Əgər roman üzərində işləyirsənsə, yaxşısı budur ki, əsərin yoxlanışına girişməzdən əvvəl ilk cızma-qaranı bitirənə qədər sadəcə yazmağa davam edəsən. Redaktor və yazar iki elə müxtəlif insanlardır ki, sənin beynini bölüşə bilməzlər. Əgər redaktoru işin başına qoysan, o yazıçıya mane olacaq. Birinci cızma-qaranı yazıçıya ver , həmin ilk cızma-qaranın işi bitdikdən sonra redaktora onun üzərində sərbəstləşməyə imkan yaradarsan. Əgər ilk qaralamanda dəyişiklik etməyə ehtiyac olan yerlər barədə düşünürsənsə, qeydlərini et, çapdan çıxardığın səhifələrə geri dön, qeydi dəyişiklik etmək istədiyin yerə birləşdir. Ən sonda ilk cızma-qaranı tamamilə bitirəndə həmin yer haqqında bir daha götür-qoy edərsən.
Neçə dəfə?
Bir hissəni üç dəfə yoxlanışdan keçirmək yaxşıdır. İlk yoxlanışda böyük problemləri axtar- dramatik qövslərdəki zəif yer, süjet altı hissə, hansı ki, heç nə ilə uyğunlaşmır və məqaləndəki əsas fikirlə bağlanmayan məlumat. Öncə bu böyük dəyişiklikləri et.
İkincı yoxlanışda, dilə diqqət et. Məlum növdən istifadə edirsən? Bədii surətlərin aydındırmı, dialoqlar həqiqətə uyğundurmu? Hər səhnə “ Üçlük Qayda” nı izləyirmi? Süjeti inkişaf etdirirmi, xarakterləri dərinləşdirirmi, səhnəni zənginləşdirirmi? Heç “ düz yerlər” varmı, haradakı çox hadisə baş vermir?
Üçüncü yoxlanışda hekayəni rənglə. Seçdiyin sözlərə mikroskopla nəzər sal. Burada daha güclü görünə bilinəcək sözlər salmaq olmazdımı? Etdiyin təsvir kifayət qədər güclüdürmü və ya bəlkə burada daha yaxşı sözə ehtiyacın var? Sözlərinin səslənməsini dinlə. İstər bədii , istərsə də elmi əsər yazmağından asılı olmayaraq, onları ucadan oxu. Sözlərin ritminə fikir ver. Bəli, bunun əhəmiyyəti var. Hekayə sadəcə bir fikir olmaqdan daha üstün bir şeydir, o, fikrin bitmiş birliyidir, görüntüsüdür, dialoqudur və dilin ritmi və axıcılığıdır. Sən hekayənin bütün hissələrinin parlamağını istərsən. Məqalə sadəcə stola yapışan bir məlumat deyil. Məqalə özünə cəlb etməlidir, ondakı məlumat rahatca axmalı və asanlıqla oxunmalıdır, surətlər aydın və iti olmalıdır.
Nə vaxt dayanmalıyıq?
Əksər yazıçılar üçün məsələ yoxlanış prosesi deyil…problem odur ki, yoxlanışı nə zaman dayandırıb, məqaləni göndərmək olar? Bu çətin qərar ola bilər. Sən bu və ya digər hissədə mexaniki olaraq sözü yüngülcə dəyişirsən. Cümləni dəyişirsən. Daha bir yoxlanış, nəzərdən keçirmə haqda düşünürsən. Ancaq, yadında saxla……əgər sən daima yoxlanış haqda düşünsən, heç vaxt əsərini göndərməsən…. o, heç vaxt yarasız hesab olunmayacaq. Hmmm. Bu səndə onu bird aha gözdən keçirməyə ehtiyac yarada bilərmi?
Bəli, yoxlanış vacibdir, ancaq bir yerə qədər. Müəyyən mərhələdə yoxlanışı bitirməli , hekayəni göndərməli və ya məqaləni dərc etdirməlisən. Dəyi dəyişdiyin barədə özünü sorğu-sual et, son əlyazmanı gözdən keçirt. Bütün məzmunumu dəyişdin, yoxsa sadəcə bir sözün burada, digərinin orada yerdəyişikliyinimi etdin? Əgər sən çox mühüm bir şey etmədən, sadəcəbir sifəti daha yaxşı sifətlə yerdəyişikliyini etmisənsə, bir feli digər daha dəqiq fellə xəfifcə əvəzləmisənsə, çox güman ki, bu hissəni göndərməyin vaxtı gəlib çatıb. Bu nöqtədəki dəyişikliklərin satış və bəyənilməmə arasında elə də böyük fərq etməyəcək. Artıq nədirsə odur, hekayənizi və ya məqalənizi bir zərfin içinə qoyun və göndərin.
