Hər il keçirilən bu akademik tədbirdə müxtəlif ölkələrdən iştrak edən bəstəkarlar və ifaçılar öz yaradıcılıqlari, müasir musiqi problemləri haqda danışir və son gündə iştrakçıların əsərlərindən ibarət Sofiya Musiqi Akademiyasının konsert salonunda proqramı ilə çıxış edirlər.
Bu il də Avropa, Amerika, Yaponiyadan başqa Azərbaycan bəstəkarı Rüfət Xəlilov da bu tədbirdə iştrak edir. O, Azərbaycan Musiqisinin banisi Üzeyir bəy Hacıbəyov və Hacıbəyovlar nəslinin sonuncu nümayəndəsi İsmayıl Hacıbəyov haqqında danışacaq və ingilis dilində sənədli film göstərəcək, sonra İsmayıl Hacıbəyovun “Jəngi“ Simfonik rapsodiyasi dinləniləcək.
Avqustun 30 isə konsertdə Rüfət Xəlilov fortepiano üçün yazılmış “Sonatina” əsərini ifa edəcək. Bu əsər Ülvıyyə Hacıbəyovaya həsr olunub.
Rüfət Xəlilov Bakı Musiqi Akadəmiyasını 2002 ildə Aspiranturanı İsmayıl Hacıbəyovun sinfində bitirib. Alman Akademik Mübadilə Mərkəzinin təqaüdçüsü olub. Almaniyada 2004-2005 illərdə təhsilini davam etdirib.
Bir çox instrumental, kamera –instrumental və simfonik əsərlərin müəllifidir.
2009-cu ildə Bəstəkarlar İttifaqının 75 illiyinə yazılmış Simfonik Rapsodiya mükafata layiq görülmüşdür.
Eyni ildə Amerika Birləşmiş Ştatlarında keçirilən Music+Culture 2009 musabiqəsində fortepiano əsəri “ Sonatina “ 2 yerə layiq görülmüşdür.
Kultura.Az