“Tam sənə yazmağı bitirib məktubu zərfə yerləşdirirdim ki, Meri aşağı düşdü və “Uillinin başına dəhşətli bir iş gəlib” dedi. O dəqiqə çölə çıxdım və Uillini yerdə gördüm: hər iki sağ ayağı birdən qırılmışdı; biri dizdən yuxarı, biri isə dizdən aşağı. Görünür, ya maşının altında qalmışdı, ya da kimsə dəyənəklə vurmuşdu. Evə qədər bütün yolu o biri yanındakı sağlam ayaqlarıyla gəlmişdi. Sümükləri qırıq-qırıq olmuş, yaranın içinə səpələnmişdi və bəzi qırıntılar isə bayıra çıxmışdı. Amma o, hələ də miyovuldayır və onu sağalda biləcəyimə əmin görünürdü.
Renedən ona bir şüşə süd gətirməsini xahiş etdim, Rene onu qucağına aldı və tumarlamağa başladı. Və bir az sonra Uilli südünü içə-içə onun başına atəş açdım. Çox incitdiyini düşünmürəm, bütün sinirləri əzilmişdi, ona görədə ayaqları hələ ağrımağa başlamamışdı. Mənim yerimə Monstro atəş açmaq istədi, amma mən bu məsuliyyəti heç kimə həvalə edə bilməzdim, Uillinin bir gün onu başqasının vurduğunu bilmə ehtimalına icazə verə bilməzdim.
Səninçün, həqiqətən, çox darıxıram. Uilli üçün çox darıxıram. Mən əvvəllər də kimisə vurmuşdum, amma tanıdığım və 11 ildir, sevdiyin birini yox. Hələ üstəlik, iki qırıq ayağıyla miyovuldayan birini heç vaxt...”
Çevirən: İkinci Mahmud
Kultura.az