Axar çaylar sən kiminsən? - Mənə körpü salanın.
Doğan günəş sən kiminsən? - Məndən işıq alanın.
Sonsuz fəza sən kiminsən? - Məndə qanad çalanın.
Həyat,söylə sən kiminsən? - Mən həyatı öyrənənin, bacaranın, alanın
Cəfər Cabbarlı... Mənim üçün sadəcə, ədəbiyyatımızın bir şairi, dramaturqu kimi yox, həm də məktəb illərimdə əldə etdiyim ən dəyərli xatirələrim səbəbkarıdır. Zəngin yaradıcılığının əsrarənsiz şeiri, həmçinin, ədəbiyyatımızda, məncə, bu movzuda yazılmış ən güclü şeir- “Ana”... 2-ci sinifdə oxuyarkən, şeirdəki mənasını tam dərk etmədiyim halda, bilmirəm niyə, amma inadla əzbərləməyə çalışdığım və bir daha heç vaxt unutmamaq üzərə əzbərlədiyim şeir.
Cəfər Cabbarlı dramaturgiyası isə ədəbiyyatımızın boşluğunu göstərdi.Orijinallığı ilə seçilən çox az ədiblərimizdəndir. Professor T. Əfəndiyevin “Azərbaycan dramaturgiyasında metodlar” (2002) adlı qiymətli monoqrafiyasında dediyi kimi: “C. Cəbbarlının yaradıcılığında bir çox bədii metodlar həm maarifçilik realizm, həm tənqidi realizm, həm sentimentalizm, həm romantizm, həm də Azərbaycan sovet alimlərinin iddia etdiyi kimi sosializm realizmi iştirak etmişdir”. Pyesləri dövrünün aktual mövzulardan bəhs etdiyi üçün bir başqa qiymətlidir. Dövrünün tarixi proseslərindn təəsirlənməsi onun yaradıcılığına ayrıca rəng qatmışdır. Ən sevdiyim pyesi “Aydın”dırsa da, məqalədən “Oqtay Eloğlu”dan yazmağım istənilir. “Oqtay Eloglu” ədibin məktəb tədrisində də yaradıcılıq hissəsində ayrıca yer verilən, önəmli presidir.
Haşiyə: “Oqtay Eloğlu” demişkən gözümdə canlanan xatirəm. 2010-cu il, dekabr. Çöldə qar ətrafı ağappaq bir şəkildə bürüyb. Universitete qəbula hazırlıq, saat 20:00 radələri. Abituriyent yorğunluğu. Ədəbiyyat fənnindən hazırlıqdayıq. O günkü movzumuz “Oqtay Eloğlu”. Müəllim əsəri kiminsə oxuduğunu soruşdu və ordakı uşaqların əsəri oxumadığımız bəlli oldu. Müəllimimiz “parlaq” nəticəni görüb dərs bitsə də evə buraxmayıb əsəri danışmağa başladı, daha doğrusu oynamağa. Bir insanın işini sevərək gprməsi nədir onda anladım mən. 1 saat sonra pyes bitmiş və mən heç nə anlamamışdım, cünki yorğunluqdan dinləmirdim. Yanımdakı yoldaşım ağlayanda müəllimin finalı danışıb bitirdiyindən xəbərdar oldum. Və mən bu əsərdən xəbərsiz qəbul imtahanı verdim, amma imtahan bitəndən bir nece gün sonra əsəri oxudum. Nə qədər çox şey itirdiyimin fərqinə vardım. Məktəbdən məzun olanadək “Oqtay Eloğlunu”nu oxumadığıma çox heyifsləndim, çünki pyes “nə etmək istədiyindən əmin olmana” dair çox gəzəl fikirlərlə ifadə olunan əsərdir və həyatını necə planamalı deyə düşünən gəncə çox yararlıdır.
