post-title

Nicat Kazımov: Kündəçi - Hekayə (II)

Azərbaycanlı yazıçı Nicat Kazımovun "Kündəçi" hekayəsinin davamını oxucularımıza təqdim edirik.

 
 
 
***
 
Gözlərimi açdığımda bütün bədənimdəki yorğunluq sovrulub getmişdi. Ağzımda çox pis bir dad var idi. Hardansa ağlaşma səsi gəlirdi. Elə bil , kimsə vəfat etmişdi. Qaşımaq üçün əlimi üzümə atdım və məəttəl qaldım. Saqqalım ən azı dörd-beş günlük uzanmışdı. Yəni bu qədər çox yatmışam mən? Ayağa qalxanda, ayaqlarımın üyüşdüyünü də hiss etdim. Bəli həqiqətən, çox yatmışam. Ətrafıma baxdım. Bir zibillik içərisində idim. Pəncərələri açdım ki, təmiz hava daxil olsun. Daha sonra isə hamama daxil olub, isti suyu açdım ki, duş qəbul edim. Suyun altına girib gözlərimi yumdum. Hələ də Türkanla bağlı olan hadisələr yuxu olmasını arzu edirdim. Ancaq, bunların hamısı həqiqət idi.
 
Sonra birdən öz-özümə düşünməyə başladım:
 
Mən nə yaxşı, yata bildim?! Uşaq ağlamırdı, bəyəm?! Ah bu nə pis yuxu idi. İndi yadıma gəlir. Hahaha… Uşaq öldürürəm, yox bir…. Dayan! Bəs niyə uşaq ağlamır? Yox əşi, yuxu idi. Mən uşaq öldürməmişəm. – duşdan çıxdım, fikirləşə-fikirləşə salona getdim və dayanıb bir müddət düşündüm. Birdən çöldən səs gəldi: “Qarpız var! Qarpız!”
 
İlahi… Bu nə dəhşətdir?! Bu mümkün deyil! Mən yuxumda görmüşəm uşaq öldürməyimi! Xəyalən idi hər şey. Yox belə olmaz. Bəs yuxarıdan gələn ağlaşma səsi?! Gərək gedim dəqiqləşdirim.
 
Şkaftan təmiz paltar götürüb əynimə keçirdim. Yuxarı qalxmaq üçün evdən çıxıb qapını örtdüm. Hər pilləkanı qalxdıqca həyəcandan az qala öldüm. Qapı açıq idi, üstündən də qara şərf bağlanmışdı ki, gələn bilsin ki, bəs burada yas var. Birdən qapıdan bir kişi çıxdı və dayanıb mənə baxdı. Gözlərinin içi qıp-qırmızı idi. Mənim ayaqlarım əsir, o isə məni öldürəcək tərzdə baxırdı – bəlkə də mən elə düşünürdüm. Birdən o dedi:
 
– Salam. Yasa gəlmisiniz?
 
– Yox… Hə… Həə. Yasa gəlmişəm… Allah rəhmət eləsin.
 
– Amin! – deyib, gözləri daha da doldu. Evə daxil olub, ayaqqabılarımı çıxardım. Bir otaqda qadınlar ağlaşırdı, digər böyük otaqda da kişilər oturmuşdu. Masanın başında isə molla oturmuşdu. Əl qədər uşağa niyə molla çağrılmasını da başa düşə bilmirdim. Molla sözə belə başladı:
 
” Bugün mərhumun yeddisidir”. O artıq belə deyəndə, başa düşdüm ki, uşaq öldürmüşəm. Üzümün tükü də bunu göstərirdi ki, hardasa bir həftə əvvəl mən uşağı ödürmüşəm. Dözə bilməyib, ayağa qalxdım və vicdanımı daha sızlatmadan evi tərk edib aşağı düşdüm. Evimə daxil olub, otaqların hər birində bəlkə də yüz min dəfə o baş – bu başa gedib gəldim. Elə hey düşünürdüm:
 
“Sən axmaqsan, manyaksan! Nə edəcəksən indi?! Balaca uşağı öldürmüsən, ay səni əclaf! Ah ürəyim, çox pis sancır! Bu nə işlərdir başıma gəlir?! Görəsən gedib təslim olsam, məhkəmədə başa düşərlər ki, mən affekt vəziyyətində olmuşam? Yox inanmıram! – başımı iki əlim arasına alıb, saçlarımı ovuşdura-ovuşdura” – yox belə olmayacaq! Nəsə içməliyəm.
 
