Andrey Makareviç: “Tam hiss olunur ki, bizi müharibəyə hazırlayırlar”
Onunla eyni fikri paylaşanlar gözümçı…
20 yanvar 2014-cü il tarixdə XX əsrin ən böyük dirijorlarından biri Claudio Abbado uzun sürən xəstəlikdən sonra 80 yaşında vəfat edib.
1933-cü ildə İtaliyanın Milan şəhərində doğulan Abbado, 16 yaşında şəhərdəki konservatoriyaya daxil olur. 1971-86-cı illər arasında Milan`ın dünyaca məşhur La Scala opera teatrının musiqi direktoru vəzifəsində çalışmışdır.
1986-91-ci illərdə Avropa musiqisinin başqa bir yönverici məbədi - Vyana Opera Teatrının musiqi direktoru olan Abbado paralel olaraq 1979-87-ci illərdə London, 1989-2002-ci illərdə isə Berlin Simfonik Orkestrinə rəhbərlik etmişdir.
Karyerası boyunca dünyanın ən məşhur kollektivləri ilə Mozart, Beethoven, Mahler, Verdi, Rossini və digər klassik bəstəkarların musiqisini yüksək səviyyədə interpetasiya etmiş Claudio Abbado eyni zamanda XX əsr bəstəkarları Luigi Nono, György Ligeti, Karlheinz Stockhausen, Pierre Boulez və Luigi Dallapiccola`nın əsərlərinin məşhur təfsirçisi kimi yadda qalıb.
Abbado 1997 və 2005-ci illərdə Grammy mükafatına, 2012-ci ildə Royal Filarmonik Musiqi Cəmiyyətinin dirijorluq üzrə mükafatına layiq görülmüşdür.
2013-cü ildə İtaliya Prezidenti tərəfindən İtaliya Senatına "Ömürlük Senator" fəxri vəzifəsinə təyin olunmuşdur.
Kultura.Az