post-title

Soljenitsın və Saxarovun əleyhinə imza atanlar

A.İ. Soljenitsın və A.D. Saxarovun «antisovet çıxışları» bağlı bir qrup məşhur sovet yazıçısının «Pravda» qəzetinə məktubu.

 

«Hörmətli yoldaş redaktor!

Öz hərəkətləri ilə Sovet ziyalısı adını təhqir edən akademik Saxarov barəsində SSRİ Elmlər Akademiyası üzvlərinin qəzetinizdə dərc etdirdiyi məktubu oxuyandan sonra, həmin məktubun müəllifləri mövqeyi ilə tam razılığımızı sizə bildirmək qərarına gəldik.

Sovet yazıçıları həmişə öz öz xalqının və Kommunist partiyasının yanında olub, kommunizmin ali idealları, xalqlar arasında sülh və əmin-amanlıq tərəfdarı olublar. Bu, bizim ölkəmizdə yaradıcılıqla məşğul olan ziyalılarımızın qəlbindən gələn səs, bizim mübarizəmizdir. Bu tarixi anda, planetin siyasi ab-havasında gözəl dəyişikliklərin baş verdiyi vaxtda, Saxarov və Soljenitsın kimi, ictimai quruluşumuzu, dövlətimizi ləkələməyə çalışan, Sovetlərin sülhpərvər siyasətinə inamsızlıq yaratmağa cəhd edən, mahiyyət etibarilə Qərbi «soyuq müharibə»ni davam etdirməyə çağıran insanlar dərin nifrət və ittihamdan başqa heç nəyə layiq deyillər».

31 avqust, 1973-cü il

Məktuba imza atanlar:
Ç. Aytmatov
Y. Bondarev
V. Bıkov
R. Həmzatov
O. Qonçar
N. Qribaçov
S. Zalıqin
V. Katayev
A. Keşokov
V. Kojevnikov
M. Lukonin
Q. Markov
İ. Melej
S. Mixalkov
S. Narovçatov
V. Ozerov
B. Polevoy
A. Salınski
S. Sartakov
K. Simonov
S. S. Smirnov
A. Sofronov
M. Stelmax
A. Surkov
N. Tixonov
M. Tursun-zade
K. Fedin
N. Fedorenko
A. Çakovskiy
M. Şoloxov
S. Şipaçov

Qeyd: SSRİ dağılandan sonra «Evə gedən uzun yol» avtobioqrafik kitabında Vasili Bıkov, məktuba imza atmadığını yazıb. Amma məktub imzalanan günü «Vremya» proqramında Bıkovun da adı imza atanların siyahısında çəkilib.

Tərcümə: Günel Mövlud

Kultura.az

 

Yuxarı