtliyi mövcud deyil.
“İkinci əl dövrü” kitabından parçalar:
Mən sovet insanlarını 4 nəslə bölürəm: Stalin dövrünün, Xruşov dövrünün, Brejnev dövrünün və Qarbaçov dövrünün insanları. Mən sonunculardanam. Bizə sovet ideyalarının dağılmasını görmək digərlərindən daha rahat gəldi. Çünki biz bu ideyaların cavan, güclü olduğu dövrləri görməmişdik. Köhnə kremldə böyümüş insanlar idik. O zaman qıtlıq dövrü idi. Komunizmin böyük qanunları unudulmuşdu. Pafoslu danışıq üstünlük təşkil edirdi, amma utopiyanı həyata keçirmək ideyası hələ də qorunub saxlanılmışdı.
Bu danışacağım hadisə birinci Çeçen müharibəsi vaxtı olmuşdu. Mən Moskva vağzalında Tambov tərəflərdən olan bir qadınla tanış oldum. Çeçenistana oğlunu müharibədən qaytarmaq üçün gedirdi. O dedi ki:” Mən istəmirəm ki, o ölsün. Həm də öldürməyini istəmirəm”. Hökümət artıq bu qadının ruhuna malik deyildi. O, azad insan idi. Belə insanlar az idi. Çox olan qism başqaları idi; azadlıq onları qıcıqlandırırdı. Onlar deyirdilər: “Mən günə 3 qazet alıram və hər qazetin öz doğrusu var. Gərçək həqiqət haradadır? Əvvəllər səhərlər “Pravda” qəzetini oxuyurdun və hər şeyi bilirdin. Hər şeyi anlayırdın”.
İdeyalar yavaş-yavaş ayılırdı. Mən tövbə etməkdən söz salanda onlar deyirdilər: “Mən nəyə görə tövbə etməliyəm”? Hər biri özünü iştirakçı yox, qurban hesab edirdi. Biri deyirdi mən həbsxanada yatmışam, digəri deyirdi ki, mən döyüşmüşəm, üçüncüsü isə şəhərini gecə-gündüz kərpic daşımaqla yenidən qurduğunu deyirdi. Bu çox gözlənilməz idi: hamı azadlıqdan sərxoş olmuşdu, ancaq heç kim ona hazır deyildi. O azadlıq haradadır? Hakimiyyəti tənqid etdikləri mətbəxdə.Yeltsin və Qarbaçovu tənqid edirdilər.Yeltsini Rusiyanı dəyişdiyinə görə. Bəs Qarbaçovu? Qarbaçovu isə hər şeyi dəyişdirdiyinə görə. İndi bizdə hamıda olduğu kimi olacaq. Düşünürdülər ki, bu dəfə alınacaq.
Rusiya dəyişdi və dəyişdiyinə görə özünə nifrət etdi. “ Yerindən tərpənə bilməyən Monqol”- Marks Rusiya haqqında belə yazırdı.
Sovet sivilizasiyası... Onun izlərini qeyd etməyə tələsirəm. Sevgi, sosilalizm qısqanclıq, uşaqlıq, qocalıq, musiqi, rəqs, saç düzümü haqqında soruşuram. Yox olan həyatın min bir xırdalıqları haqqında. Bu baş verən faciəni hansısa sadə bir çərçivəyə salaraq nəyisə danışmaq və anlamaq olar. Sadə insan həyatının nə qədər maraqlı olduğuna təəccüb etməkdən yorulmuram. İnsan həqiqətlərinin sonsuz çoxluğu...Tarixi yalnız faktlar maraqlandırır, emosiyalar, hisslər isə kənarda qalır. Onları hətta tarixə buraxmaq belə xoşagəlməzdir. Axı mən həyata tarixçi gözü ilə yox humanitar gözü ilə baxıram. İnsana təccübləndim...
Atam artıq yoxdur. Mən onunla bir söhbətimi tamamlaya bilməyəcəm. O deyirdi ki, onlara müharibədə ölmək, Çeçenistanda təcrübəsiz bir oğlanın ölməyindən daha rahat gəlirdi. 40-cı illərdə onlar cəhənnəmdən cəhənnəmə düşürdülər. Müharibədən əvvəl atam Minsk İnistitunda jurnalistika fakultəsində oxumuşdu. Atam xatırlayır ki, onlar müharibədən əvvəl tanıdıqları müəllimlərdən artıq heç birini tətillərdən qayıdanda görmürdülər, çünki onları həbs edirdilər. Onlar bilmirdilər nə baş verir, ancaq qorxurdular. Onlar üçün hər şey müharibədəki kimi qorxulu idi.
Mənim atamla açıq söhbətlərim az olurdu. Onun mənə ürəyi ağrıyardı. Bəs mənim ona? Bu suala cavab vermək mənə çətindir. Biz öz valideynlərimizə qarşı amansız idik. Bizə elə gəlirdi ki, azadlıq - bu çox sadədir. Müəyyən vaxt keçdi və biz onun yükü altında əyildik, çünki azadlığı bizə heç kim öyrətməmişdi. Ancaq azadlıq üçün necə ölməyi öyrətmişdilər.
