post-title

Oskar Uayld: Etiraf Məktubları

… Əzab bir uzun andır. Biz onu dövrlərə bölə bilmərik. Biz yalnız onun vəziyyətini və təkrarlanmasının ardıcıllığını qeyd edə bilərik. Zaman bizimlə irəliləmir. O, dövr edir. O, bir ağrının ətrafında fırlanır.

 
 
Hər vəziyyətdə dəyişməyən şablondan sonra həyatın iflicedici sükutu tənzimlənir, belə ki, biz dəmir formulun dəyişməz qanunlarına uyğun yeyirik, içirik, uzanırıq, ibadət edirik, dua etmək üçün dizlərmizi yerə qoyuruq: bu  sabit  özəllik, hansı ki, hər darıxdırcı günün hər bir anındakı  xırdalığını eyniləşdirir, özünü mövcudluğunun mahiyyəti fasiləsiz dəyişkənlik olan xarici təsirlərlə əlaqələndirir. Toxum səpmə və ya məhsul yığımı vaxtı, biçinçilərin taxıla əyilməkləri, meynələr arasında sanki sapa düzülmüş üzüm yığanlar, yerə tökülmüş meyvələrlə bərabər  qırılmış güllərdən yaranmış meyvə bağlarının otları: bizim bunlardan xəbərimiz yoxdur və heç nə bilmirik. 
 
Bizim üçün yalnız bir mövsüm var, kədər mövsümü. Günəşimiz və ayımız əlimizdən alınıb. Çöldə gün mavi və qızılı ola bilər, lakin dəmir-barmaqlıqlı kiçik pəncərənin sıx örtülü şüşəsindən içəri sivişib girən işıq, altında oturan  hər kəs  üçün boz və xəsisdir. Onun hücrəsində həmişə alaqaranlıq, ürəyində isə həmişə toranlıqdır. Və düşüncələrdə, eləcə də zaman çevrəsində tərpəniş yoxdur. Sənin şəxsən çoxdan unutduğun bir şeylər və yaxud asanlıqla unuda biləcəklərin indi mənim başıma gəlir və sabah da təkrarən eyni şeyi yaşayacam.  Unutma, bəlkə nə vaxtsa bunları yazdığım səbəbləri və üslubu az da olsa anlamaq iqtidarında olacaqsan...
 
Bir həftə sonra məni buraya köçürdülər. Üç ay keçdi və anam vəfat etdi. Heç kim bilmir ki, onu necə dərindən sevirdim və onunla necə qürur duyurdum. Onun vəfatı mənim üçün dəhşət idi; lakin bir zamanların dilin lordu ( və ya ağası )  - mən iztirabımı və xəcalətimi ifadə etməyə söz tapmıram. O və atam yalnız ədəbiyyatda, incəsənətdə, arxeologiyada, elmdə deyil, həmçinin ölkəmin ictimai tarixində,onun bir millət kimi inkişafında qazandıqları  alicənab və şərəfli adı mənə vəsiyyət etmişdilər. Mən  o adı ömürlük  rəzil etdim. Mən onu aşağı səviyyəli insanların arasında alçaltdım. Mən onu bataqlıqlara sürüklədim. Mən onu vəhşilərə verdim ki, onlar onu daha da qabalaşdırsınlar, axmaqların əlinə verdim ki, onlar o adı sarsaq sözünə sinonim etsinlər.
O zamanlar və ya hələ də, əzab çəkdiyim şey  yazmaq üçün qələm- kağız deyil. (O. Uaylda  həbsxanada olarkən, istəsə də  qeydlərini aparmaq üçün uzun müddət qələm, kağız verilməyib- tərc). Həyat yoldaşım həmişə mənə qarşı xeyirxah və nəcib olub, Genuyadan İngiltərəyə bütün yolu xəstə olduğu halda səfər  etdiyi, islaholunmaz, çar-naçar itkisi haqda şayələri biganə kəslərin dilindən eşitdiyimdən daha çox xeyirxa və nəcib. Məni hələ də sevənlərin rəğbət dolu ismarıclarını alıram. Hətta məni şəxsən tanımayan insanlar, həyatımda baş verən yeni kədərimi eşitcək öz başsağlığı məktublarını mənə çatdırdılar.
 
Üç ay keçdi. Gündəlik qeyd etdiyim təqvim və hücrəmin qapısının çöl tərəfindən asılan, üstündə adım və hökmüm yazılan əmək tapşırığım deyir ki, indi Maydır. ...
Firavanlıq, məmnuniyyət və uğur yaxşı cilalanmamış hisslərdir, xüsusiyyətcə hamısı eynidir, lakin kədər, bütün yaradılmış şeylərdən ən həssasıdır. Bütün  düşüncələr aləmində elə bir şey yoxdur ki, onu kədər qədər dəhşətli titrədib, nəbzi onun qədər incəltsin. İncə döyülmüş, titrək qızıl toxumalar sərt şəraitdə, müqayisə üçün desək,  gözün görə bilmədiyi codluqdur.  Bu,  hər sevən əl toxunduqca qanayan yaradır, hətta ondan sonra da, ağrılar içində olmasa belə, qanamalıdır.
 
Kədər olan yer müqəddəsdir.  Nə vaxtsa insanlar bunun mənasını anlayacaqlar. Onlar bunu dərk edənə qədər həyat haqda heç nə bilməyəcəklər- və yalnız təbiətcə özləri kimi insanlar bunu anlaya biləcəklər. Məni iki polis nəfərinin arası ilə Məhkəmədən həbsxanaya gətirərkən-  o, uzun, darıxdırıcı dəhlizdə gözlədi, bütün izdihamın qarşısında hərəkətləri mehriban və sadə tərzdə sakitləşdi və şlyapasını mənə tərəf açıq şəkildə qaldırdı, mənsə əllərim qandallı, başım aşağı onun yanından ötüb keçdim. İnsanlar cənnətə bundan da kiçik şeylərlə gedirlər. 
 
(ardı var) 
 
Tərcümə: Aygün Qurbanlı
 
Kultura.az
 
Yuxarı