İyirmi il eyni fəndən dərs deyən müəllim sinifdə heç bir entuziazmla fəaliyyət göstərməyəcək. Sinfə girən müəllim şagirddən təxminən 10 yaş ( və ya bir qədər çox) böyük və ya şagirdin valideyni ilə yaşıd omalıdır, şagird sinifdə öz müasirini görməlidir. Əgər müəllim şagirdi saç düzümünə, zövqünə görə danlayırsa, şagirdin işlətdiyi jarqonları başa düşmürsə o müəllim üçün yeniyetmələrlə işləmək çətin olacaq. Bu yaxınlarda şəbəkələrin birində bir şəkil paylaşmışdılar, orta məktəb müəlliməsi qadın, " sex bomb" yazılan kofta geyinib sinfə daxil olub. İndi uşaqların mimikasını təsəvvür edin, burda heç bir uşaqdan tolerantlıq gözləmək olmaz. O, yeniyetmədi, tərzi " şit" dediyimiz zarafatları etməkdi. Kim o yaş dövründə kamil ciddiyyətə qovuşmuş olur ki? Nöqsan müəllimi 65 yaşa kimi işlədib, universitetləri yeni bitirmiş məzunları işsiz buraxan sistemdədir. Nə qədər savadlı gənc kadr işsiz qalır, siniflərə isə yeniyetmələrlə yola gedə bilməyən, bütün resurslarını tükətmiş, yeni texnalogiyalardan istifadə edə bilməyən müəllimlər daxil olur. Keçən il şahid oldum ki, bir orta yaşlı müəllim 7-ci sinif yagırdlərinə" House of Commons"-u" ümumi ev" kimi tərcümə etdi.
İnsanlar da əşyalar kimidi, istehlak müddəti bitdimi istifadədən kənarlaşdırılmalıdır, prosesi dramatikləşdirməyə dəyməz.
Əlbəttə, bəzi yaşlı müəllimlərin iş təcrübəsindən istifadə etmək lazımdır, onlar tədris prosesinin nəzəri hissəsindən müəllimləri təkmilləşdirmə kurslarında mühazirələr deyə bilərlər və ya təhsil proqramları çərçivəsində metodika ilə bağlı problemləri olan müəllimlərə praktik kömək göstərə bilərlər. Ancaq sinfə gənc müəllimlər daxil olmalıdır, yoxsa təhsildə yeni nəfəs hiss edilməyəcək.
Aygün Qurbanlı
Kultura.az