post-title

Uinston Çörçilin ən məşhur aforizmləri

Kultura.az tarixin ən maraqlı siyasi xadimlərindən biri, yazdığı bioqrafiyaya görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Uinston Çörçilin maraqlı aforizmlərini təqdim edir.

 
 
Özünə ironiya
 
1. Milləti idarə etmək dörd övlad tərbiyə etməkdən asandır.
2. Gəncliyimdə naharadək bir damcı da olsun spirtli içki qəbul etməmək qaydası qoymuşdum özümə. Daha cavan deyiləm, qayda dəyişib, indi səhər yeməyinədək bir damcı da olsun içməmək qaydasına əməl edirəm.
3. Mənim zövqüm çox bəsitdir. Hər şeyin ən yaxşısı ilə kifayətlənirəm.
4. Həmişə bu qaydalara əməl etmişəm: dura bilərsənsə qaçma; otura bilərsənsə durma; uzana bilərsənsə oturma.
5. İstədiyim tək şey – konstruktiv diskussiyalardan sonra hər kəs mənim arzularımla razılaşsın.
 
Siyasət haqda
 
6. Demokratiya çox pis idarəçilik üsuludur, digər bütün üsulları nəzərə almasaq əgər.
7. Siyasətçi sabah, bir həftə sonra, bir ay, bir il sonra nələrin baş verəcəyini öncədən deməlidir. Sonra isə, dediklərinin niyə baş vermədiyini izah edə bilməlidir.
8. Kapitalizmin doğal qüsuru – nemətlərin qeyri-bərabər bölgüsüdür; sosializmin doğal üstünlüyü – yoxsulluğun bərabər bölgüsüdür.
9. Mənim ölkəmdə hakimiyyət nümayəndələri fəxr edirlər ki, dövlətin qulluqçusudular; ona sahiblik etmək bərk rüsvayçılıq olardı, buna görə.
10. Diplomat o şəxsdir ki, iki dəfə götür-qoy etdikdən sonra susmağı üstün tutur.
11. Xaricdə olarkən heç vaxt öz ölkəmin hökumətini tənqid etmirəm, geri qaytıdıqdan sonra bunun əvəzini artıqlaması ilə çıxıram.
12. Tarixi qaliblər yazır.
 
İnsanlar haqda
 
13. Çoxdan yəqin etmişəm ki, hamı hər şeydə məni günahlandırmağa çalışır. Görünür, belə düşünürlər ki, günah hissi mənim əynimə yaxşı oturur.
14. Məktəb direktorunun malik olduğu hakimiyyəti baş nazirlər yalnız xəyallarda görə bilərlər.
15. Həqiqət çoxbucaqlıdırsa, yalan çoxavazlıdır.
16. Pul yığmaq yaxşı işdir, xüsusən əgər, sizəcən bunu valideynləriniz etmişlərsə.
17. Öyrənməyə həmişə hazıram, lakin mənə dərs verən olanda heç də həmişə xoşlanmıram.
18. Yer üzündə yalan fərziyyələrin dəhşətli çoxluğu dolaşır, ən dəhşətlisi budur ki, onların yarısı tərtəmiz həqiqətdir.
19. Donuzları sevirəm. İtlər bizə aşağıdan yuxarı baxır. Pişiklər yuxarıdan aşağı baxır. Amma donuzlar öz bərabərindən baxırlar.
20. İnsanlar yalnız bilmədikləri sirləri yaxşı saxlayırlar.
 
Optimizm
 
21. Pessimist hər imkanda bir çətinlik, optimist hər çətinlikdə bir imkan görür.
22. Kamilləşmək – dəyişmək, kamil olmaq – dəyişkən olmaq deməkdir.
23. Uzaq gələcəyə boylanmaq uzaqgörənlik deyil.
24. Ağıllı adam bütün səhvləri özü etmir, başqalarına da səhv etmək şansı yaradır.
25. Öz prinsiplərini bəyan etmək onları həyata keçirməkdən qat-qat asandır.
26. Körpələrə süd investisiya etməkdən yaxşı investisiya yoxdur.
27. Uğur – bir uğursuzluqdan digərinə doğru hərəkət etməkdir, entuziazmı itirmədən.
28. Böyük işlərin təcrübəsindən öyrəndim ki, hər şeyi birdən-birə yoluna qoymaq cəhdi çox vaxt səhv qərar olur. 
29. Mən optimistəm. Başqa nəsə olmaqdan xüsusi fayda gözləmirəm. 
30. Hər hürən itə götürüb bir daş atsaz, mənzil başına heç vaxt çatmarsız.  
 
Ruslan Köçərli
 
Kultura.az
Yuxarı