Xəyyam Namazovun 1-ci, Asim Cəlalın 2-ci, Günel Mehdiqızının isə 3-cü yerin sahibi olduğu müsabiqədə daha iki gəncə - Cahan Azər və Elturan Eminbəyliyə isə həvəsləndirici mükafat təqdim olunub. Müsabiqənin təşkilatçısı Seymur Baycan müsabiqə ilə bağlı fikirlərini bölüşüb:
“Müsabiqəni keçirməkdə məqsədimiz klassikləri gənclərə daha da yaxından tanıtmaq, onların bacarığını üzə çıxarmaq, gəncləri yazı yazmağa motivasiya etmək idi. Yusif Vəzirin əsərləri elədir ki, günümüzlə də uyğun gəlir. Sadəcə onun qohum-əqrəbası vəzifədə deyil deyə üzə çıxarılmır, it-bata salınır”.
Teleqraf.com