Cəfər Cabbarlı yaradıcılığı boyu yeni mədəniyyətlər axtarışında olub, insanların maariflənməsinə, xurafatdan qurtulmağa can atmış və bununla əlaqədar ədəbiyyat xəzinəmizə qiymətli əsərlər bəxş etmişdir. 20 ilə 20 dram əsəri yazmışdır. Təkcə bu fakt ədibin zəngin istedadının, navotorluğunun göstəricisirdir. Dramlarından “Oqtay Eloglu” və “Dönüş” teatr movzusundadır. Teatr dövrü üçün çox aktual bir mövzu olub və C. Cabbarlı da bu mövzudan bədii əsər yaratmaq üçün mükəmməl bir şəkildə istifadə edib. Dövrünün problemlərini bu cür təsvir etmək heç də asan deyil əlbət, əsərdə göstərilən kimi o zaman maariflənməmiş çox insan olub və onların qınağına tuş gəlməyi gözə almaq cəsarət tələb edir.
C. Cabbarlı “Oqtay Eloğlu” da zamanın tələbini və bu tələbi görməzdən gəlməni ustalıqla təəsvir edib. Ədəbiyyatımızda sentimentalizmin banisi olan dramaturq bu əsərdə də sentimentallığa geniş yer vermişdir. Şəxsən əsərlərdəki sentimentallığı sevməsəm də, bu əsərdə sentimentallıq əsərin qayəsini açığa çıxarır. Oqtay uğurlu mübarizə simvolundan daha çox bir fədaidir və bu fədai yaşadığı faciəli həyatla cəmiyyətə vura biləcəyi ən ağır töhməti vurur. Oqtay süniliklərdən bezən, həyatı boyunca bir məqsəd üçün mübarizə aparan, lakin bu mübarizə zamanı Firəngizin sevgisiyle qarşılaşan və o sevginin qarşısında nə qədər zəif olduğunu anlayan biridir. Bu sevgi onun həyatında çox dəyişikliklərə səbəb olur, içindəki intiqam canavarı yaradır və yaşadığı səfilliklə həyata üsyanını göstərir. 1-ci pərdədə Səməd bəy Oqtaya anasını və bacısını düşünməli olduğunu söyləyən halda, Oqtayın xalqına görə onları fəda etməyə hazır olması onun çox böyük cəsarət sahibliyinin göstəricisidir. Mənim üçün Oqatay xoşbəxt insan obrazıdır. Həqiqətən. Həyatını məqsədsiz şəkildə deyil, qarşısına hədəf qoyaraq yaşayan və bunu istədiyindən əmin olan insan xoşbəxt insandır. Uzun həyat sürüb, amma “Nə etdin həyatın boyu?” sualının qarşısında aciz qalan, həyatını, bir sevimli müəllimin dediyi kimi “mətbəxlə ayaqyolu arasında boru olma” kimi yaşayan insanlardır sozün əsl mənasında bədbəxt insan.
Oqtay Səməd bəylə dialoqda, “Mən prinslərin saxladığı köpəklər kimi hazır yeməyə gəlmək istəmirəm. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə bilsin, mən layiq bilmirəm” deyir. İnsanın xarakterinin tam formalaşmış halıdır- Oqtay. O, milli həyatı səhnəyə gətirmək istəyir, rusların və başqa xalqların öz milli teatrları olduğu kimi öz xalqının da bu cür bir teatrı yaratmalı olduğunu düşünür. Lakin yaşadığı həyatın özünün bir teatr olduğunu insanların süni olduğunun şahidi olması onun faciəsini yaradır. Firəngizə olan sevgisi və Firəngizin qardaşı Aslan bəyin təkidi ilə dediyi sözlər Oqtaydan bir “sefillər padşahı” yaradır və bu Oqtayın insanlığa etirazı olur. Sentimentallığın pik nöqtəsi “səfillər padşahı” hissəsində canlanır. Pyesdə diqqətimi çəkən obrazlardan biri Firəngizin qardaşı Aslan bəydir. 3-cü pərdədə öz düşüncəsini açıq-aydın ortya qoyan Aslan bəy, zənnimcə, əsərin ən xaraktersiz obrazıdır. O təhsilli olmaqla dünyagörüşlü olmağın eyni olmadığının sübütudur. Aldığı təhsilə rəğmən, özünü formalaşdıra bilməyən bədbəxt biridir. Atası Hacı Zamanla dialoqda sırf qubernator, qlava ona “ vəhşi” deməsinlər deyə bacısını özüylə birgə teatra apardığını bildirir. Mənəviyyatı ilə sahib olduğu mövqeyin uçurumunda qalır. Oqtayla söhbətində də ziyalı, dünyagörüşlü görünmək üçün atdığı saxtan addımları qəbul edir. Hacı Zaman belə Aslan bəydən üstün biridir, məncə. Çünki onun düçüncəsi maariflənməyib və o düzgün bildiyini deyir, azından aslan bəy kimi ikili şəxsiyyət formalaşdırmayıb. Hacı Zaman teatra qarşıdır və bu səhv belə olsa, o öz mənəviyyatına sadiqdir. Səhv olması da dövrü ilə əlaqədarrdır, təhsili zəif olduğundan dolayıdır. Bu cür insanların maariflənməsi üçün də bir fədainin olması şərtdir və o fədai Oqtay olur.
