post-title

Mirzə Ələkbər Sabir: "Harda müsəlman görürəm qorxuram"

Oxucularımıza görkəmli Azərbaycan klassiki Mirzə Ələkbər Sabirin məşhur "Qorxuram" şeirini təqdim edirik.

 
 
 
Payi-piyadə düşürəm çöllərə, --
Xari-müğilan görürəm, qorxmuram.
 
Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.
 
Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.
 
Gah çıxıram sahilə, hər yanda min 
Vəhşiyi-ğürran görürəm, qorxmuram.
 
Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.
 
Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.
 
Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.
 
Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.
 
Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.
 
Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.
 
Bu küreyi-ərzdə mən, müxtəsər, 
Müxtəlif əlvan görürəm, qorxmuram.
 
Leyk, bu qorxmazlıq ilə, doğrusu, 
Ay dadaş, vallahi, billahi, tallahi, 
Harda müsəlman görürəm, qorxuram!....
 
Bisəbəb qorxmayıram, vəchi var: 
Neyləyim axır, bu yox olmuşların
 
Fikrini qan-qan görürəm, qorxuram, 
Qorxuram, qorxuram, qorxuram!....
 
 
Kultura.az
 
Yuxarı