Kağız ev kitab qurdları haqqında kitabdır
Kitabxana düzəltmək, adi bir kolleksiya yığmaq deyil, bu bir həyat yaratmaqdır.
Kitabda Argentinalı yazıçı Maria Dominguez kitabların insan həyatını necə dəyişə biləcəyindən bəhs edir. Bu balaca kitab onu bitirəndən sonra uzun müddət adamı təsirində saxlamaq gücünə malikdir.
Kembric universitetində ispan ədəbiyyatını tədris edən Blyuma Lennon həlak olur. Kitab oxuya-oxuya yolu keçərkən onu maşın vurur...
Təsadüfənmi? Əlbəttə!
Amma mərhum ədəbiyyatşünas-alimin keçmişində aqibətinə aparan hansısa sirr var...
Blyumanın üç keçmiş sevgilisindən biri, həmkarı, həm də sonradan kafedrada onun yerini tutmağa iddialı şəxs təsadüfi ölümə şübhə edir. Çünki qadının ölümündən sonra o, gecikmiş bir bağlama alır. Əsl sahibinə çatmamış bu qəribə bağlamada müəmmalı bir əşya var – kitab. Üzqabığı sement və inşaat tozu ilə örtülmüş nəşrdəki xatirə qeydi Blyuma Lennonun keçmişinə gedən cığır, onun “iç üzünü açan” izdir. Bəs bu xəsis sətirlər arxasında nə sirr gizlənib? O nəyin rəmzi, yaxud nəyə eyhamdır?
Yollayanın ünvanı yoxdur, tanışlar, dostlar siyahısında da onun adı keçmir…
Tərcümə: Əziz Rzazadə
Balaca uşaqlar üçün fantastik macəra
Yan Larri-nin Karik və Valyanın qeyri-adi macərlaları kitabı nəinki balaca oxucuların, hətta böyüklərin də zövqünü oxşayan, macəra janrında yazılmış çox maraqlı və bu gün də öz aktuallığını itirməmiş əsərdi. Əsər əsasında cizgi filmi və bədii film çəkilib.
Məktəbli uşaqlar Karik və Valya professor Yenotovun icad etdiyi mayeni içərək balacalaşırlar və tamamilə başqa bir qorxulu mühitə düşərək qeyri-adi macəralarla üzləşirlər. Onlar tanış olmadıqları bitkilərlə rastlaşır, müxtəlif qorxunc heyvanlarla qarşılaşırlar.
Əsəri olduqca maraqlı süjetlər, macəra və fantastik forma üzərində quran yazıçı bizi əhatə edən bitkilər və həşəratlar aləmi haqqında bir çox cəlbedici əhvalatları sənətkarlıqla qələmə almışdır.
Tərcümə: Füzuli Əsgərli
Kultura.az