Oqtayın Həsən bəyə dediyi: “ Mən avropalı deyiləm, olmaq da istəmirəm. İnsan könlü kimsənin qəyyumluğunu qəbul etməz” cümlələr təqdirə layiqdir. Ən bəyəndiyim dioloq Aslan bəylə Oqtay arasında keçən dialoqdur. Çünki, burda bir insanın, Oqtayın sahib olduğu güclü və dəyərli xarakteri üzə çıxır. Çinovnik olması ilə öyünən Aslan bəyə : “ Şübhəsiz, siz bu sözlə iftixar edə bilərsiz. Fəqət məncə, mənası bilirsizmi nədir. Bir heç. Otuz illik həndəsə dərsindən başqa heç nə öyrənməyən dilsiz- ağızsız qoyunlar kimi həyatda yuvarlanan, cansız, duygusuz odun parçasısınız”.
Pyesin finalında Firəngizə olan sevgisi Firəngizin bu həyatda yaşayaraq kirlənməsinə imkan vermir. “Yaşadaraq öldürən, ya da öldürərərk yaşadan” bu ifadə güclü mənaya sahibdir və həmçinin, dramaturqun ironiyasıdır, həyata qarşı.
Əsərda Oqtayın diliylə çox ironiyalar çoxdur. Onun “Mən bir heçəm”, “Mən öz fikrimi əgər ki, ümumiyyə qorxusundan gizlədən qorxaqlardan deyiləm” ifadələrindən görürük ki, burda göründüyü kimi, artıq fərd cəmiyyətə hesab vermir.
Oatay xalqın kiçik bir vahididir. O mübariz yox, həqiqətən, bir carçıdır. Aydın da həmçinin yazarın carçı obrazlarındandır. Oqtay bir azərbaycanlı qızının səhnədə təsviri üçün o insanən bu xalqın içindən çıxması, onun adətlərimi bilməsi, xalqının ruhunu tanıması şərtdir deyə düşünürdü. Bütün zəhməti, heç bir qarşılıq gözləmədən etdikləri sırf bir gün gəlsin ki, bu səhnə, teatr öz nümayəndən ibarət kollekticlə oyunlar canlandırsın deyə idi.
Oqtay “Eloğlu” olmuşdur. O fərd kimi həyatını yaşamaqdan imtina etmiş xalqı üçün vuruşmuş və “Eloğlu”na dönmüşdür. Bugünkü həyatımızda belə “Oqtay Eloğlular” az deyil, azadlıqda olmasalar belə, Oqtaylar vardır. Maraqlısı odur ki, onlar da Oqtay kimi gördüyü haqsızlıqlara görə, ironiya edərək fədaiyə dönüb mübarizə əzimdən düşəcək, ya mübarizələrini sonacan davam edəcəklər?!
Aysel Rasif Əkbər
Kultura.az