Bu gün, 29 noyabr festivalın son günüdür. Festival müddətindən müxtəlif ölkələrin rejissorları tərəfindən çəkilən 6 filmin nümayişi və müzakirəsi planlaşdırılıb. Həmçinin, filmlərlə bağlı 3 tanınmış ekspert müəyyənləşdirilib. Politoloq Hikmət Hacızadə və bloqqer Əli Novruzov festivalın birinci və ikinci günü çıxış edib, müzakirələrə qatılıblar. Tədbirin son günündə isə Şahvələd Çobanoğlu çıxış edəcək. Nümayiş olunan filmlərin mövzuları əsasən insan haqları və demokratiya ilə bağlıdır. Festivalın aparıcısı isə yazıçı Seymur Baycandır. Tədbir Müsavat Partiyasının akt zalında keçirilir. Filmlər azərbaycanca dublyaj edilib.
Festivalın məqsədi Cənubi Qafqazda ümumbəşəri dəyərlərin və sənədli film ənənəsinin təbliğ olunmasıdır. "CAUCADOC" sənədli filmlər festivalı Cənubi Qafqazın 3 ölkəsində 20-dən artıq şəhərdə təşkil olunmuş regional layihədir. Layihə Avropa Birliyinin dəstəyi ilə həyata keçirilir. Xatırladaq ki, festivalın birinci hissəsi bu ilin aprel ayında keçirilib.
Kultura.az