post-title

Fəlsəfi müzakirə güllələnmə ilə nəticələndi

Rusiyanın Rostov şəhərində filosof Kantın həyat və yaradıcılığı barədəki mübahisə silahlı insidentlə yekunlaşıb.

 

Kultura.az-ın Rus mətbuatına istinadən xəbərinə görə, Rostov sakini həmsöhbətiylə filosof Kantın həyat bə yaradıcılığı barədə müzakirə edərkən, özündən çıxıb və müzakirə mübahisəyə çevrilib. Bu zaman isə həmin şəxs travmatik tapanca ilə həmsöhbətinin başına güllə vuraraq, onu yaralayıb.

"Onlar İmmanuel Kantın yaradıcılığından və bəşəriyyətə verdiyi töhfələrdən danışırdılar. Gərgin mübahisə əlbayaxa dava ilə nəticələndi. Nəticədə onlardan biri cibindən çıxardığı tapanca ilə opponentini bir neçə dəfə güllələdi. Sonra isə hadisə yerindən qaçdı", - şahidlərdən biri belə deyib.

Polis saxlanılan şəxsdən "Osa" markalı tapanca götürüb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun həyatı təhlükədə deyil.

Kultura.az

Yuxarı