Mirzə Fətəlinin faciəsi
Ətraf zülmət və cəhalət, bir nəfər də оlsa dil bi…
Yenisey Bilik Evi ilk kitab layihəsini oxuculara təqdim edib. “Dirilik nədir?” adlanan kitabda Azərbaycan ədəbiyyatında və tarixində önəmli yer tutan 13 müəllifin (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı) məqalə, felyeton və hekayələri toplanıb.
19 aprel saat 15:00-da "İçərişəhər - Bookhouse & Cafe"-də (Asəf Zeynallı küçəsi 16. Meridian otelin yaxınlığı) isə kitabın təqdimatı və satışı olacaq.
Kitabın ön sözü Dilqəm Əhmədə aiddir.
Gənclər klassikləri “diriltdi”
***
(Əlavə məlumat üçün)
Xatırladaq ki, Yenisey Bilik Evi bir qrup gənc tərəfindən yaradılan maarifçi hərəkatdır. Hərəkatın məqsədi cəmiyyətdə, xüsusən də gənclər arasında kitaba, maariflənməyə olan marağı artırmaqdır. Hərəkat bu istiqamətlərdə bir çox layihələr həyata keçirməyi planlaşdırır. "Dirilik nədir?" kitabı Yenisey Bilik Evinin ilk kitab layihəsidir və hərəkat kitab nəşrlərini davam etdirməyi planlaşdırır. Həmçinin hərakatın idecafe.az adlı internet saytı da fəaliyyət göstərir ki, burada da oxucular blog yazıları, tərcümələr, maraqlı məlumat, klassiklərin yazıları ilə tanışa ola, həmçinin elektron kitab yükləyə və film izləyə bilərlər.
Əlaqə: 0556254400 / 0513273738
ANN.Az