Xoşbəxtlikdən daha iki butulka arağım var idi. Soyuducuda isə turşu xiyar var idi. Bankanı masanın üzərinə qoyub, bir butulka arağı su kimi başıma çəkdim. Bütün sinəm və mədəm deşilsin az qala. Turşu xiyarı yedim ki, qusmayıb, sərxoşluğumu özümdə saxlayım. Elə çox keçmədi ki, ev başıma hərlənməyə başladı. Yatağa düşüb tavana baxdım. Mollanın səsi çox zəyif olmasına baxmayaraq yenə də eşidirdim:
 
- Bismillahi rahmani rahim
 
Maliki ya ümiddin ….
 
Bu səs mənim vicdanımı daha da sızladırdı. Yox belə olmayacaq, Tofiqi tapmalıyam.
 
Tofiq isə bütün nəşəxorların ən yaxın dostudur. Çünki, onlara istədikləri malı tapa bilir. Mənimlə uşaqlıqdan münasibəti var idi, ancaq, onun yolu başqa yol olduğundan heç vaxt münasibətimi daha yaxından etməmişdim.
 
Evdən çıxdığımda günəş az qala məni əritsin. Gözlərimi tam açıb qarşıma baxa bilmirdim. Uzun zamandır evdən eşiyə çıxmadığımdan, digər insan mənə qorxulu məxluqlar kimi gəlirdi. Elə bil, dünyanı yad planetlilər işğal etmiş və ya ibtidai icma qurluşuna qayıtmışdıq. Nəhayət Tofiqin həmişə durduğu yerə gəlib çatdım və ona dedim:
 
- Salam. Mənə mal lazımdır. Bir xeyli.
 
- Salam, hələ dayan görüm. Bu nə haldır? Nə olub sənə?
 
- Heç.. Heç nə olmayıb. Mənim pulum yoxdur. Amma mənim evimi tanıyırsan. Mənə nəşə gətir, pulu sənə qaytara bilməsəm, lap evimi sataram.
- A kişi, verim ey. Sənin halın hal deyil, tərin içindəsən, saçın saqqallın…
 
- Boş ver…
 
- Yaxşı. Özün bil. Təzə gələndən indi verərəm.
 
Tofiq məni maşınına otuzdurub, arxa oturacağın altından bir torba marixuana çıxardı və mənə verdi. Nəsə qiymət də dedi. Ancaq bu dəqiqə mən onun söhbətini yox, sadəcə vicdanımı sakitləşdirməyi fikirləşə bilərdim. Uşaq öldürmüşəm, hələ təzə doğulmuş bir uşağı… Zarafat deyil bu. Qara torbanı götürüb maşından düşdüm. İri addımlarla evə daha tez çatdım. İçəri girər-girməz paketi masanın üzərinə boşaltdım, otu tütünlə qarışdırmadan, bir başa kağıza büküb yandırdım. İlk öncə bir xeyli öskürməyimə baxmayaraq, alışdıqdan sonra siqaret kimi çəkməyə başladım. Biləyimdəki damarlar şişməyə başladı, qan dövranı daha da artdı, göz bəbəklərim böyüdü, ürək döyüntülərim sürətləndi və budur dəli bir gülmək tutdu məni:
 
” Hahaha, uşaq öldürmüşəm! Haahahaha! Yox əşi! İndi o uşaq cənnətdədir! Həyatını xilas etmisən də! Hahaha”
 
Ot məni o qədər tutmuşdu ki, milçəyin havada başqa milçəklə cinsi əlaqəsinə baxıb ləzzət alırdım. Amma bəzən də kövrəlirdim. Bütün həyatııma oturub ağlayırdım. Daha sonra birini də düzəldib çəkməyə başladım. Artıq ürəyim bulanır və başım hərlənirdi. Yerimə uzanıb, tavana baxdım. Mollanın səsi yenə gəlirdi:
 
” İyyakə nə budu və iyyakə nə istəğin
İhtinəs siratəl müstəğim!”
 
