Gənc qıza nəzəri və praktik sərbəstlik təhsilinin verildiyi “Yataq Otağında Fəlsəfə” əsəri, metafizikanın, əxlaqın, tarixin, fəlsəfənin bərabər yer aldığı 1795 tarixli yeddi dialoqdan ibarətdir. Didro və Russonun natüralizminin varisi, Paskalın müdafiəçisi olan Sad, özünün bu əsərində on səkkizinci əsrin düşüncə cərayanlarına hücum etmiş, azad düşüncəyə sonuna qədər bağlı biri olaraq təbiəti ucaltmış, şiddət də daxil hər şeyin təbiiliyini müdafiə etmişdir. Ona görə "təxəyyül nizamın düşmənidir."
Vüqar Bəhmənzadənin rəhbərliyi ilə, Fərican Yarenin tərcümə etdiyi "Yataq Otağında Fəlsəfə" azərbaycan dilinə sadomazoxizm mövzusunda tərcümə edilən ilk irihəcmli əsərdir. Əsər bu günə qədər bir neçə dəfə lentə alınıb, azad və sərbəst düşüncənin zirvəsi olaraq qəbul edilib.
Kitabı aşağıdakı ünvanlardan əldə etmək olar:
• Yeraltı Bookhouse &Cafe
• Bakumoz kitab evi (Rus Dram Teatrının yanında)
• Akademiya Kitab Mağazası
• Kitab Evi (Fəvvarələr meydanındakı Mc. Donaldsdan yuxarı)
• DİN-nin qarşısındakı keçid *İçərişəhər metrosunun qarşısındakı keçid
• Qız Qalasının arxasındakı kitab evi (Elman Dayı)