Bax budur - azadlıq! Biz elə məhz bu cürünümü gözləyirdik ? Biz öz ideallarımız üçün ölməyə, müharibədə döyüşməyə hazır idik. Amma “Çexov” həyatı başladı. Tarixsiz. Həyat dəyəri istisna olmaqla, bütün dəyərləri məhv etdilər. Həyatı isə ümumiyyətlə. Ev tikmək, yaxşı maşın almaq, giləmeyvə yetişdirmək kimi yeni arzular yarandı. Məlum oldu ki, azadlıq meşşanlığın reabilitasiyasıdır, ağzı bağlanmış rus həyatıdır. Azadlıq əlahəzrət təlabatdır. Qaranlığın möhtəşəmliyidir. Arzuların, instinktlərin, gizlənmiş insan həyatının qaranlığı. Bütün tarix boyu yaşamaq uğrunda mübarizə apardıq, ancaq yaşamadıq. Artıq hərbi təcrübə lazım deyil, onu unutmaq lazımdır. Minlərlə yeni emosiya, reaksiya...Necəsə birdən ətrafda hər şey fərqli oldu: əşyalar, pullar, bayraqlar. Həmçinin insanın özü. O, daha çox rəngarəng və xüsusi oldu. Monolit partlayış oldu və həyat hissələrə, atomlara, hüceyrələrə bölündü. Vladimır Dalın da dediyi kimi: azadlıq sərbəstlikdir, genişlikdir. Böyük bəla uzaq bir rəvayətə çevrildi. Artıq heç kim ideyalardan danışmırdı. Hamı kreditlərdən, faizdən, veksellərdən danışırdı. Pul isə qazanılmırdı, “udulurdu”. Bütün bunlar lazım idimi? Marina Svetayeva yazırdı: “Rus qəlbində qəlp pulu zəhərləmək mümkün deyil”. Elə bil ki, Aleksandr Ostrovskinin, Mixail Saltikov Şedrinin qəhrəmanları xortlayaraq küçələrdə gəzirlər.
Görüşdüyüm hamıdan soruşurdum: “Azadlıq nədir ?” Atalar və övladları fərqli cavablar verirdi. SSRİ-də anadan olanlarla, SSRİ-də anadan olmayanların ortaq təcrübəsi yox idi. Onlar ayrı planetlərdən olan insanlar idilər.
Atalar: Azadlıq – qorxunun olmamasıdır; nə vaxt ki, biz avqustun 3 günündə üsyançıları məhv etmişdik; Mağazada 100 növ kolbasa arasında seçim edən insan, 10 növ kolbasa arasında seçim edən insandan daha azaddır. Şallaqlanmamış olmaq, ancaq bizdə elə bir nəsil olmayacaq. Rus insanı azadlığı anlamır. Ona kazak və qamçı lazımdır.
Övladlar: azadlıq-sevgidir; daxili azadlıq –tamamilə dəyərdir. Öz arzularından qorxmamaqdır. Çox pulun olsa o zaman hər şeyin olar; o zaman sən heç azadlıq haqqında düşünmədən yaşayarsan.
Dil axtarıram. İnsanın çox dili var: uşaqlarla danışdığı dil, sevgi haqqında danışdığı dil. Başqa bir dil də var ki, biz özümüz özümüzlə danışırıq, daxilimizdə söhbətlər aparırıq. Küçədə, işdə, səyahətdə - hər yerdə nəsə başqa bir şey səslənir, təkcə sözlər deyil başqa nə isə də dəyişir. Hətta səhər və axşam insan fərqli danışır. Gecə iki insan arasında baş verənlər isə tamamilə tarixdən itir. Biz yalnız günümüzün insanının tarixi ilə maraqlanırıq.
Bir gün Smolenskidən ötüb gedirdik. Kəndlərin birində mağaza yaxınlığında saxladıq. Mən orada-ətrafda tanış (mən özümdə kənddə böyümüşəm), gözəl sifətlər - və necə də məhv olmuş, yoxsul həyat gördüm. Həyat haqqında söhbətləşdik. Onlar mənə dedilər: “Azadlıq haqqında soruşursunuz ? Mağazaya daxil olun. Araq hansını istəsəniz: “Standart”, “ Qorbaçov”, “Putinka”, kolbasa, pendir və balıq var. Banan da var. Daha hansı azadlıq lazımdır? Bizə bu bəsdir”. Mən isə əvəzində bəs torpaqları sizə verdilərmi sualı verdim. Cavab belə idi:” O torpaqda kim eşələnəcək? İstəyirsən götür - Bizdən bir Vaska Krutoy götürdü. Mənim balaca oğlumun 8 yaşı var və o mənimlə bir yerdə kotan arxasında işləyir. Əgər onun yanında işləsən nə yalan danışarsan, nə də oğurlayarsan. Faşistdir”.