Mən də onun dediklərini təkrar edirdim. Ancaq bir səs məni dəhşətə saldı. Molannın avazından sonra uşaq yenə ağlamağa başladı.
 
Bu mənim beynimin içindən gəlirdi? Həqiqətən, uşaq ağlayırdı? Yoxsa bu səs sırf mənim vicdanımdan gəlirdi?
 
Bədənimi qorxu bürüdü. Otu söndürüb, yorğanımın altına girdim. Bərk-bərk sarılmışdım. Hava isə dəhşət isti idi. Uşağın səsini eşitməməyim üçün özümü güclə sıxmışdım. Bərkdən-bərkdən mahnı oxuyurdum. Təki uşağın səsi gəlməsin! Beləcə deyəsən yuxuya getmişdim.
 
***
 
Gözlərimi açanda, həmin uşağın donmuş simasını xatırladım, bir də Türkanın başqa kişi ilə sevişməsini. Hələ ən azı on günlük ot masanın üzərində var idi. Ona görə olanları unutmaq üçün yenidən birini sarıb çəkdim. Yenə kefim kökəldi. Öz-özümə gülməyə başladım. Ən mənasız şey, mənim üçün ən gülməli bir şeyə çevrilmişdi. Ancaq, birdən qapı döyüləndə, özümü çox itirdim. Pəncərəni açdım ki, hava çölə çıxsın. Gedib qapını açdığımda isə, ilk öncə düşündüm ki, çəkdiyim otun təsirindən artıq xülya görürəm. Çünki, gələn Türkan idi. Yenə açıq-saçıq paltarını geyinmişdi. Nədənsə, onu görən kimi qeyri-ixtiyarı sarılıb ağlamağa başladım. O isə:
 
- Xəyal, bu nə haldır? Nə olub sənə? Sən saqqal saxlamazdın, gözlərinin altına bir bax. İçəridən gələn bu nə qoxudur?
 
… Mən isə susurdum. Sadəcə ona sarılmışdım. Saçlarını at quyruğu eləmiş, üzü tam açılmışdı. Yenə ucuz ətiri məni başdan çıxarırdı. Hava isti olduğundan sadəcə mayka kimi bir şey geyinmişdi. Ona o qədər yaxın idim ki, döşləri sinəmə dəyirdi. Özümü saxlaya bilməyib, dəlicəsinə onu öpməyə başladım. O da məni öpürdü. Qarşılıqlı dayanmadan sevişirdik. Dəhlizdə paltarlarımızı çıxarda-çıxarda yatağa yıxıldıq. Mənim bədənimin hər yerindən öpür, dodaqları bədənimin müxtəlif yerlərində gəzir, əli ilə arada masaj edir, daha sonra yenidən öpüşürdük. Onun istiliyini bütün bədənimlə hiss edirdim. İkimiz də şəhvət dəryasında batacaqdıq. Ondan ötrü çox darıxmışdım.
 
- Ahh sevgilim, nə yaxşı gəldin! Səni çox sevirəm. – tez-tez belə cümlələri deyirdim. Onun gözəlliyinin üzərində yağ kimi əriyib durulanacaqdım.
 
- Mən də səndən ötrü darıxmışdım. Amma sənin bu halını başa düşə bilmirəm. Sənə nə oldu axı? – o sualını verərkən, mən artıq uzanıb siqaretimi yandırmış, bir əlimi başımın altına qoyub, Türkana baxırdım.
 
- Sən… Niyə bunu mənə etdin?
 
- Nəyi?
 
- Özünü bilməmiş kimi aparma. – səsimi bir az artırdım.
 
- Vallah başa düşə bilmədim!
 
- O oğlan kim idi? – bədənimə yenidən əsəblər gəlirdi.
 
- Hansı oğlan?
 
- Mənim niyə ağzımı açdırırsan?! Burada sevişdiyin o gədə!
 
- Sən nə danışırsan, ay Xəyal! Belə zarafatlar eləmə mənlə! Axı mən sənə demişdim ki, qardaşım əsgərlikdən gəlir, bu səbəbdən bir neçə gün anam gildə qalacam!
 
- Məzələnirsən mənlə? Sən mənə elə bir şey deməyibsən. Burada, elə bu yataqda onun altında qışqırırdın!
 
