post-title

Fələstin üçün simfoniya

Yerusəlim və Yordan çayının Qərb sahilinə konsert turu

 
May ayının 30-dan iyun ayının 2-dək Drezden Simfonik Orkestri və italyan dirijoru Andrea Molino, İran bəstəkarı və kamança virtuozu Kayhan Kalhor tərəfindən bəstələnmiş, solistlər Mehri Arifqızı (kamança) və Nərmin Həsənovanın (qanun) iştirakı ilə "Fələstin üçün Simfoniya"nı ilk dəfə olaraq Ramallahda, Şərqi Yerusəlimdə və Cenində ifa etdilər. 
 
Musiqi - beynəlxalq dil olaraq, asanlıqla istər milli, istər mədəni, istərsə də ictimai sərhədləri aşmaq və yeni dünyalar açmaq qabiliyyətinə malikdir. O, böyük gücdür ki, müxtəlif mədəniyyətli insanları bir araya gətirərək onlara yeni həyat təcrübəsi qazandıra bilir. Musiqinin bu cür unikal keyfiyyətindən istifadə edərək, Dresdner Sinfoniker (Drezden Simfonik Orkestri) öz iddialı layihəsini onun başlanılması üçün ruhlandırmış regiona - Fələstinə aparıb. 
 
"Fələstin üçün Simfoniya" alman orkestri, Fələstinli və Azərbaycanlı musiqiçilərdən ibarət qeyri-adi əməkdaşlıq layihəsi idi. Ölkələr arası münasibətlər səbəbindən İranlı musiqiçilərin iştirak edə bilmədiyi bu layihədə kamançada və qanunda Azərbaycanlı musiqiçilər ifa etdilər. 
 
Azərbaycana tam aid olmayan bu layihədə iştirak etmək imkanı, hər şeydən əvvəl ölkənin dünya xəritəsində mövqeyinin unikallığından irəli gələrək sülhməramlı layihələrdə iştirak üçün hüquq əldə etmişdir. Bu mövqe ölkə mədəniyyətinin üç fərqli və böyük kontekstdə - Avropa, İslam və Türk, o cümlədən coğrafi olaraq - Yaxın Şərq, Şərqi Avropa və Mərkəzi Asiya mədəniyyətləri kontekstində birləşdirmə potensialı verərək mədəniyyətlərarası dialoqlarda sülhü təlqin etmək imkanı yaradır. 
 
İsrailin Azərbaycandakı səfirliyinin layihənin baş tutmasına dəstək olaraq, Azərbaycanlı musiqiçilərin Yordan çayının qərb sahilinə getmələri üçün viza rəsmiləşdirilməsini asanlaşdırmaqla layihəyə dəyərli töhfə vermişdir. 
 
Layihənin Azərbaycandakı koordinatoru, gənc mədəniyyət meneceri Vazeh Mustafanın bildirdiyinə görə, bu layihə Drezden Simfonik Orkestrinin Azərbaycanla ilk əməkdaşlığı deyildir. İlk dəfə cari ilin Aprel ayında Mark Sinan və Drezden Simfonik Orkestrinin birgə təşkil etdiyi "Dədə Qorqud - Təpəgözün boyutu" layihəsində də orkestr Azərbaycanla əməkdaşlıq etmişdir. Layihənin nümayəndə heyəti Vazeh Mustafanın koordinatorluğu altında Bakıda və Gəncədə aşıqların ifalarını videoya yazmış və Dədə Qorqud dastanı ilə bağlı araşdırma üçün müxtəlif görüşlərdə iştirak etmişdir. 
 
 Layihə barədə daha geniş www.symphonyforpalestine.comwww.dresdner-sinfoniker.de 
 
Kultura.Az
 
Yuxarı