Bəyənilməmə rəyindən sonrakı yoxlanış
Çox güman, indiyə qədər eşitmisən ki, yazı biznesinin bir hissəsi də bəyənilməmə haqda rəy almaqdır. İlk işini göndərdikdən sonra çoxlu sayda bəyənilməmə rəyləri alacaqsan. Bu sadəcə yazı biznesinin içinə atılmaq mərhələsidir və hər kəs bu mərhələdən keçir. Sən yalnız deyilsən. Bəyənilməmə rəyini aldıqdan sonra, adətən ümumi cavab belə olur “ Bir daha dərindən nəzərdən keçirərəm və yenidən keçirərəm” Dayan! Gözlə! Oradaca qal! Hekayəni niyə təkrar yoxlayırsan ki? Düşünürsən ki, onun zəif yerləri var? Bəlkə sadəcə ona görə ki, rədd cavabı almısan? Əgər bu sonuncunu düşünürsənsə, xahiş edirəm, bird aha düşün. Nə qədər ki, redaktor ….” Bağışlayın, sonluq zəifdir, və ya sadəcə inana bilmirəm ki, Artur o qədər hündürlükdən tullana bildi” yazmayıb, sən onun həqiqətən də nəyə görə hekayəni rədd etdiyini bilməyəcəksən. Düşünürsən ki, o kifayət qədər yaxşı deyildi? Fikirləşdiyin budur, elə deyilmi? Bu səbəbə görə onu bird aha gözdən keçirməyi planlaşdırırsan. Ancaq… əslində bu doğru olmaya da bilər. Ola bilsin ki, redaktorun artıq keçən həftə buna bənzər bir hekayə alıb. O, iki eyni tipdə hekayəni ard-ardına vermək istəmir. Bəli, əlbəttə ki, o bunu sadəcə belə açıqlasaydı daha yaxşı olardı, ancaq redaktorlar işlə yüklənmiş kəslərdirlər və onlarda bu cür təqdimatlar olduqca çox olur, və onlar bunu heç vaxt demirlər. Lakin hekayəni dəyişməyin onu daha yaxşı edəcəyi gümanına gəlmə.
Yazını göndərdiyin növbəti redaktor yazıya düzəliş etməmişdən öncəki şəklində qəbul edə bilərdi…ancaq dəyişiklik sonluğu daha az inandırıcı etdiyi üçün onu ötürür. Belə… Əslində həqiqət başqa cürdür, redaktorların hekayələri niyə ötürdükləri haqda çoxlu səbəblər var. Bəli, keyfiyyət həmin səbəblərdən biridir, ancaq əgər hekayənin üzərində gərgin çalışmısansa, oxucuların oxu xoşlayırsa, yazını rəngləmisənsə, o zaman bunu bir nöqsan kimi zənn etmə.
Bir siyahı tərtib et
“ Sem, bunun üzərində bir daha yoxlama apar” reaksiyasından qurtulmağın bir yolu da, hekayənə ən çox pul verən satış bazasından başlayaraq ən az pul verənə qədər siyahı tərtib etməkdir. Hekayən səni qane edirsə, siyahıdakı ən birinci bazaya göndər. Əgər geri göndərsələr, başqa bir zərfin içinə qoy, bir daha ünvanla, iti hərəkət et, təkrar yoxlanmağa ehtiyac var deyilməmiş , siyahıdakı ən son ticarətçi bitənə qədər , hər birinə yolla. Və yalnız bu zaman hekayəni bir kənara qoya bilərsən. Bir qədər zaman keçdikdən sonra ona geri dönə bilərsən……çox zaman keçdikdən sonra….bir daha yeni baxış üçün. Bu arada hekayən üçün daha uyğun bir satış mərkəzi açıla bilər. Ancaq hər dəfə rədd cavabı aldıqdan sonra hekayənə yenidən baxış keçirib, dəyişdirmək onu zəiflədə bilər, hansı ki, ilk versiyasında daha çox satıla bilərdi.
Oxucuların sənin ən yaxşı göstəricindir.
Yazdığın hissənin bitib-bitməməsini öyrənməyin ən yaxşı yolu, onu yaxşı oxuculara ötürməkdir. Baxmayaraq ki, ailə üzvlərimiz bəzən yaxşı oxucu olurlar, lakin bunu etməyin. Yazıçılığa yeni başlamış digər yazıçı isə “ süjet burada asta görünür, qəhrəmanının motivasiyasını anlamıram, sonluq bir az durğundur ” deyərək lazımlı cavabları verə bilər. Əgər mümkündürsə əsərini bir-neçə oxucuya ver. Ola bilsin ki, birisi sənin nə demək istədiyini anlamasın, bir neçəsi isə “ başa düşmədim, onu niyə belə etdi ” deyərək oxşar rəylər versələr , çox güman işinə diqqət yetirməlisən.
Göndərmə
Unutma….əsərini göndərməyənə qədər , onun heç bir hissəsini də sata bilməyəcəksən. Əsərə təkrar baxış necə vacibdirsə , onu redaktora göndərmək hətta ondan da vacibdir. Həmin o yoxlanışdan sonra- hansı ki, heç nə etməyib , yalnız bir-iki sözü başqası ilə əvəz etdin – siyahındakı ilk satış ünvanına göndərmək vaxtı gəlib çatmışdır.
İndi sən yazıçısan.
Tərcümə: Aygün Qurbanlı
Kultura.az