- Utan bu sözlərinə görə!
 
Bədənimə elə bir əsəb gəldi ki, ayağa qalxıb, Türkanı döyməyə başladım. Çırıl-çılpaq əlimdən qaçmaq istəsə də, üzərində paltar olmadığldan evdən çıxa bilmədi. Onu yerə salıb təpikləyirdim və eyni zamanda qışqırırdım:
 
“De görüm, mən yaxşı sevişirəm, yoxsa o gədə?!”
 
Mən belə namussuzluğa dözə bilməzdim. Türkanın aşnası gələnə kimi onun əlini-ayağını ağzını bağlayıb hamama saldım. Qapını bağlayıb salona gəldim. Yenidən bir büküm ot sardım, hələ də arağım var idi. Bir az da arağımdan içdim. Həm keflənmişdim, həm də otun təsirindən özümü qəribə hiss edirdim. Nədənsə bu zibili çəkəndə ehtiras hisslərim də yerində durmurdu. Hamama daxil olub, Türkanı döyə-döyə özümə tabe etdim, daha sonra isə yenidən ona öz cənnətimi verdim. Həm ağlayır, həm də həzzdən sızıldayırdı. Sonra ayağa qalxıb dedim:
 
- Aşnan gələnə kimi buradasan. O gəlsin, ikinizi də birlikdə öldürəcəyəm. – deyib hamamdan çıxdım.
 
Əsəbim nisbətən soyumuşdu. Neçə vaxtın stressini Türkanın üzərinə boşaltmışdım. Həm döyərək sakitləşirdim, həm də zorlayaraq elə bil intiqamımı alırdım. Qıza nə yemək verirdim, nə də su. Ağzı-burnu da zatən, qan içində idi. Elə onun içdiyi su öz qanı idi. Daha ona toxunmurdum, zatən halı qalmamışdı. İki əlini də hamamın borusuna bağlamışdım ki, hərəkət edə bilməsin.
 
Gün sayını dəqiq bilmirəm, vicdanımın ağrısından yata bilmirdim. Uşağın cəsədi gözümün qarşısından getmirdi. Nə vaxt yatmaq istəsəm, o uşağın səsi yenidən evi bürüyürdü. Qarabasma kimi məni sıxırdı. Bu səbəbdən, yenidən yuxusuz gecələrim başladı. Uşağın səsini eşitməmək üçün bərkdən mahnı oxuyur, bu səsi eşitməmiş kimi davranırdım.
 
Vicdanım yenə imkan vermirdi ki, özümə gələm. Ayağa qalxıb hamama doğru getdim, Türkan içəridə mürgüləyirdi. Bilinirdi ki, çox narahatdır. Əyilib ağzından bandı çıxartdım və bu vaxt o oyandı, qorxulu nəzərlə mənə baxdı. Əlimlə işarə etdim ki, sakit dursun, heç bir şey etməyəcəm. Özüm də yerə oturub, başımı iki əllərimin arasına alıb yerə baxıb dedim:
 
- Mən çox pis bir şey etmişəm.
 
- Nə?
 
Ürəyimi kiməsə açmaq istəyirdim, danışmaq istəyirdim. Türkana qarşı ürəymdə olan məhəbbətim isə tələb edirdi ki, hər şeyi ona danışım. Bu sonra başıma faciələr açacağını bilərəkdən, bütün ürəyimi ona boşaltdım.
 
- Mən bir uşağı öldürmüşəm.
 
- Nə? Necə? – yerindən dikələrək, bir az da qorxmuş kimi dedi. Böyük ehtimal, özlüyündə yəqin etdi ki, uşağı öldürmüşəmsə, onu da öldürə bilərəm.
 
- Hə! Hələ təzəcə doğmuş bir körpəni öldürmüşəm.
 
- Hansı uşağı? Niyə öldürmüsən?
 
- Mən yata bilmirdim, sənin xəyanətin məni daha pis vəziyyətə salmışdı, uşağın da ağlaması… istəmədən onu yuxarı qalxıb evlərindəcə boğub öldürmüşəm.
- Sən nə danışırsan? – səsi titrəyərək dedi.
 
- Hə bax mən belə axmağam. Hələ bir neçə gün öncə evlərində uşağın yeddisini edirdilər. Molla da gəlmişdi.
 
