post-title

Müdriklik xəzinəsi: Çin deyimləri və atalar sözləri

Minillik həyat təcrübəsi olan xalq pis məsləhət verməz. Çinin yazılı tarixi 3500 il əvvəllərdən başlayır və özünü “Səmaaltı İmperiya” adlandıran bu ölkə insan və cəmiyyətə münasibəti ilə hər zaman fərqləni b.Çin mədəniyyətində elə deyimlər var ki, bugünkü gündə də hər kəsə doğru yol göstərə bilər.

 
 
Kultura.az portalı Adme.ru saytına istinadən Çin müdrüklüyünü təzə dəmlənmiş çay yarpaqları kimi açan, özündə əks etdirən atalar sözlərini və deyimləri toplayıb oxucularına təqdim edir. 
 
• Min il uzunluğu olan səyahət, bir addımdan başlayır.
• Qismətində görüşmək olan insanlar yerindən, məkanından və zamanından asılı olmayaraq, bir- biri ilə görünməyən qırmızı sapla bağlanırlar. Bu sap dartıla, dolaşa bilər, lakin heç vaxt qırılmaz. 
• Səhvini üzünə deyən hər zaman düşmən, düzlərini deyən isə hər zaman dost olmaz.
• Məğlub olmaq istəyi qələbəyə az qalanda daha çox güclənir. 
• Yavaşımaqdan qorma, dayanmaqdan qorx. 
• Yaşamanın bicliyi cavan, lakin gec ölməkdədir. 
• Zamandan başqa itirilən hər şeyi tapmaq olar. 
• Təcrübə keçəlləşəndən sonra alınan daraqdır. 
• Sakitliyi bəzəməyəcəksinizsə, danışmayın. 
• Güclülər maneələri, müdriklər bütün yolu keçər. 
• Gülüş dolu koma darıxdırıcı saraylardan daha zəngindir. 
• Yaşa, sakitliyinə riayət et. Yaz gələcək və güllər öz-özünə açılacaq. 
• Axmaq adamın xöşbəxtliyi də axmaq olur.
• Ayağın büdrəyib yıxıldınsa, yolunu dəyişmə. 
• Sahildə çox otursan, bir gün düşmən meyidinin axıb getdiyini görərsən. 
• Yaşananlara işıqlı tərəfdən baxmağa çalış. İşıq yoxdursa, parıltı yaranana qədər cəhd göstər. 
• Baş verən hər şey öz zamanında baş verir. 
• İstiqamətsiz üzənlərə əsən külək kömək etməz. 
• Bilməməkdən qorxma, öyrənməməkdən qorx. 
• Müəllimlər yola qapı açar, qalanını siz özünüz getməlisiniz. 
• Külək nə qədər güclü olsa da, dağ yerindən oynamaz. 
• Sən dedin-mən inandım, sən təkrar etdin- mən şübhələndim, sən israr etdin və mən anladım ki, sən yalan danışırsan.
• Əgər istedadın varsa, bəxtinin gətirməyəcəyinə inanma. 
• Qüsursuz dost olmur, qusur axtarsan dostsuz qalarsan. 
• Yaxşı dincələ bilməyən yaxşı işləyə bilməz. 
• Bədbəxtlik ona açılan qapıdan girir. 
• Qızarmağı bacaran insanın qara ürəyi olmaz.
• Yüz ilə tikilən bir saata dağılar. 
• Eyni yastığa baş qoymaq, eyni yuxunu görmək demək deyil. 
• Min il kölgə olmaqdansa, bir gün insan olmaq yaxşıdır. 
• Heç kim səyahətdən getdiyi kimi qayıtmır. 
• Böyük çaylar lal axar, müdrik insan yavaş danışar. 
• İstedadı olmayan qadın ləyaqətli olar.
• Ən yaxşı döyüş baş tutmayan döyüşdür.
• Azlığa dözümsüz olsan, bolluqdan olarsan. 
• Dağı yerindən tərpədən adam, kiçik daşları daşımaqla başladı. 
• Çıxılmaz dalan olmur, doğru gedilməyən yol olur. 
• Səhv etdiyini anlayarkən gülümsə. 
• Ağac əkmək üçün ən uyğun zaman 20 il əvvəl idi. Növbəti uyğun zaman bugündür.
 
Tərcümə: Leyla Cahangirova
 
Kultura.az
Yuxarı