Dostoyevskinin “Böyük inkvizator əfsanəsi” əsərində azadlıq haqqında mübahisə gedir. Azadlıq yolunun ağır, əzablı, traqik olmağından danışılır. Əgər azadlıq bu qədər baha başa gələn bir şeydirsə o kimə lazımdır? İnsan hər zaman seçim etməlidir: azadlıq və ya təmin olunmuş həyat; əzablarla dolu azadlıq və ya azadlıq olmadan xoşbəxtlik.
Əsərdə Yerə qayıdan Məsihə inkvizator deyirdi:
“Sən niyə bizə mane olmağa gəldin? Sən özün də bilirsənki bizə mane olmağa gəldin.
Sən insana azacıq, lap azacıq hörmət edərək ondan nəsə tələb etsəydin bu daha çox sevgiyə yaxın olardı. Onun sinəsindəki yük daha yüngül olardı. O zəifdir. Axı zəif qəlb bu qədər qorxulu hədiyyəni özündə saxlaya bilmir”.
90-cı illərdə biz xoşbəxt idik. Həmin saflığımıza birdə qayıda bilmərik. Bizə elə gəlirdi ki, seçim olundu və komunizm naümüdcəsinə məğlub oldu. Ancaq hər şey yeni başlayırmış. O hadisələrin üzərindən 20 il keçdi. İndi uşaqlar öz valideynlərinə deyirlər: “Bizi sosializmlə qorxutmayın”.
Tanış universitet müəllimlərimlə danışarkən deyirdilər: 90-ların sonlarında tələbələr gülürdülər, onlar əmin idilər ki, qarşılarında yeni gələcək açılır. İndi mənzərə fərqlidir. Bu günki tələbələr kapitalizmin nə olduğunu bildilər, hiss etdilər - bərabərsizlik, kasıblıq, həyasız zənginlik. Gözləri önündə talan olunmuş ölkədən onlara heç nə çatmayan valideynləri var idi. Hər şey kökdən müəyyənləşir. Onlar öz inqilablarını arzulayırlar. Üzərində Lenin və Çe Qevaranın şəkilləri olan köynəklər geyinirlər.
Cəmiyyətin Sovet İttifaqına sualları yarandı. Stalinə qarşı.19-30 yaş arasında cavanların yarısı Stalini “böyük siyasətçi” hesab edirlər. O ölkədə ki, Stalin Hitlerdən az insan öldürməmişdi. Yenə bütün Sovet dəbdədir. Məsələn, sovet adları və sovet yeməkləri ilə təchiz olunmuş “sovet” kafesi. Sovet konfetləri və uşaqlığımızdakı qoxunu bizə xatırladan sovet kolbasaları idxal olunmağa başlandı. Bir də əlbəttəki “sovet” arağı.Televiziyada sovetləri xatırladan onlarla verliş, internetdə bizdə nostalji hislər yaradan saytları var. Siz Stalin düşərgələrinə - Solovkaya, Maqadana turist kimi gedə bilərsiniz. Sizə orada həmin dövrkü barakları göstərəcəklər. Sonda isə balıq ovuna aparırlar.
Köhnə ideyalar - nəhəng imperiya, “dəmir əl”, “ xüsusi rus yolu” yenidən yaranır. Sovet himnini geri qaytardılar, komsomol yenə də var, sadəcə olaraq “Bizimkilər” adlanır. Kommunist partiyası ilə eyni ideyaları daşıyan iqtidar partiyası belə var. Baş katibin səlahiyyətləri necə idisə prezidentin də eyni səlahiyyətləri var. Marksist - Leninizmlə birlikdə - provaslavlıq.
1917-ci il inqilabından əvvəl Aleksandr Qrin yazırdı:”Gələcək necəsə öz yerində dayanmaqdan vaz keçdi.” 100 il keçdi. Gələcək yenə də öz yerində deyil. İkinci əl zamanı yetişib.
Barrikada-rəssamlar üçün təhlükəli yerdir. Orada insanın görmə qabiliyyəti itir, dünya öz rəngini itirir. Barrikada da dünya ağ-qaradır. Ancaq qara nöqtə görünür, heç nə fərqlənmir. Bütün həyatım boyu barrikada da olmuşam. Mən ordan getməyi, normal görmə qabiliyyətimi özümə qaytarmağı, həyatdan zövq almağı öyrənmək istərdim. On minlərlə insan küçəyə çıxır. Əl-ələ verirlər. Onların gödəkçələrində ağ lentlər var idi. Dirçəlişin simvolu. Mən onlarlayam.
Küçədə üzərində oraq, çəkic və Leninin şəkli olan köynək geyinmiş gəncləri gördüm.Görən onlar bilirlərmi ki, komunizm nədir?
Tərcümə: Asya Cəlilova
http://nv.ua/
Kultura.az