post-title

Artur Şopenhauer – Həyat iztirabları

Bədbəxt və kədər içində olan bir şəxsin ala biləcəyi ən gözəl təsəlli başqalarının ondan da pis vəziyyətdə olduğunu fikirləşməkdir və bu təsəlli hər kəsə yaxşı tanışdır. Amma ümumiyyətlə bu çox böyük fəlakətdir. - (Artur Şopenhauer)

 
 
Fəlsəfi sistemlərdən bir çoxu şəri mənfi bir hal kimi təqdim edir, mən dünyada bundan böyük cəfəngiyyat bilmirəm. Müsbət olan şey özlüyündə həm də şərdir; o öz yaşamını hiss etdirir. Xüsusilə də Leybnits bu cəfəngiyyatı daha çox müdafiə eləyib: o, öz mövqeyini bir əhəmiyyəti olmayan sofizmlə möhkəmləndirmək istəmişdi. Mənfi olan şey yaxşıdır: başqa sözlə desək, xoşbəxtlik və həyatdan razı qalma arzuların yerinə yetirildiyini bildirir, yəni ağrılı-acılı günlərə son qoyulur.
 
Bu onu göstərir ki, biz səfanı istədiyimiz kimi qəbul etmirik və əzabı da çox şişirdirik. Bu həyatda ən böyük zövq əzabı artırmaqdır: yaxud da bu iki hiss arasında balans var. Əgər oxucu bu iddianın sübutunu görmək istəyirsə, gəlin ona biri digərini yeyən iki heyvanın keçirdiyi hissləri müqayisə edək.
 
Bədbəxt və qəm-kədər içində olan bir şəxsin ala biləcəyi ən gözəl təsəlli başqalarının ondan da pis vəziyyətdə olduğunu fikirləşməkdir və bu təsəlli hər kəsə yaxşı tanışdır. Amma ümumiyyətlə bu çox böyük fəlakətdir.
 
Bizlər, otluqda qurbanını bir-bir seçən qəssabın nəzarətində olan quzularıq. Yaxşı günlərimiz olanda biz şərin — kasıblıq, xəstəlik, şikəstlik, gözün görməməsi və sairə kimi hallarda baş verdiyini unuduruq.
 
Amma burda əzabın heç bir günahı yoxdur, əzablar bizi elə hövsələdən çıxarır ki, nəfəs belə ala bilmirik, əlində qamçı olan gözətçi tək daim bizi izləyir. Sıxıntılara son qoya bilsək, o zaman bu gözətçini də dayandırmış olarıq.
 
Ayrıca bədbəxtliyin özünün də bir xeyri var: yəni əzablara son qoyulduqda belə canımız hələ də acıyır. İnsan həyatdakı bütün ehtiyaclardan azad olanda, çətinlik və bədbəxtlik aradan qaldırılanda, etdiyi hər bir iş uğurla nəticələnəndə, canı acımasa da onda bir növ qudurğanlıq yaranır, axmaqlıq edir – beləcə dəli olur. Bundan əlavə onu da deyə bilərəm ki, əzab və ağrılar hər zaman insan üçün lazımdır. Məsələn, Ballastı (gəminin stabilliyini saxlamaq üçün aşağısına qoyulan ağır material) olmayan bir gəmi, stabilliyini itirər və düz gedə bilməz.
 
İş, həyəcan, əmək və iztirab insan həyatının uzun olmasını təmin edir. Bəs yaxşı, bütün arzuları yerinə yetən, əzablardan qurtulmuş insan vaxtını necə keçirəcək? Onlar nə işlə məşğul olacaqlar? Əgər dünya rahat və firavan bir yer olsaydı, yer üzündə yalnız süd və bal olsaydı, kişilər qadınlara heç bir çətinlik olmadan sahib olsaydı, o zaman insan sıxıntıdan ya ölər, ya da özünü asardı: yaxud da kütləvi qırğınlar, cinayətlər, müharibələr baş verərdi. Beləcə, sonunda bəşəriyyət Təbiətin ona verdiyi əzabdan daha çox özünə əzab verəcək.
 
Gənclik illərində, gələcəyə doğru baxanda, bizlər teatrda pərdə qalıdırılmamışdan əvvəl orda böyük həvəslə oturub tamaşanın başlamasını gözləyən uşaqlara bənzəyərik. Nə baş verəcəyini bilməmək böyük xoşbəxtlikdi. Bunu görə bilərik, ölümə yox, bu həyata məhkum olan, bu həyatı yaşamağa məcbur olan uşaqların günahsız məhbuslara çevrildiyi zamalarda belə onlar cəzalarının nə olduğunu anlamırlar.
 
Bununla belə hər kəs qocalığa can atır, başqa sözlə desək onlar bu cür düşünür: «Bu günüm yaxşı deyil, sabah bundan da betər olcaq, o biri gün isə lap pis olacaq”.
 
Günəşin nə qədər bədbəxtlik, əzab, iztirab üzərinə şəfəq saçdığını təsəvvür etsəniz etiraf edərsiniz ki, günəş elə yerdə də aydakı kimi təbiət hadisələrinə səbəb olsaydı və yerin səthi də aydakı kimi şəffaf olsaydı daha yaxşı olardı.
 
Sən onda həyata yoxluğun müqəddəsliyini pozan bir faydasız şey kimi baxa bilərsən. Və hər halda işlərin babat gedəcək, nə qədər çox yaşayasan, bir o qədər aydın anlayacaqsan ki, həyat səni aldatmır, həyat bədbəxtçilikdir.
 
Cavanlıqda dost olmuş iki nəfər, uzun müddət ayrılııqdan sonra, yaşlı vaxtlarında görüşəndə bir-birinə olan əsas hissləri tam bir xəyal qırıqlığı olacaq, çünki yaddaşları onları erkən illərə aparacaq, o illərə ki, həyat gözəl idi və daha çox şey vəd edirdi, lakin bu vədlər boşa çıxdı. Bu hiss hər kəsə o qədər təsir edəcək ki, onlar bunu dilə gətirməyən labüd olduğunu belə düşünə bilməyəcklər; lakin digər tərəfdən bu sakitcə qəbul olunacaq və onların söhbətinin bünövrəsini təşkil edəcəkdir.
 
Nəvə-nəticələrini görən insan yarmarkada cadugərin budkasında oturub, caduya dalbadal baxan insana bənzəyir. Fokus yalnız bir dəfə göstərilir və bunu görməyəndə və sehrə aldanmayanda foks təsirsiz qalır.
 
Əlindəkilərlə kifayətlənmədiyi sürəcə, insanın taleyi düzəlməyəcək. Həyat yerinə yetirməli olduğumuz bir tapşırıqdır. Belə bir deyim var „defunctus est”, yəni insan artıq öz tapşırığını yerinə yetirib.
 
Tərcümə: Namiq Bağırlı
 
dovshan.wordpress.com
Yuxarı