post-title

İtirilmiş uşaq həyatı

Müharibә olur, evlәr dağıdılır, böyüklәr qәdәr, onlardan daha çox uşaqlar әziyyәt çәkir, daha dünyada müharibәnin nә olduğunu belә anlamamış әzab çәkmәyә mәhkum edilirlәr.

 
 
İnsan alverçilәri dә uşaqların oğurlanaraq müxtәlif mәqsәdlәr üçün istifadә olunmasında maraqlı olurlar. Müharibәni törәdәnlәrin, uşaq әmәyindәn istifadә edәnlәrin, onları cinsi istismar edәnlәrin vecinә dә deyil bu mәsum körpәlәrin uşaq qәlbi, onların hәyatı üçün törәnәn tәhlükә, onların etdiklәrinin uşaqların daha qönçәykәn solmasına sәbәb olması. Bu murdarlara daha çox pul, heyvani hәzz lazımdır, bir dә bu işi edәrkәn mümkün qәdәr qanunların pәncәsinә keçmәmәk. Mәhz uşaqlarla bağlı problemlәr günü bu gün dә dünyanın әn qlobal problemlәrindәn biri, bәlkә dә birincisidir. Dünyanın, hәtta, әn inkişaf etmiş ölkәlәrindә dә bu problemlәr kifayәt qәdәrdir. Afrika, Hindistan kimi ölkәlәr isә bu işlәrdә liderlik edirlәr. Uşaqların acından ölmәsi belә ölkәlәrdә normal hal kimi qarşılanmağa başlanılıb. Pulunu sәrf etmәyә yer tapa bilmәyәn birinin ölkәsindә anasının südü qurumuş döşü ağzında aclıqdan ölәn körpәnin olmasından tükürpәdici heç nә ola bilmәz.
 
    Belә bir hadisәnin canlı şahidi olmasaq da, bizim ölkәdә dә uşaqların vәziyyәti ürәkaçan deyil. Konkret misallar çәkәcәm. Dayım uzun müddәt bundan qabaq işlәmәk üçün Ukraynaya gedib. Azyaşlı uşaqlarını bura gәlәndә görür, ildә bir dәfә gәlir, buna görә dә sonbeşiyi olan beşyaşlı qızı atası hәr dәfә evә gәlәndә ona yad kimi davranır, ondan qorxur. Hәtta keçәn dәfә atası onu öpmәk istәyәndә qorxub anasının üstünә qaçmışdı ki, bu yad adam kimdir? Uşaqları ona yenicә isnişmәyә başlayanda isә yenidәn işlәmәk üçün Ukraynaya qayıdır, sәbәbi isә bu ölkәnin əsl xarabaxana olmasıdır. Bir dostum isә gәncdir, bir ildәn bir az çoxdur ki, evlidir. Bir oğlu var, ama o oğlunu axır vaxtlar doyunca qucaqlayıb, onunla vaxt keçirә bilmir. Çünki ailәsinin dolanışığını tәmin etmәk üçün ağır şәrtlәr altında işlәmәyә mәhkumdur, sәhәr tezdәn uşaq oyanmamış evdәn çıxır, axşam gec saatlarda evә qayıdır, onda da oğlu yatmış olur. Hamımızın dәyәrlisi Rәşadәtin oğlu Araz da dünyaya gözünü açanda atası diktaturanın qurbanı olaraq saxta ittihamlarla hәbs edilmişdi. İndi dә Araz atasını ancaq soyuq hәbsxana divarlarının arasında görә bilir. Atası yanında olanlar isә uşaqlığını yaşaya bilmirlәr. Az maaş ailәni belә dolandırmağa çatmır, nәinki ailәnin övladı üçün uşağı xoşbәxt edәcәk bir şey almağa.
 
 
Bu  rejimin birbaşa günahkarı olduğu minlәrlә bәdbәxt olmuş uşaq hәyatı var. Qalanlarını da valideynlik duyğusundan mәhrum valideynlәr mәhv edir. Onları addımbaşı acılamaqla, döymәklә, düzgün tәrbiyә etmәmәklә, uşaq evlәrinә atmaqla.
 
 
İyirmi noyabr Ümumdünya Uşaqlar Günüydü (Ümumdünya Uşaq Hüquqları günü ). 1954-cü ildə BMT -nin Baş Assambleyası tərəfindən qәbul edilәn vә 1956-cı ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyyə olunan bayramdır. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlmişdir. BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi" , 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir. BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
 
 
Ancaq onların bayramı tәkcә iyirmi noyabrda olmamalıdır. Gәlәcәyimiz olan uşaqlara bu dünyanı cәnnәt etmәkdәn, onlara düzgün tәrbiyә verib, bir insan kimi yetişdirmәkdәn ötrü hәr gün çalışmalıyıq. Onlar tәkcә bir gün yox, hәr saat, hәr dәqiqә yaxınlarının qayğısını hiss etmәlidirlәr, çünki onlar buna layiqdirlәr. İrqindәn, yaşından, cinsiyyәtindәn asılı olmayaraq hәr bir uşaq. 
 
Ümid Xәzәr
 
Kultura.az
Yuxarı