Qonşumuzda bir müəllimə var, tələbələrə hazırlıq keçir öz evində, yoldaşı da rəisin şoferidir. O, müəllimənin qəbuluna düşmək üçün iki il əvvəl növbəyə yazılmaq lazımdır. Bilirsiniz niyə? Qohumlarından kimsə yuxarıda işləyir, imtahana düşən sualları birbaşa müəlliməyə ötürür, müəllimə də imtahan sualları üzərində dəsti xətt dərs keçir. Çünki müəllimə tələbənin universitetə qəbul olunacağına yüz faiz qarantiya verir. Tələbələrdə belə dayağı olan müəllimələrə və yaxud müəllim(ə) arxayın olub hazırlıqdan sonra dərsi təkrarlamaq əvəzinə, başını sosial şəbəkələrdə qatmalı olur. Keçmiş kitabxanalar kitabların vərəqləyəndə görürsən orta məktəb tələbələri dünya ədəbiyyatın oxuyublar. Kitabı vərəqləyəndə şahidi olursan filan rayon, filan kənd, filan sinif, flankəs filan ildə bu kitabı oxudum bitirdim, çox maraqlı idi, sən də oxu məsləhətləri kimi yazılara rast gəlmək olur. Mən belə xatirə yazısına 1957-ci ilin çap olunmuş "Qulliverin Səyahəti" romanında rast gəlmişdim. Qazax rayonun hətta 7-ci və 8-ci şagirdlərinin ürək sözləri də yazılmışdı kitabda, mən oxudum, sən də oxu, hardasa 1978-ci illərin xatirəsi idi. İndi təsəvvür edə bilmirəm bir tələbə dərsliyindən başqa çox dərin demirəm, uşaq ədəbiyyatı oxusun.
Atam fəhlə sinfi adamı olub, əvvəl çörək zavodunda işləyib, sonradan bənna olub. Ailədə dörd uşaq olmuşuq, yalnız işləməyə və ailəni dolandırmağa vaxtı olub, anamın da həmçinin dərslərimizlə maraqlanmağa vaxtı çox az olub. O vaxt indikindən fərqli olaraq məişət problemləri ciddi idi, vaxt çox alırdı. İndi 8 kq paltarı atırsan paltar yuyan maşına, 30 dəqiqəyə yuyur, suya çəkir, istəsən hətta qaynadır da, üstəlik qurudur da. Amma o vaxtı soyuq su ilə paltar yumaq çox çətin idi. O vaxtkı yemək tavasını yumaq üçün soyuq suda qum ilə sürt ha, sürt idi, indi cürəbəcür qab şampunları. Bax, məktəbdə oxuyan tələbələrdə özlərindən arxayındır ki, atam günü 15 manata fəhlə işləsə də, zato məni hazırlığa qoyacaq, geyimim heç kimin geyimindən geri qalmayacaq, universiteti də yola verəcəyik, sonra bir bəhanə ilə yenə valideyn qanadları altına sığınacaq, nə edim iş yoxdur deyə valideynlərinin üzünə qayıdacaq.
1989-cu ildə birinci sinifə getdim, altı yaşımda. 1990-cı ildə atam qırx yaşında dünyasını dəyişdi, min bir zülmlərə düşdük, anam dörd uşaqla baş-başa qaldı, bunlar azmız kimi 1993-cü ildə qaçqın düşdük... Çox pis dövr idi, yeməyə çörək tapmaq müşkül məsələ olmuşdu. Anam məcbur olub məni Mərdəkan Qəsəbəsində 12 nomrəli Hümanitar Fənlər Üzrə Gimnaziyaya qoydu (internat). İnsan köməksiz qalanda mütləq bir çıxış yolu tapır, mən də belə olmuşdum. internatda tək idim müəllimələrim və mən, çıxış yolu oxumaq idi...
6-cı sinifdə oxuyarkən yıxıldım qolum sındı, yaz imtahanların verə bilmədim, qaldım payız imtahanına. Oxumağım üçün məktəbdə ayaqqabı tikməyi öyrəndim, kimlərinsə ayaqqabısını tikib həmən pula özümə qələm dəftər alırdım oxumağım və bu günüm üçün. Anamla gəldik payız imtahanına Tarix fənnindən yetmiş sual idi, yetmiş sualın altmış səkkizin cavablandırdım. İngilis dili fənnindən 10 sualın doqquzuna cavab verə bildim. Onu da qeyd edim ki, o vaxtı texnologiya o qədər də inkişaf etməmişdi, o vaxta görə ingilis dili öyrənmək çox çətin idi. Beşinci sinifin ikinci rübündə latın dili çıxdı ortaya, arxasınca ingilis dili. O boyda haqq hesablardan sonra, pozulmuş darmadağın olmuş pisxologiyadan sonra ingilis dilin öyrənmək çox çətin idi. Bütün imlalar, inşalar yüklənmişdi Qarabağ hadisələrinə. Mamam imtahan verdiyim müəllimələrin yanında mənə dedi ki, elə bilirdim sən qoyunsan, sən demə sən oxuyurmuşsan. Baxın dostlar bütün təyziqlərə, çətinliklərə baxmayaraq, oxumaq bəhanə tələb etmir. Necə deyərlər könlü balıq istəyənin ayağı suda olar.
7-ci sinifdən orta məktəbi yarımçıq buraxıb məcburi şəkildə ailə vəziyyətimizə görə işləməyə başladım küçəbəküçə, heç vaxt oxumağa bəhanə etmədim.
Oxumağa bəhanə yoxdur oxumamağa bəhanə var.
Elvin Baycan
Kultura.az