- Xəyal, sən uşaq öldürməmisən. O evdə yaşlı qadın da qalırdı, deyəsən, gəlinin anası idi. Onun yeddisi olar yəqin.
 
- Nə? – yerimdən qalxıb tez-tələsik yuxarı qalxıb qonşunun qapısını döydüm. Cavan bir xanım qapını açıb, narahat halda üzümə baxdı. dilim topuq çala-çala ona dedim:
 
- Ssaalaam, mmən sizin alt qonşunuzam. Bir neçə gün bundan qabaq burada yas var idi. Bilmək olar kim vəfat etmişdi?
 
- Anam qəflətən dünyasını dəyişdi.
 
- Sizin uşağınız var? Ağlayan uşağın səsi həmişə sizin evdən gəlir?
 
- Hə. Narahatçılığa görə üzr istəyirik, oğlumun beyin daxili təziqi var. Müalicə alır. İndi içəridədir, yatır.
 
Sağol demədən, sürətli addımlarla öz evimə endim. Qadın arxamca heyrət içərisində mənə baxırdı.
 
Evə girdiyimdə, ev başıma hərləndi. Yəni o zaman bunların hamısı həqiqətən yuxumda baş verib? O zaman, Türkan da haqlı idi. O mənə xəyanət etməyibdir. Hamama girib onun əlini qolunu açdım, üzünü yuyub, su verdim ki, içsin. Qarşısında diz çökərək:
 
“Yalvarıram, məni bağışla. Kündəçi işləyəndən yatmırdım, yuxularımla reallığı səhv salmışam. Elə bilirdim ki, sən mənə xəyanət etmisən və daha sonra həmin ağlayan uşağı öldürdüyümü düşündüm. Üzr istəyirəm səndən! Xahiş edirəm, məni bağışla.” Onun qoluna girib, yataq otağına apardım. O uzandı və yuxuya getdi. Həmin gün ürəyimə elə bir su səpmişdilər. Könlüm o qədər fərəhləmişdi ki, indi həyat daha gözəl mənə görsənirdi. Türkan da məni bağışlamışdı. Vəziyyətimi başa düşürdü.
 
Ertəsi günü Türkandakı şiddətli baş hərlənməyə və ürək bulantısına görə həkimə getmək məcburiyyətində qaldıq.
 
Düşünürdüm ki, Türkanın başına endirdiyim zərbələrə görə belə olsun. Ancaq, həkim bizə tamam başqa bir şey dedi. Analizlərin nəticəsindən bizə məlum oldu ki:
Türkan 1 aylıq hamilədir, ancaq aldığı zərbələrdən uşağı düşürüb.
 
Bətnində qalan uşaq parçasını isə hissə-hissə çəkib çıxardılar. Bu vaxt mənim yenidən başım qarışdı. Axı mən bir aydan çox idi ki, Türkanla cinsi münasibətim olmamışdı. Hələ cəmi bir neçə gün öncə onu qəsdən zorlamışdım. Bəs onda uşaq kimdən idi?
 
Yoxsa o mənə həqiqətən sarı oğlanla xəyanət etmişdi? Bunu özündən soruşanda isə mənə belə deyirdi: “Səndən başqa heç kimlə münasibətim olmayıb. Hardasa bir ay öncə birlikdə yatmışdıq. Uşaq da həmin gecəyə aid olmalı idi.”
 
Türkan yalan danışırdı. Bir ay mən kündəçi işlədiyim vaxtlar və hətta ondan əvvəl də Türkanla heç bir münasibətim olmamışdı. Bir tərəfdən də fikirləşirəm ki, əgər uşağın ölümü mənim yuxumda idisə, demək ki, Türkanın xəyanəti də yuxumda olmalı idi.
 
Heç bir şəkildə içimdəki tərəddütə son verə bilmirdim. Deyəsən, bu dəfə doğurdan da dəli olacaqdım. Uşaq məndən idi, yoxsa sarı oğlandan? Türkan həqiqətən başqası ilə yatmışdı, yoxsa mənim gördüklərimin hamısı xəyal idi?!
 
Dəli olacağam indicə….
 
Nicat Kazımov
 
Gəncə Xatirələri…
 
Kultura.az
Yuxarı