post-title

Gücüstan Azərbaycanlılarının ümumi vəziyyəti (I yazı)

Borçalıyla bağlı çox yazılar yazaraq fərqli problemləri qaldırıb Borçalıların diqqətini bu problemlərə yönəltməyə çalışmışam. Bu yazımda Gürcüstandakı Azərbaycanlıların ümumi vəziyətindən yazacam.

 
Beləki, Borçalılar sovet ittifaqı zamanı, təxminən 20 ci əsrin ortalarından sonra ali təhsil üçün Bakıya üz tutmağa başlayıblar. Buna səbəb Sovetlerin “xalqların bərabərliyi” devizi altında Borçalılara məktəblərdə təhsili Azərbaycan türkçesində almağa imkan yaratması (Borçalıların və Cavaxetyadakı ermənilərin öz ana dilində təhsil almaları sırf Sovetin bu milletlərə tanıdığı imtiyazdır. Sovet dağıldıqdan sonra isə Gürcüstan Mərkəzi Höküməti bəzi obyektiv və subyektiv səbəblərdən bu imtiyazı ləğv etməyərək bu millətlərin təcrid olunası üçün istifadə etmişdir.), gürcü siyasi-mədəni ictimayyətinin həmişə monolitliyini saxlaması və digər millətlərə qapalı olması səbəbindən Borçalılar təhsil almaq üçün getdikləri Bakıda, Gəncədə qalmışlar. Onların çox az qismi təhsil aldıqdan sonra Gürcüstana dönmüşdür. Bu sürə çərçivəsində Borçalıdan kəndlərdəki həyatı qebul etməyib, oxuyub ağ günə çıxmaq, dövlət qurumlarında işləmək istəyənlər, yəni cəmiyyətin ən mübariz zümrəsi mövcud durumla barışmayaraq Borçalıdan oxumaq adıyla Azerbaycana köçüblər.
 
Azərbaycanda qalmayıb geri dönərək Borçalıda fərqli yerlərdə çalışan kadrlar Sovet Gürcüstanında işgüzarlıq və kargüzarlıq dilinin rusca olmasından yararlanaraq yerli inzibati qurumlarda, kolxoz-sovxozlarda və ya məktəblərdə işləyiblər. Amma Sovet ittifaqı dağıldıqdan sonra Gürcüstan çox millətli olmasına rəğmen, Qazaxıstan variantını deyil (Rus dilini saxlayaraq tədricən gürcü dilinə keçmə və bu prosesdə cəmiyyətin bütün kəsimlərinin iştirakını təmin etmə) Pribaltika variantını seçdi. Yəni digər millətlərin durumunu və fikrini soruşmadan ölkədə rəsmi dil olaraq gürcü dilini elan etdi. Nəticədə Azərbaycanda təhsil aldıqdan sonra Gürcüstana qayıdaraq yerli kolxoz-sovxozlarda, hüquq mühafize orqanlarında təmsil olununan kadırların hamsı yeni sistemə uyğunlaşmayaraq istefa verdilər. Əlbəttə burada Gürcüstan Mərkəzi Hökümətinin o zamanlarda milli zəmində baş vermiş iki münaqişədən sonra digər milli azlıqlara təhlükə mənbəyi kimi yanaşması da rol oynamış və bu səbəbdən milli azlıqlara qarşı xususi təzyiqlər olmuşdur. Xüsusən də Bolnisi və Dmanisi rayonlarında rayon mərkəzlərində yaşayan Borçalılara qarşı. Bütün bu sistem deyişimlerinə dözməyən, Gürcüstanda özünə, ailəsinə, hətta qohumlarına gələcək görməyənlər yenə Azərbaycana üz tutdular. Beləliklə də Sovet vaxtı formalaşmış kadırlar da Borçalını tərk etməyə başladılar. Azerbaycanla təhsil bağı olmayanlar da Rusiya, Ukrayna və Belorusiyaya üz tutdular. Nəticədə Borçalıda mayasız, başsız, ziyalısız bir kütlə qaldı.
 
Şvernadze zamanındakı müstəqil Gürcüstan kriminalın baş aldığı, hakimiyətsizlik, anarxiya, klanların, oğruların hakimiyyət etdiyi dövlət kimi dəyərləndirilir. Bununla bərabər bu dönəmdə Borçalıya Svanetidən Svanların, Acaradan müsəlman Acarların köçü, torpaqların xalqa yox, hansısa milliyətçi və ortodoks kilsəsinə aid fondlara verilməsi, Borçalıdan torpaqların “kənd yerlərindən şəhər əhalisinə torpaq verilməsi qanunu” adı altında Gürcüstanın bəzi şəhərlərində yaşayan sakinlərə paylanması, təhsilin gürcücə olması səbəbindən məktəbi bitirən abituryentlerin tehsil üçün Bakıya üz tutması, mekteblerde ani bir tehsil seviyyesinde eniş, yerli kriminal grupların tezyiq ve özbaşınalığı, Gürcüstan ekonomisinin çöküşü bütün bu ve diger neqativ sebebler üzünden Borçalılar Gürcüstanı terk ederek daha çox Azerbaycana ave Rusyaya üz tutdular. Getdikce hem kemiyyet hemde keyffiyyet olaraq azalan Borçalılar dahada mezlum kütle halına gelirdi ve bu xalqın bu mezlum durumuna göre merkezi hökümet bu özünün bölgedeki statusunu ve yerli xalqın statusunu müeyyen etdi. Bu statusa göre Marneyli, Gardabani, Dmanisi, Bolnisi rayonlarında Borçalıların sayı çox olsada rayon icra başçıları, devlet qürumlarının rayom şöbelerinin hamsına etnik gürcüler getrildi, torpaqlar xalqa deyil ferqli milliyetçi ve dini( ortodoks) fonlarına verildi. Xalqın elbette bütün bu haqsızlıqlara sadece seyirci qaldı, elbette ferdi seviyyede belkede kiçik qruplar seviyyesinde etirazlar oldu ama xalq seviyyesinde etirazlar olmadı çünkü etiraz edecek kesim Borçalıda deyildi mezlum kütle ise ona tanınan veziyyetle yaşamağa mecbur idi.
 
Ardı var..
 
Elvin Buntürk
Kultura.az
Yuxarı