“Avropa arzusu”nun qiyməti neçəyədir?
2007-2009-cu illərdə Ukraynanın xarici işlər naziri və…
Әvvәllәr tәk tanrım var idi. Düzü, tanrını yad etmәyә vaxt yox idi. Hәr gün әylәncә, eyş-işrәt. Tәk deyildim, dostlarım vardı, darıxmağa qoymurdular, hәlә biri vardı hәm dodağıma su, hәm ürәyimә mәlhәm hәm dә beynimә silgi idi. Bugünlәrin hadisәlәri sabahların dәryasında o qәdәr kiçik damcı olurdu ki, o damcıları milyonlarla әsr damızdırsan son günün son damcısı ancaq badәni doldurmağa bәs edәrdi.
Eynilә sabahın damlası növbәti gününkünün. Bu silsilә uzun müddәt davam etdi. Hәr halda narazı deyildim sabahın dәryalarından, dünәnin damcısının ovçusundan. Belәcә bütün dünәnlәrim yavaş-yavaş şikar olurdu sabahlarıma. Fәqәt bir gün sabahlar dünәnlәrә çevrildi, dәrya çox böyümüşdü, artıq artımı, böyümәni hiss etmәk mümkün deyildi. Artıq bütün rәngarәng dünyamı öz ucsuz-bucaqsız qaranlığında rәngsizlәşdirә bilmişdi. Әslindә mәqsәdinin bu olub-olmadığından әmin deyildim, çünki mәnә elә gәlirdi ki, sabahların yaradıcısı, dünәnlәrin ovçusu bütün bu әziyyәtlәri mәnim üçün çәkir, mәni әylәndirmәk üçün. Dedim axı, hәr halda, mәn sabahlardan narazı deyildim, kimin günahı olduğunu bilmirәm, kimin qaçırtdığını da bilmirәm, yәqin qәdrinin bilinmәdiyini düşünürdü, yәqin mәn günahkaram, elә olmalıdı mәncә, çünki qәdir ağacının barını yeyәn, ağacı qurudan mәn idim. Ağacı sulamalı olan mәn idim, bağbanlığı mәnә tapşırmışdılar axı. Amma siz dә haqq qazandırarsınız ki, heç kim yağan leysan altında ağac sulamaz, heç ağlına da gәlmәz, yәqin.
Günlәr günlәri qovalamaqdan yoruldu, marafonçu illәr bu balaca 100 metr atletlәrindәn ilhamlanıb kilometrlәri cırtdan atletlәrin qısa mәnzilindәn daha tez qәt etmәyә başladılar. Yarış o qәdәr amansız idi ki, bir yarış bitmәmiş növbәti yarışa başlayır, rekord tәsәvvürü geniş birinin zamanın dilimlәrini tәsәvvürünә gәtirә bilәcәyindәn dә kiçik dilimlәrdәn bir tәzәlәnmәyә başlamışdı, sanki ilahi bir mәqsәd, missiya uğrunda yarışırdılar. Әslindә, ölümә sәyahәtdә heç bir sәyyah bu qәdәr tәlәskәn olmamışdı, olmamalıydı. Hәtta bu sәyyah qaçmağı sevәn marafonçu olsa belә.Çünki ona vaxt sәrhәdi yox, mәsafә sәrhәdi qoyulmuşdu, vaxtı artırmaq ixtiyarının sahibi niyә onu azaltsın axı?!
Onlar o qәdәr sürәtlә hәrәkәt etmәyә başlamışdılar ki, axırda zamanı mәğlub etdilәr, artıq zamandan aslı olmadan hәrәkәt etmәyә başladılar, heç bir zaman vahidi - mövcud olan vә ya olmayan - heç biri onu ölçmәk iqtidarına sahib deyildi, heç bir fani inkişaf da ola bilmәyәcәkdi. Zamana qalib gәlmişlәr sürәtsiz idilәr, zamansız idilәr artıq. Artıq zaman o qәdәr sürәtsiz idi ki, qәt etdiyi mәsafә bir iynә yarısı idi sonsuzluğun. Artıq zamanın gücü tükәnmişdi, yorulmuşdu ölümә gedәn yolun sonsuzluğunda, hәrәkәtsizlәşmişdi - mәsafә qәt etmәk iqtidarında deyildi.
Әslindә, zamanın qüdrәtsizlәşdiyi әrәfәdә nә qәdәr ötdüyünü belә bilmәdiyim rәngsizlikdәn kor, elә bir o qәdәr müddәtlik sәssizlikdәn kar vә ondan bir il artıq müddәtlik toxunulmazlıqdan sonra bütün hisslәrdәn mәhrum olmuşdum. Zülmәt zehnimi koraltmışdı, amma, deyәsәn, beynim tәnәzzül etmәyә başlasa da zaman iqtidarsızlaşmada beynimi qabaqlamışdı. Zamanın ağ bayrağı beynin geriyә sәyahәtinin son anında - ibtidai insan beynindә - qaldırılmışdı.
Hәtta әgәr, әtrafdakı zülmәt qışda dörd dağın qucaqladığı kәndin sakinlәrinin üstünü örtmüş müvәqqәti dumandan әdyal olsaydı vә vәzifәsini icra edib yenә sandığına çәkilsәydi dә әtrafımdakı zülmәt çәkilmәyәcәkdi, çünki mәn artıq ağuşa alınmış idim vә artıq doğmalaşmışdım. Süngәrin üzәrinә tökülmüş mayetәk doldurmuşdu boşluqlarımı, birgә әbәdilәşmişdik.
Onun sәsini nә vaxt eşitmişdim bilmirәm, amma dәqiq yadımdadır ki, gecә idi, çox qaranlıq idi, sәs hәr tәrәfdәn gәlirdi, sanki danışanın ağzındaydım. Qorxulu sәsә sahib idi, vahimә basmalıydı, amma sahib olduğum bütün hisslәri vaxtından әvvәl xәrclәmişdim, artıq mәn o qәdәr dә zәngin deyildim. O, bir dә mәni çağırmadı, bir dә mәnlә hәmsöhbәt olmadı. Mәni başa düşmәliydi, mәnә şans vermәliydi, әslindә. Çox keçmişdi son söhbәtimin üstündәn, yadırğamışdım hay vermәyi. Bir anlıq keçmişdәn, lap keçmişdәn, nә qәdәr keçmişliyi mәlum olmayan keçmişdәn bir sәhnә canlandı beynimdә. İnsanların siluetini kobud cızma-qara ilә tәsvir edә bildim köhnәlmişliyi ölçüsüz tabloda. Amma o siluetlәr, o simasını xatırlamadığım simalar artıq yox idi. Hәlә dәrk elәmәyә başladım tәnha olduğumu. Uzun müddәt, yәqin ki, çox uzun müddәt әziyyәt verdi tәnhalıq. O gecәyә qәdәr, hә, hә o gecәyә qәdәr! Zülmәt idi. Lap uzaqlarda, sonsuzluqdan bir qarış bәridә az qala görünmәyәn bir işıq var idi tanrı adlı bir tanışımın olduğunu vә onu heç görmәdiyimi, eşitmәdiyimi, lakin nә vaxtsa, әn azı o işıq qәdәr uzaq keçmişdә onunla hәmsöhbәt olduğumu yadıma düşәndә.
Çox çağırdım, dәfәlәrlә, amma hay vermәdi.Var gücümlә qışqırırdım, elә hey sәslәyirdim, bir sәs, bir hәrf belә eşidә bilmәdim, taqәtdәn düşdüm, yenә çağırdım, yenә, yenә... Bir dәfә dә olsun cavab gәlmәdi, әsirgәdi mәndәn bir neçә әzәlәnin hәrәkәtini. Amma xәtrimә dәymәdi, incimәdim, öyrәşmişdim eşidilmәmәyә.
Az vaxt keçmәmişd o gecәdәn tanrını mәnim yaratdığımı dәrk edәndә.Tәnha idim.Mәhv olurdum, sәhrada ovulan quru çörәktәk ovulub quma qarışırdım yavaş- yavaş. Xatırladım.Axı mәn tanrını zülmәtlә qucaqlaşmazdan әsrlәr әvvәl yaratmışdım.Mәn hәlә ovuluramsa o, yәqin çoxdan, uzaq keçmişdә yox olub.Amma onu mәn yaratmışdımsa ancaq mәn öldürә bilәrdim.Mәn onu öldürmәmişәm, әzrayılla tәk qoymuşam, amma ölüm hökmünü vermәmişәm, yox, xatırlamıram öldürdüyümü, mәn qәddar olmamışam.Mәsuliyyәtsiz olmuşam, amma qәddar yox.Onu oyatmağa çağırıram, amma oyanmır, heç bir iksir tәsir etmir.Yavaş-yavaş, dәnә-dәnә quma qarışan bәdәnimi görәndә mәhv olmağıma sәbәb axtarmağa başladım, axı nә ola bilәrdi mәni әbәdi yuxuya aparan, nә?Cavabı tapmaq çox çәkmәdi. -Tәnhalıq.Axı mәn necә bu qәdәr qәddar olmuşam?!Necә?!Amma hәlә dә gec deyil, yox, qәtiyyәn gec deyil!
Elçin Süleymanov